CƏMİYYƏT
A- A A+

“Dədə Qorqud” elmi-ədəbi jurnalının növbəti nömrəsi çapdan çıxıb

2020-03-14 18:25:13

.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun nəşri olan “Dədə Qorqud” elmi-ədəbi jurnalının dördüncü nömrəsi çapdan çıxıb.

Elmi müəssisənin Dədə Qorqud şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Ramazan Qafarlının redaktorluğu ilə ildə dörd dəfə nəşr olunan jurnalın bu nömrəsində materiallar altı rubrikada toplanıb.

Nəşrin “Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar” bölməsində filologiya üzrə fəlsəfə doktoru Asif Hacıyevin (Şirvanelli) “Türkman kitabı: oxunuş və şərhlər” məqaləsi və onun transkripsiyası ilə Türkman kitabının mətni geniş şərhlərlə dərc edilib. “Folklorşünaslıq: problemlər, tədqiqlər” rubrikasında professor Füzuli Bayatın “Gizli bilgilərin qaynağı: səmavi miflər”, filologiya üzrə fəlsəfə doktorlarından Səfa Qarayevin “Novruzda yaradıcı cinsi davranışların simvolikası: Xızırın gecələr bərəkət paylaması və papaqatmanın psixoanalitik semantikası”, Hikmət Quliyevin “Molla Nəsrəddin obrazının psixogenezisi: gülüş işlənilmiş günahın cəzası kimi”, Tahir Orucovun “Sovet rejiminin xalq bayramlarına, Novruz mərasimlərinə, dinə, din xadimlərinə, məscidlərə və dini məktəblərə qarşı mübarizəsi” məqalələri verilib. Oxucular bu rubrikada, həmçinin filoloq alimlərimiz Nailə Mirzəyevanın “Tərcümədə nağıl təhkiyəsinin başlıca prinsip və şərtləri (“Taxta qılınc” nağılı əsasında)”, Atif İslamzadənin “Mərasim folkloruna aid olan ağılarda islam inancları”, Aydın Mustafayevin “Ağac pirlərinin şəfaverici xüsusiyyətləri”, habelə doktorantların məqalələri ilə tanış ola bilər.

Jurnalın “Azsaylı xalqların folkloru” rubrikasında filologiya üzrə fəlsəfə doktorlarından İlkin Rüstəmzadənin “Azərbaycan domları: inancları, adət-ənənələri”, Ləman Vaqifqızının “Dambur ifaçılığı (avarlardan toplanan etnoqrafik-folklor materialları əsasında)” məqalələri dərc olunub.

“Cəlil Məmmədquluzadə – 150” rubrikasında professor Allahverdi Məmmədlinin “Jurnalistika janrlarında “Molla Nəsrəddin” gülüşü”, filologiya üzrə fəlsəfə doktoru Elçin Qaliboğlunun “Molla Nəsrəddin” karikaturalarında folklor elementləri” məqalələri yer alıb.

Nəşrin “Qardaş türk folklorundan örnəklər” rubrikasında “Edigey” dastanı – tatar variantının (“N.İsanbetin qüsurlu nəşri”) mətni, “Folklor həyatından” rubrikasında isə “Xalq aliminin bir ömürlük Dədə Qorqud sevgisi” məqalələri verilib.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 126

QHT və MEDİA

2020-03-29 09:30:18

QHT və MEDİA
Azərbaycan Respublikasının Birinci vitse...
Azərbaycan Respublikasının Birinci vitse...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “I...

2020-03-28 08:05:34

QHT və MEDİA
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...

Son günlərdə Ermənistan ordusunun bölmələri atəşkəs rejimini kobud surətdə po...

CƏMİYYƏT

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

2020-03-19 10:20:52

CƏMİYYƏT
Azərbaycan musiqi tarixinin korifeyi
Azərbaycan musiqi tarixinin korifeyi

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...