CƏMİYYƏT
A- A A+

Musa Qasımlı: "Bunlar bizim dirilik və inkişaf formulumuzdur"

2020-03-12 09:05:35

.

“Biz bir toplum olaraq dövlətimiz qüdrətli, millətimiz güclü, xeyirxah insanlarımız çox olanda və türk dünyası birlikdə hərəkət edəndə irəli getmişik”.

Fact-info.az-ın məlumatına görə, Qafqazşünaslıq İnstitutunun direktoru, millət vəkili Musa Qasımlı sosial media hesabında belə yazıb. Millət vəkili qeyd edib ki, son günlərdə cənab Prezidentimiz İlham Əliyevin atdığı aşağıdakı addımları bir- biri ilə sıx bağlı olan böyük tarixi əhəmiyyətli hadisələr hesab edirəm: Bunlardan birincisi, Mərkəzləşdirilmiş Azərbaycan dövlətçiliyinin rəmzi olan Şah İsmayıl Xətainin heykəlinin yerinin dəyişdirilərək qoyulduğu yeni tikilmış parka gedərək çiçək dəstəsi qoyması, xatirəsini yad etməsidir. İkincisi, 6-cı çağırış Milli Məclisin açılışında etdiyi möhtəşəm nitqində Azərbaycanın və türk dünyasının inkişafına dair fikirləridir.Üçüncüsü, böyük xeyriyyəçi Hacı Zaynalabdin Tağıyevin abidəsinin hazırlanmasına dair imzaladığı sərəncamdır. Dördüncüsü, türk dünyasının bir parçası olan qardaş Türkmənistan ilə bir zamanlar soyuq olan qarşılıqlı münasibətlərin cənab Prezidentimizin səyləri ilə normallaşdırılması və inkişafının davamı kimi Prezident Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə rəsmi səfəridir. Cənab Prezidentimizin bu addımları təkcə bir- biri ilə bağlı deyil, eyni zamanda millət olaraq bizim üçün Strateji Yol Xəritəsidir. Onun da çox qısa mənası belədir: Dövlətimiz daim qüdrətli, millətimiz güclü, xeyirxah insanlarımız çox, türk dünyası birlikdə olmalıdır. Bunlar bizim dirilik və inkişaf formulumuzdur. Ölkəmizdəki televiziya kanallarında bu dörd tarixi hadisənin birlikdə, üzvü əlaqədə təhlil ediləcəyi dərin analitik proqramların hazırlanması ictimaiyyət üçün faydalı olardı..


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 143

QHT və MEDİA

2020-04-07 08:30:37

QHT və MEDİA
İctimai Qərargah ictimai sektorun poten...
İctimai Qərargah ictimai sektorun poten...

"Ümid edirəm ki, Şuranın təşkil etdiyi İctimai Qərargah #koronavirusla effekt...

2020-04-06 18:20:43

QHT və MEDİA
“Ruhlar şəhəri”ndən ruhlar planetinə...
“Ruhlar şəhəri”ndən ruhlar planetinə...

Ermənistan Ağdamı da işğal etdi və Şuşa kimi, Laçın, Kəlbəcər, Füzuli, Cəbray...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-07 18:15:52

İQTİSADİ
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlik...

2020-04-05 17:25:14

İQTİSADİ
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...

Ölkədə sahibkarlıq fəaliyyətini (o cümlədən kiçik və orta sahibkarlığı) dəstə...