SOSİAL
A- A A+

Koronavirus təhlükəsi ilə əlaqədar cəmiyyətin hər bir üzvünün üzərinə müəyyən vətəndaşlıq məsuliyyəti düşür

2020-03-17 16:55:06

.

Koronavirus pandemiyası sərhəd tanımır, ən qısa müddətdə ən fərqli coğrafiyalarda insanların sağlamlığını və həyatını təhdid edir. Bütün səylərə baxmayaraq, hələlik dünyanın heç bir ölkəsində bu virusun qarşısının alınmasına nail olunmayıb. Güclü səhiyyə sisteminə malik bir sıra Avropa ölkələrində belə koronavirusa qarşı səmərəli mübarizə aparmaq mümkün olmur. Belə olan halda, ölkəmizdə koronavirusa yoluxmaların minimum həddə olması məmnunluq yaradır və vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi baxımından olduqca əhəmiyyətlidir. Şübhəsiz ki, bunun əsasında hər şeydən əvvəl Azərbaycan dövləti tərəfindən vaxtında atılan qətiyyətli addımlar və görülən effektiv tədbirlər dayanır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

O qeyd edib ki, ölkəmizdə səhiyyə xidmətlərinin əlçatanlığı, gigiyena mədəniyyətinin yüksək olması, ictimai yerlərdə hökumətin müəyyənləşdirdiyi qaydalara diqqətlə riayət edilməsi virusun kütləvi şəkildə yayılmasının qarşısını alan addımlardan hesab edilə bilər. Ancaq əsas məsələlərdən biri koronavirus təhlükəsinə qarşı tədbirlərin kompleks şəkildə və ardıcıl olaraq həyata keçirilməsidir ki, bu da hər şeydən əvvəl Azərbaycan dövlətinin öz vətəndaşlarına qayğısı və diqqəti kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, təhlükə ortaya çıxar–çıxmaz Azərbaycan Prezidentinin göstərişi ilə Nazirlər Kabineti yanında operativ qərargahın yaradılması, tranzit yüklərin daşımasında xüsusi qaydaların tətbiq edilməsi, qabaqlayıcı tədbirlərə kömək edəcək tibbi vasitələrin möhtəkirliyini etməyə çalışanlara qarşı ciddi tədbirlərin görülməsi öz nəticəsini verdi və bu gün Azərbaycan koronavirusun ən az yayıldığı ölkələrdən biridir.

“Şübhəsiz ki, bu istiqamətdə atılan əsas addımlardan biri də sosial şəbəkələrdə və internet resurslarında koronavirusla bağlı yayılan “informasiya pandemiyası”na qarşı aparılan mübarizə və görülən sərt tədbirlər oldu. Başlanğıcda ictimai ajiotaj yaratmaq istəyənlərə qarşı hüquq-mühafizə orqanlarımız tərəfindən edilən qəti xəbərdarlıqlar və həyata keçirilən tədbirlər ən azı qoruyucu vasitələrin möhtəkirliyini edənlərə qarşı görülən tədbirlər qədər səmərəli oldu və öz nəticəsini verdi. Əlbəttə, hazırda təhlükənin sovuşuğundan danışmaq tezdir. Ona görə də koronavirus təhlükəsi ilə əlaqədar cəmiyyətin hər bir üzvünün üzərinə müəyyən vətəndaşlıq məsuliyyəti düşür. Biz bu ümumi kütləvi təhdidə qarşı birlikdə mübarizə aparmalı və hökumət tərəfindən həyata keçirilən tədbirlərə dəstək verməliyik. Hazırda dövlətimiz bir sıra ölkələrlə müxtəlif kommunikasiyalara məhdudiyyətlər qoyur və bunu məhz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün edir. Eyni zamanda, ayrı- ayrı ölkələrdə olan vətəndaşlarımızın ölkəmizə gətirilməsi üçün müvafiq tədbirlər həyata keçirir. Bütün bunlar isə cəmiyyətimiz tərəfindən təqdir olunur. Unutmaq olmaz ki, bu, bir pandemiyadır”, - deyə deputat əlavə edib.


Kateqoriya : SOSİAL Baxış sayı : 48

QHT və MEDİA

2020-04-01 13:25:59

QHT və MEDİA
Mehriban Əliyevadan koronavirusla bağlı ...
Mehriban Əliyevadan koronavirusla bağlı ...

Fact-ınfo.az məlumatına görə, paylaşımda deyilir:

"Əziz həmvətənlərim...

2020-03-31 20:30:46

QHT və MEDİA
QHT-lərin koronovirusla mübarizəyə həsr ...
QHT-lərin koronovirusla mübarizəyə həsr ...

Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Döv...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...