MÜSAHİBƏ
A- A A+

Politoloq: Düşünülmüş siyasət və diplomatik bacarıq sayəsində Azərbaycanın beynəlxalq nüfuzu gündən-günə artır

2020-03-13 07:55:05

Azərbaycan diplomatiyasının gücünün nəticəsidir ki, bu gün ölkəmiz müstəqillik yolunda inamla irəliləyir. Kifayət qədər yüksək reytinqə malik olan ölkə diplomatiyası dünyada yeni çağırışların nədən ibarət olduğunu yaxşı bilir və bu istiqamətdə fəaliyyətini davam etdirir. Bir sözlə, dünyada baş verən geosiyasi dəyişikliklər fonunda müdrik, dərindən düşünülmüş siyasət və diplomatik bacarıq sayəsində Azərbaycanın güclü ölkə kimi beynəlxalq aləmdə nüfuzu günbəgün artır

Fact-info.az-ın məlumatına görə, bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. Ölkəmizin dünyada siyasi nüfuzu ilə yanaşı, iqtisadi gücünün də artdığını bildirən politoloq deyib: “Azərbaycan dünyada böyük və mühüm layihələr həyata keçirir. Bunlardan biri də Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə 2008-ci ildən reallaşdırılan “Bakı prosesi”dir. Burada məqsəd mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulmasını təmin etməkdir. Azərbaycanın bu qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsinin əsasında fərqli dinə mənsub millətlərin və xalqların zəngin mədəni müxtəlifliyinin olması dayanır. Artıq 12-ci ilinə qədəm qoyan “Bakı prosesi”nin əsas qayəsi dialoq məfkurəsinin və təfəkkürünün daha da dərinləşməsinə xidmət edir”, – deyə T.Abbasov bildirib.

Bugün dünyanın hər yerində gərginliyin müşahidə olunduğunu vurğulayan politoloq bildirib ki, uzun illər davam edən münaqişələr öz həllini tapmaq əvəzinə, daha da gərginləşir. Ölkəmiz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli, ərazi bütövlüyümüzün təmin olunması istiqamətində illərdir ki, ardıcıl mübarizə aparır. Regionda sülhün və sabitliyin təmin olunması məqsədilə qarşı tərəflə danışıqlar aparılır. Lakin Ermənistan təcavüzkar siyasətindən əl çəkməyərək münaqişənin sülh yolu ilə həll olunmasına maneçilik törədir, regionda vəziyyəti daha gərginləşdirir. Ermənistan gözəl anlayır ki, Azərbaycan torpaqlarını uzun müddət işğal altında saxlaya bilməyəcək. Münxen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevin və təcavüzkar ölkənin baş naziri Nikol Paşinyanın debatı bütün dünyaya münaqişəyə münasibətdə tərəflərin bir-birindən nə ilə fərqləndiyini göstərdi.

Azərbaycan diplomatiyasının geosiyasi çəkidə də fərqləndiyini diqqətə çatdıran T.Abbasov deyib: “Azərbaycan nəinki Cənubi Qafqazda, eləcə də Avrasiya məkanında öz çəkisi, nüfuzu ilə seçilir. Müxtəlif enerji, nəqliyyat layihələri həyata keçirən Azərbaycanın dünyanın hər yerində tərəfdaşları var. Cənub Qaz Dəhlizi layihəsi Azərbaycan Prezidentinin təşəbbüsü ilə həyata keçirilir. Bu layihənin sonuncu seqmenti TAP bu il yekunlaşacaq və Adriatik boru kəməri istifadəyə veriləcək. Bu, çox böyük infrastruktur layihəsidir və bu layihə vasitəsilə Xəzərin enerji daşıyıcıları TANAP vasitəsilə Cənubi Avropaya çıxacaq. Beləliklə, bu ilin sonunda İtaliya istehlakçıları Azərbaycanın qazından istifadə edə biləcəklər. Ümumi dəyəri 40 milyard dolları ötüb keçən iri həcmli layihənin həyata keçməsi məhz Azərbaycan diplomatiyasının uğurudur. Ölkə rəhbərinin də dediyi kimi, ölkəmizin məqsədi budur ki, sabitlik bərqərar olsun və maraqlı tərəflər layihədən yararlansınlar. Çünki ekoloji tarazlığın pozulduğu bir vaxtda neft və daş kömürdən qaza daha çox üstünlük verilir. Azərbaycan Cənub Qaz Dəhlizi layihəsi ilə həm də ekologiyaya da öz töhfəsini vermiş olur”.

T.Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci-vitse-prezident Mehriban Əliyevanın İtaliya səfərinin əhəmiyyətindən danışıb. Bildirib ki, tərəflər arasında müxtəlif sahələr üzrə əməkdaşlıq barədə razılaşmaların əldə olunması yüksək səviyyədə diplomatik əlaqələrin nəticəsidir və bu da onu deməyə əsas verir ki, rəsmi Bakı və Roma arasında münasibətlər müsbət müstəvidə inkişaf edir.


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 187

QHT və MEDİA

2020-03-29 09:30:18

QHT və MEDİA
Azərbaycan Respublikasının Birinci vitse...
Azərbaycan Respublikasının Birinci vitse...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “I...

2020-03-28 08:05:34

QHT və MEDİA
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...

Son günlərdə Ermənistan ordusunun bölmələri atəşkəs rejimini kobud surətdə po...

CƏMİYYƏT

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

2020-03-19 10:20:52

CƏMİYYƏT
Azərbaycan musiqi tarixinin korifeyi
Azərbaycan musiqi tarixinin korifeyi

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...