QHT və MEDİA
A- A A+

Parlamentin yeni tərkibi köklü islahatların daha da dərinləşməsi işinə öz töhfəsini verəcək

2020-03-12 08:25:01

.

Azərbaycan Prezidentinin apardığı dərin köklü islahatlar hər bir vətəndaşların ürəyincədir. Qanunverici orqan kimi Milli Məclisdə də dəyişikliklərin edilməsi və yeni tərkibin formalaşdırılması zərurət və zamanın tələbi idi. Fevralın 9-da keçirilən Milli Məclisə seçkilərdə ən layiqli namizədlər parlamentə üzv seçildilər. Yenilənmə həm parlamentin tərkibində, həm də rəhbərliyində, yəni, spiker və onun müavinləri, eləcə də komitə sədrlərinin formalaşması prosesində də özünü göstərdi. Parlamentin yeni tərkibi onu deməyə əsas verir ki, qanunverici orqan ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcək.

Fact-info.az-ın məlumatına görə, bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva söyləyib.

O deyib: “Ölkəmizdə 2018-ci ildən start verilən köklü islahatların nəticəsi özünü çox gözlətmədi. Demək olar ki, bütün sahələrdə müsbət dəyişikliklər baş verdi. İnzibati dövlət, icra və idarəetmə orqanlarında kadr dəyişikliyi, gəncləşmə siyasətinin aparılması Azərbaycan vətəndaşları tərəfindən məmnunluqla qarşılandı. Vətəndaşları xüsusilə məmnun edən sosial sahədə reallaşdırılan layihələr oldu. Dövlətimizin başçısının apardığı islahatların nəticəsi olaraq insanların əməkhaqqının, pensiya və müavinətlərin məbləğinin artması əhalinin rifah halının yaxşılaşdırılmasına yönəldilib”. Gənc deputat bildirib ki, Azərbaycan parlamenti tarixində ilk dəfə qadın nümayəndənin Milli Məclisin sədri seçilməsi ölkəmizdə qadın hüquqlarının qorunmasından, gender bərabərliyindən təmin olunmasından xəbər verir. Digər tərəfdən, Milli Məclisin yeni tərkibi çoxpartiyalılıq prinsipi əsasında formalaşıb. Sevindirici haldır ki, bitərəf və azlıqda olan partiyaların nümayəndələri də Milli Məclisin daimi komitələrinə üzv seçildilər.

“Altıncı çağırış Milli Məclisin ilk iclasındakı nitqi zamanı Prezident İlham Əliyevin dəyərli tövsiyələri bizə stimul verdi, işimizdə daha məsuliyyətli və çalışqan olmağa ruhlandırdı. Dövlətimizin başçısı dəfələrlə vurğulayıb ki, xalqın seçdiyi deputatlar seçicilərlə daim təmasda olmalı, onların problemləri ilə maraqlanmalıdırlar. Prezident onu da qeyd etdi ki, Milli Məclisdə qanunlar qəbul olunarkən iqtisadi inkişafın dərinləşdirilməsi, milli dəyərlərin qorunması, informasiya təhlükəsizliyi, sosial siyasət və gənclər siyasəti nəzərə alınmalıdır. Təbii ki, iqtisadi inkişaf olmadan heç bir tərəqqidən, irəliləyişdən söhbət gedə bilməz. İqtisadiyyatın inkişafı həm də vətəndaşların rifah halının yaxşılaşdırılması üçün yeni imkanlar yaradır”, - deyə deputat vurğulayıb.

K.Nurullayeva qeyd edib ki, hər bir xalqın gələcəyi onun sağlam düşüncəli, dünyagörüşlü, Vətənə, dövlətçiliyə sadiq gənclərindən asılıdır. Prezident İlham Əliyev hər zaman gənclərə dəstək göstərir, onların idarəetmə və icra orqanlarında çalışmaları üçün şəraitin yaradılmasını təmin edir. 2020-ci ilin “Könüllülər ili” elan edilməsi də dövlətimizin başçısının gənclərə olan diqqət və qayğısının bariz nümunəsidir.

“İnanırıq ki, Milli Məclisin yeni tərkibi islahatlar kursunu əsas götürərək dövlətçiliyimizin, müstəqilliyimizin qorunması və müdafiəsi naminə normativ-hüquqi bazanın möhkəmləndirilməsinə öz töhfəsini verəcək”, - deyə K.Nurullayeva bildirib.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 185

QHT və MEDİA

2020-04-09 09:40:48

QHT və MEDİA
Şura QHT-ləri Sorğuda fəal iştirak etməy...
Şura QHT-ləri Sorğuda fəal iştirak etməy...

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası koronavi...

2020-04-07 08:30:37

QHT və MEDİA
İctimai Qərargah ictimai sektorun poten...
İctimai Qərargah ictimai sektorun poten...

"Ümid edirəm ki, Şuranın təşkil etdiyi İctimai Qərargah #koronavirusla effekt...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-07 18:15:52

İQTİSADİ
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlik...

2020-04-05 17:25:14

İQTİSADİ
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...

Ölkədə sahibkarlıq fəaliyyətini (o cümlədən kiçik və orta sahibkarlığı) dəstə...