SİYASƏT
A- A A+

Azərbaycanın həyata keçirdiyi multikulturalizm siyasəti ölkəmizin beynəlxalq nüfuzuna müsbət təsir göstərir

2020-03-18 09:35:42

.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın Los-Anceles şəhərindəki baş konsulluğunun təşkilatçılığı və ABŞ-ın Yuta ştatında yerləşən Stirlinq Fondunun dəvəti ilə 2020-ci il martın 8-12-də həmin ştatda “Azərbaycan multikulturalizmi modeli və dinlərarası dialoq” mövzusuna həsr olunmuş beynəlxalq konfrans və bir sıra görüşlər keçirilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov açıqlamasında həmin tədbir və görüşlər barədə məlumat verib.

O qeyd edib ki, səfərin əsas məqsədi Azərbaycan dövlət siyasətinin əsas istiqamətlərindən biri olan, eyni zamanda, Azərbaycanın multikulturalizm modeli və dinlərarası harmoniya üzrə nadir təcrübəsinin ölkəmizin müsəlman, yəhudi və xristian din xadimləri, eləcə də dövlət qurumlarının təmsilçiləri vasitəsilə ştat rəsmiləri və ictimaiyyətinə çatdırmaq idi.

İcraçı direktor deyib: “Bunun üçün öncədən planlaşdırdığımız tədbirlərin sırasında ABŞ-ın Yuta ştatında yerləşən nüfuzlu “Sutherland” İnstitutu və Brigham Young Universitetlərində beynəlxalq konfranslar və müxtəlif görüşlər keçirməyi nəzərdə tuturduq. Bir məqamı xüsusi ilə vurğulamalıyam ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mədəniyyətlərarası və dinlərarası dialoq mövzusundakı çağırışları və onun təşəbbüsü ilə 11 il əvvəl əsası qoyulmuş “Bakı Prosesi” haqqında müzakirələr də daha çox maraq və diqqət cəlb edirdi. Bu səfər çərçivəsində bir daha əmin olduq ki, ölkəmizin həyata keçirdiyi multikulturalizm siyasəti onun beynəlxalq nüfuzuna çox müsbət təsir göstərir. Bu tədbirlər çərçivəsində, eyni zamanda, ölkəmizin həqiqətləri, xüsusi ilə Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması faktı daim vurğulandı”.

R.Həsənov qeyd edib ki, martın 9-da ABŞ-ın Yuta Ştat Senatı Azərbaycanın dinlərarası harmoniya və multikulturalizm ənənələrini təqdir edən bəyannamə qəbul etdi. Bəyannamədə Azərbaycandakı dinlərarası tolerantlıq mühiti təsvir olunaraq, bu mühitin gücləndirilməsində Azərbaycan hökumətinin önəmli rolu vurğulanır. O, keçirilən görüşlərdə Azərbaycanın qədim tolerantlıq ənənələri və multikulturalizm modeli haqqında ətraflı məlumatların verildiyini də vurğulayıb.


Kateqoriya : SİYASƏT Baxış sayı : 130

QHT və MEDİA

2020-04-01 13:25:59

QHT və MEDİA
Mehriban Əliyevadan koronavirusla bağlı ...
Mehriban Əliyevadan koronavirusla bağlı ...

Fact-ınfo.az məlumatına görə, paylaşımda deyilir:

"Əziz həmvətənlərim...

2020-03-31 20:30:46

QHT və MEDİA
QHT-lərin koronovirusla mübarizəyə həsr ...
QHT-lərin koronovirusla mübarizəyə həsr ...

Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Döv...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...