QHT və MEDİA
A- A A+

Xarici İşlər Nazirliyinin “qaynar xətt” qərargahı 24 saat fəaliyyət göstərir

2020-03-20 19:25:01

Koronavirus pandemiyasının yayılması ilə bağlı bütün ölkələrdə, o cümlədən Azərbaycanda ən ciddi və təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bu gün hökumət tərəfindən görülən tədbirlər birbaşa Prezident İlham Əliyevin nəzarətindədir

Bu sözləri jurnalistlərə müsahibəsində Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva deyib. O qeyd edib ki, hər bir dövlət qurumu üzərinə düşən öhdəliyin yerinə yetirilməsi üçün tədbirlər görür. Xarici İşlər Nazirliyi və ölkəmizdən kənarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərimiz bu sahədə ciddi fəaliyyət göstərir.

Artıq Xarici İşlər Nazirliyinin “qaynar xətt”inin fəaliyyət göstərdiyini deyən L.Abdullayeva qeyd edib ki, 596 94 49 nömrəsi nazirliyin 24 saat fəaliyyət göstərən “qaynar xətt” nömrəsidir. Saat 09:00-dan saat 21:00-dən Xarici İşlər Nazirliyinin struktur bölmələrinin əməkdaşları bu qərargahda növbəli şəkildə yuxarıda göstərilən nömrələrə gələn zəngləri cavablandırırlar. Saat 21:00-dan səhər saat 09:00-dək isə bu xətlər mobil nömrələrə keçirilir. Əməkdaşlar evdən sualları cavablandırırlar. Eyni zamanda, paralel olaraq Xarici İşlər Nazirliyinin elektron poçt ünvanı fəaliyyət göstərir (workinggroup@mfa.gov.az).

Nazirlik rəsmisi bildirib ki, bu qərargahda yüzlərlə zəngə cavab verilir. Qərargaha ölkə daxilindən və xaricdən zənglər gəlir. Bütün müraciətlər toplanıb Nazirlər Kabineti yanında Operativ Qərargaha ötürülür. Bundan başqa, Xarici İşlər Nazirliyi mütəmadi olaraq xarici ölkələrdəki səfirlik və konsulluqlarla əlaqə saxlayır, həmin ölkədəki vəziyyət barədə məlumatlar toplanır.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 152

QHT və MEDİA

2020-04-01 13:25:59

QHT və MEDİA
Mehriban Əliyevadan koronavirusla bağlı ...
Mehriban Əliyevadan koronavirusla bağlı ...

Fact-ınfo.az məlumatına görə, paylaşımda deyilir:

"Əziz həmvətənlərim...

2020-03-31 20:30:46

QHT və MEDİA
QHT-lərin koronovirusla mübarizəyə həsr ...
QHT-lərin koronovirusla mübarizəyə həsr ...

Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Döv...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...