SOSİAL
A- A A+

Ruslan Məmmədov: Tətbiq olunan qaydalara hamı anlaşıqlı, dözümlü yanaşmalı, onları maksimum icra etməyə çalışmalıdır

2020-03-16 09:05:23

.

Bu gün bir çox xəstəliklər, xüsusilə, son dövrlər COVID-19 infeksiyanın dünya ölkələrində geniş yayılmışdır. Təbii ki, əhalinin sağlamlığı nəzərə alınaraq Azərbaycanda əlavə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zərurətə çevirib. Tətbiq olunan qaydalar təkcə dövlət orqanlarının deyil, ümumilikdə bütün cəmiyyətin, fərdi qaydada hər bir vətəndaşın üzərinə müvafiq məsuliyyət qoyur.

Bakı Sağlamlıq Mərkəzinin şöbə müdiri, tibb üzrə fəlsəfə doktoru Ruslan Məmmədov Fact-info.az saytının əməkdaşı ilə söhbətində bu və digər məqamlara aydınlıq gətirib:

-Bu gün xəstəliklərdən uzaq olmaq üçün hansı prinsiplərə əməl etmək lazımdır?

-Təbii ki, hal-hazırda bütün dünyanın diqqəti COVID-19 virusuna yönəlmişdir. Virusun törətdiyi fəsadlar təbii olaraq əhalidə təşviş yaratmışdır. Hörmətli Prezidentimizin göstərişi ilə virusun yayılmasının qarşısını almaq üçün xüsusi tədbirlər icra olunur. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatı, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirusdan qorunmaqla bağlı tövsiyələr verib, əhalini bu tövsiyələrə ciddi riayət etməyə, tibbi-profilaktik və dezinfeksiya qaydalarına əməl etməyə çağırır. Ümumdünya Səhiyyə Təşkilatının paylaşdığı məlumatlara əsasən əlləri mütəmadi olaraq yumaq, asqırarkən və ya öskürərkən ağzınızı salfet və ya dirsək bükümünüzlə bağlamaq, mümkün qədər gözləriniz, ağzınız və burnunuza toxunmamaq, sıxlıq olan yerlərdən uzaq durmaqla virusun yayılmasının qarşısını almaq, yoluxma hallarını azaltmaq mümkündür.Tətbiq olunan qaydalar milli təhlükəsizlik və milli həmrəylik məsələsidir. Tutduğu mövqedən asılı olmayaraq hər bir vətəndaşdan maksimal şəkildə diqqətli və məsuliyyətli olmaq tələb olunur. Hər bir vətəndaş bilməlidir ki, tətbiq olunan qaydalar ilk növbədə onun və yaxınlarının təhlükəsizliyini, sağlamlığını təmin edən müvəqqəti və məcburi addımlardır. Buna görə də hamı qaydalara anlaşıqlı, dözümlü yanaşmalı, onları maksimum icra etməyə çalışmalıdır.

-Siz öz sahənizlə, yəni transplantasiya ilə bağlı nə deyə deyə bilərsiniz?

Ümumiyyətlə, 2008-ci ildən bugünə qədər ölkəmizdə transplantasiya sahəsində bir çox uğurlu əməliyyatlar icra olunmuşdur. Əldə olunan nəticələr də heç də digər ölkələrdən geri qalmır. Xəstələrimizin sağlamlıqları ilə bağlı ciddi bir problemlərlə rastlaşmamışdır, həyat keyfiyyətləri yüksək səviyyədədir, öz iş və sosial həyatlarına normal şəkildə davam edirlər. Təbii ki, yenə də bəzi çətinliklərlə üzləşirik. Bu çətinliklərdən ən önəmlisi donor tapılmasında yaranan problemlərdir ki, bunlar dünya təcrübəsində meyitdən orqan köçürülməsini qanuniləşdirməklə nisbətən həllini tapmışdır. Həmçinin Azərbaycan reallığında xəstələrin maddi problemləri bu əməliyyatların daha da artmasına mane olur. Lakin mən inanıram ki, İcbari Tibbi Sığorta proqramında bu məsələ də nəzərə alınacaqdır. Onu qeyd etmək istərdim ki, mütəmadi olaraq çox uğurlu əməliyyatlar həyata keçiririk. Bir faktı xatırlatmaq yerinə düşər. Bu günlərdə 40 yaşlı qadın bel nahiyəsində ağrı şikayətlərilə müraciət etmişdi. Həmin xəstəni ətraflı müayinələr zamanı "Retroperitoneal törəmə" diaqnozu qoyuldu və "Törəmənin xaric edilməsi" əməliyyatı icra edildi. Kifayət qədər ciddi əməliyyat olan bu proses uğurla başa çatdı. Hazırda xəstə özünü çox normal hiss edir.

Toğrul

Fact-info.az

  • @continue

Kateqoriya : SOSİAL Baxış sayı : 1334

QHT və MEDİA

2020-04-01 13:25:59

QHT və MEDİA
Mehriban Əliyevadan koronavirusla bağlı ...
Mehriban Əliyevadan koronavirusla bağlı ...

Fact-ınfo.az məlumatına görə, paylaşımda deyilir:

"Əziz həmvətənlərim...

2020-03-31 20:30:46

QHT və MEDİA
QHT-lərin koronovirusla mübarizəyə həsr ...
QHT-lərin koronovirusla mübarizəyə həsr ...

Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Döv...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...