QHT və MEDİA
A- A A+

Fransada yaşayan həmvətənimiz bələdiyyə şurasına üzv seçilib

2020-03-18 08:30:17

.

Fransada keçirilmiş bələdiyyə seçkilərinin birinci turu həmvətənimiz Kamran Kalpalıyev üçün də uğurlu olub.

AZƏRTAC xəbər verir ki, Fransanın Val-d’Uaz departamentinin Brinyankur kommunasından namizədliyini irəli sürmüş Kamran Kalpalıyev 51,02 faiz səs toplayaraq ilk beşlikdə qərarlaşıb.

Qısa müddət əvvəl Brinyankura köçmüş K.Kalpalıyev yaşadığı şəhərin həyatına yenilik gətirmək məqsədilə bələdiyyə seçkilərinə qatılıb. Şəhərə təzə gəldiyinə və sakinlərin onu tanımadığına görə seçiləcəyinə inanmayan K.Kalpalıyev 148 səsdən 75-ni toplayıb. Beləliklə, o, Brinyankur Bələdiyyə Şurasının üzvü olub.

Fikirlərini AZƏRTAC-ın xüsusi müxbiri ilə bölüşən Kamran Kalpalıyev deyib: “2008-ci ildə Fransaya gəlmişəm. Əvvəllər Paris yaxınlığında yaşayırdım. Val-d’Uaz departamentinin Brinyankur kommunasına köçdüyüm isə qısa müddətdir. Bu kommunanın meri bir neçə dəfə təkrar seçilib. Sakinlər isə yenilik görmək istəyirdilər. Bələdiyyə seçkiləri ərəfəsində sakinlər toplaşıb iclas keçirdilər. Həmin iclasda bildirildi ki, kim istəsə bələdiyyə seçkilərinə namizədliyini irəli sürə bilər. Düşündüm ki, mən də namizədliyimi verim. Qıza müddətdə namizədliyimi irəli sürdüm, çünki yerlər məhdud idi.

Yeni namizədlərlə bərabər, meriyada uzun müddət işləyənlər də namizədliklərini irəli sürmüşdülər. Beləliklə, ilk dəfə olaraq bu şəhərdə bələdiyyə seçkiləri üçün iki siyahı hazırlandı və sakinlərə seçim verildi. Əvvəllər həmişə eyni namizədlər olduğu üçün sakinlər seçkilərdə fəal olmurdular. Ancaq bu dəfə koronavirus epidemiyasına rəğmən, 174 seçicidən 148-i səsvermədə iştirak etdi. İlk dəfə idi ki, sakinlərin əksəriyyəti səsverməyə gəlmişdi. Bu, bir daha göstərir ki, şəhərin sakinləri dəyişiklik istəyirdilər.

Mənə etibar edərək səs verdiklərinə görə Brinyankur şəhərinin sakinlərinə təşəkkür edirəm və onların etibarın doğrultmağa çalışacağam”.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 148

QHT və MEDİA

2020-04-07 08:30:37

QHT və MEDİA
İctimai Qərargah ictimai sektorun poten...
İctimai Qərargah ictimai sektorun poten...

"Ümid edirəm ki, Şuranın təşkil etdiyi İctimai Qərargah #koronavirusla effekt...

2020-04-06 18:20:43

QHT və MEDİA
“Ruhlar şəhəri”ndən ruhlar planetinə...
“Ruhlar şəhəri”ndən ruhlar planetinə...

Ermənistan Ağdamı da işğal etdi və Şuşa kimi, Laçın, Kəlbəcər, Füzuli, Cəbray...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-07 18:15:52

İQTİSADİ
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlik...

2020-04-05 17:25:14

İQTİSADİ
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...

Ölkədə sahibkarlıq fəaliyyətini (o cümlədən kiçik və orta sahibkarlığı) dəstə...