SOSİAL
A- A A+

Ermənilər adlarını dəyişdiyi yerlərin xəritəsini hazırlayıblar

2020-03-16 10:05:43

.

Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində 212 yaşayış məntəqəsinin adı dəyişdirilərək erməniləşdirilib.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Geodeziya və Kartoqrafiya MMC”nin direktor müavini Müqabil Bayramov deyib.

Onun sözlərinə görə, erməniləşən coğrafi adlar Ermənistan tərəfindən hazırlanan “Dağlıq Qarabağ” atlasında qeyd edilib.

M.Bayramov əlavə edib ki, ermənilər bununla yanaşı tarixi Azərbaycan ərazisində olan 112 hidronimləri dəyişdirərək erməniləşdiriblər. Ümumilikdə isə ermənilər qədim dövrdən indiyədək qədim Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisində olan 500-ə yaxın yaşayış məntəqəsinin adını dəyişdiriblər:

“Ermənilər Azərbaycan toponimlərinə sanki hücum ediblər. Bir misal deyim ki, hazırda Ordubad rayonunda olan Nəsirvaz kəndinin qədim erməni kəndi olduğunu iddia edirlər. Lakin 1847-ci ildə ruslar tərəfindən Tiflisdə Əlahiddə Qafqaz korpusunun Baş Qərargahında 1:420 000 miqyasında “Кавказскаго края” adlı xəritə hazırlanmışdır ki həmin xəritədə bu kəndin adı açıq-aydın Nəsirabad yazılmışdır. M.Bayramov Azərbaycanın coğrafi adlarının düzgün təqdim edilməsi üçün “Ermənistan ərazisində Azərbaycan toponimləri xəritəsi” və “Azərbaycan hidronimləri xəritəsi”ni alimlərlə birlikdə hazırlayıb nəşr etmişdilər. Müəssəmizdə nəşr edilən “Azərbaycanın tarixi atlası”, “Azərbaycan Səfəvilər dövləti (XVI əsr)” , “Qafqaz 1903-cü il” və digər tarixi xəritələrimizə baxdıqda bu toponimlərin Azərbaycan mənşəli olduğu aydın görünür. Misal üçün, “Qafqaz 1903-cü il” xəritəsində qədim Azərbaycan adları Karvansaray (Razdan), Yeni Bəyazid (Kəvər), Sərdarabad(Armavir ), Qəmərli (Artaşat), Molla Dursun (Şaumyan), Aşağı Qaranlıq (Martuni), Basarkeçər (Vardenis), Soylan (Vayk), Gözəldərə (Vanadzor), Hamamlı (Spitak), Dərəçiçək (Saxkadzor) və s. aydın göstərilib".


Kateqoriya : SOSİAL Baxış sayı : 153

QHT və MEDİA

2020-04-01 13:25:59

QHT və MEDİA
Mehriban Əliyevadan koronavirusla bağlı ...
Mehriban Əliyevadan koronavirusla bağlı ...

Fact-ınfo.az məlumatına görə, paylaşımda deyilir:

"Əziz həmvətənlərim...

2020-03-31 20:30:46

QHT və MEDİA
QHT-lərin koronovirusla mübarizəyə həsr ...
QHT-lərin koronovirusla mübarizəyə həsr ...

Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Döv...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...