MÜSAHİBƏ
A- A A+

Rəşad Mahmudov: Azərbaycanda koronavirusla mübarizədə koordinasiya işi çox yüksək səviyyədə qurulub

2020-03-20 16:15:20

.

Azərbaycan dövləti dünyanı ağuşuna alan koronavirusa (COVİD-19) qarşı ciddi tədbirlər həyata keçirir. Hökumətimiz virusla mübarizə məqsədilə pfofilaktik tədbirləri çox erkən başladıb. Dünya Səhiyyə Təşkilatı (DST) koronovirusla bağlı həyəcan təbili çalmamışdan əvvəl ölkəmizdə virusun qarşısının alınması ilə bağlı ilkin tədbirlər həyata keçirilib. Bir səhiyyə işçisi kimi deyə bilərəm ki, ölkəmizdə bu istiqamətdə koordinasiya işi çox yüksək səviyyədə qurulub. Vaxtında sərhədlərin bağlanması, gediş-gəlişin qabağının alınması, bütün təhsil müssisələrində tədrisin dayandırılması da bunu sübut edir.

Bu sözləri Milli Məclisin deputatı, Səhiyyə komitəsi sədrinin müavini, tibb elmləri doktoru Rəşad Mahmudov deyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu məsələyə həssas münasibət göstərdiyini diqqətə çatdıran Rəşad Mahmudov vurğulayıb ki, dünyada süni nəfəs aparatlarına kəskin ehtiyacın artdığı bir zamanda Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü ilə bir dəfəyə ölkəyə 200-ə yaxın əlavə nəfəs aparatı gətirilib. Bu, təqdirəlayiq və alqışlanası bir haldır.

Həkimin sözlərinə görə, müasir dövrdə texnologiyanın imkanlarının geniş olmasına baxmayaraq, dünya sağlamlıqla bağlı COVİD-19 virusunun əlində aciz qalıb. Dünyanın ən aparıcı xəstəxanalarında belə bu virusla bağlı 90 faiz ölün halları baş verir.

Təhlükəli virusa qarşı mübarizədə təkcə hökumətin deyil, vətəndaşların da üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayan deputat deyib: “Koronavirusla kimi qorxulu “düşmən”lə mübarizədə yalnız dövlət deyil, vətəndaşlar da böyük məsuliyyət daşıyır. Bu məsuliyyəti hər bir Azərbaycan vətəndaşı dərk etməli və üzərinə düşən vəzifəni düşən vəzifəni vicdanla yerinə yetirməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın göstəriş və tövsiyələrinə əməl etsək, bir toplum olaraq bu təhlükəli xəstəliyə az zərərlə qalib gələ bilərik. Vətəndaş cəmiyyəti olaraq bu xəstəliyə panika və qorxu ilə deyil, soyuqanlıqla və təmkinlə mübarizə aparmalıyıq”.

Azərbaycanlıların dünyanın çalxayan təhlükənin öhdəsindən birlikdə, həmrəy olmaqla qalib gələ biləcəklərinə inamını ifadə edən Rəşad Mamhudov bildirib: “Hər bir fərdin öz sağlamlığına olduğu kimi, başqalarının da sağlamlığına qarşı həssaslıq göstərməyi mütləqdir. Bu çətin məqamda milli təhlükəsizlik və həmrəylik baxımından bir olmaq lazımdır. Müharibə dövrünün vaxtı qəhrəmanları ön cəbhədə, düşmənlə üz-üzə döyüşən əsgərlər olurlar. Koronavirusla kimi qorxulu virusla mübarizədə isə qəhrəmanlar isə tibb işçiləri- həkimlər, tibb bacılarıdır. Hamı evində oturub televizor və sosial şəbəkələrdən hadisələri izlədiyi halda, tibb işçiləri virusa yoluxan xəstələrlə təmasda olur, həyatlarını riskə ataraq onları sağaltmaqla məşğuldurlar. Onlar müxtəlif yerlərdə -sərhəd gömrük məntəqələrində, dəniz limanlarında, karantin mərkəzlərində, xəstəxanalarda gecə-gündüz bilmədən çalışırlar”.

Tibb elmləri doktoru insanları ehtiyatlı olmağa və koronovirusdan qorunmağa çağırıb. Bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edən R.Mahmudov, xakqımızın təmkinliliyi və həmrəyliyi sayəsində bu bəladan qurtulacağına əminliyini ifadə edib


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 302

QHT və MEDİA

2020-07-11 08:05:36

QHT və MEDİA
Azay Quliyev seçicilərlə videogörüş keçi...
Azay Quliyev seçicilərlə videogörüş keçi...

Deputat Azay Quliyev 8 saylı Binəqədi birinci seçki dairəsinin seçiciləri ilə...

2020-07-10 08:20:42

QHT və MEDİA
Azay Quliyev: Yeganə istəyimiz odur ki, ...
Azay Quliyev: Yeganə istəyimiz odur ki, ...

Azərbaycan ATƏT-in kütləvi informasiya vasitələrinin azadlığı məsələləri üzrə...

CƏMİYYƏT

2020-07-07 16:10:31

CƏMİYYƏT
"Azərbaycan Ordusunun təlimləri düşmənin...
"Azərbaycan Ordusunun təlimləri düşmənin...

"Azərbaycan Ordusunun gecə vaxtı keçirdiyi döyüş atışlı taktiki təlimlər çox ...

2020-07-06 08:45:47

CƏMİYYƏT
Ellər unutmayıb o sənətkarı...
Ellər unutmayıb o sənətkarı...

H.Hüseynov 1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. Or...

İQTİSADİ

2020-07-10 09:55:19

İQTİSADİ
Deputat: Azərbaycan pandemiyanın iqtisad...
Deputat: Azərbaycan pandemiyanın iqtisad...

Pandemiya dövründə əhalinin sağlamlığının qorunması və iqtisadiyyatın yaxında...

2020-07-06 08:00:56

İQTİSADİ
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...

“Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hətta pandemiya ...