QHT və MEDİA
A- A A+

Əcnəbi mediada Bakı haqqında məqalə dərc olunub

2020-03-10 14:00:01

.

Azərbaycan paytaxtı Bakıda turistlərin diqqətini cəlb edən vacib tarixi məkanlardan biri də Şirvanşahlar sarayıdır.

Bu fikir İranın İSNA xəbər agentliyinin saytında Bakı haqqında dərc edilən məqalədə yer alıb. Qeyd olunub ki, Şirvanşahlar sarayı Bakının XV əsrə aid ən möhtəşəm tarixi abidələrindəndir. Azərbaycanda mədəni irsin qorunmasına məsul olan dövlət qurumları bu tarixi abidənin qorunub saxlanması üçün böyük işlər görür.

Bu gün Bakıda Heydər Əliyev Mərkəzi, “Alov qüllələri”, Xalça Muzeyi kimi çoxsaylı müasir tikililərə rast gəlmək mümkündür. Bununla yanaşı, şəhər öz qədimiliyini də qoruyub saxlayır. Bu da onu daha möhtəşəm, özünəməxsus, turistlərin maraq göstərdiyi istiqamətlərdən birinə çevirir.

Təxminən 500 illik tarixi olan Şirvanşahlar sarayı 1538-ci ilə aiddir. O, dövrünün mühüm abidələrindəndir. Əslində, bu saray Şamaxı bölgəsində baş vermiş zəlzələdən sonra buradakı dövlətin paytaxtının Bakıya köçürülməsilə, hökumət binası kimi tikilib. Üstəlik, əvvəlcə o, elə də böyük olmayıb. Zaman keçdikcə, Şirvanşahlar sülaləsinin burada tam yerləşməsilə saray genişləndirilib və böyüyüb.

Bu gün Şirvanşahlar sarayı Bakının İçərişəhər adlanan ərazisində yerləşir. O, ziyarətçilərin üzünə açıqdır. Yeri gəlmişkən, Bakıya səyahət edən hər kəs İçərişəhərə baş çəkməyi turun ayrılmaz hissəsi sayır. Bu məkan hər bir turistdə unudulmaz, dərin təəssürat yaradır. Məsələ ondadır ki, saysız-hesabsız müasir tikilisi olan Bakıda İçərişəhər insanlar üçün tam fərqli mənzərə açır. Materialda bildirilib ki, saraya təxminən 50 otaq, 2 məscid və 1 hamam daxildir. Padşah ailəsinin məzarları da buradadır. İki mərtəbəli saray kifayət qədər böyükdür. Onun ikinci mərtəbəsi tamamilə padşahın ailəsinin məxsus olub. Alt mərtəbədə qulluqçular yaşayıb.

Tarix boyu baş vermiş müharibələr Şirvanşahlar sarayına da zərərsiz ötüşməyib. Saray xəzinəsinin çox hissəsi Bakının Rusiya ilə, osmanlılarla apardığı müharibələr zamanı talan edilib. İndi burada çox az sayda əşya var. Sarayın bəzi hissələri isə sonradan bərpa edilib. Məsələn, padşahın şəxsi otağında restavrasiya işləri aparılıb. Lakin Şirvanşahlar padşahının məhz burada yaşadığı bu gün də hiss olunur.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 124

QHT və MEDİA

2020-03-29 09:30:18

QHT və MEDİA
Azərbaycan Respublikasının Birinci vitse...
Azərbaycan Respublikasının Birinci vitse...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “I...

2020-03-28 08:05:34

QHT və MEDİA
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...

Son günlərdə Ermənistan ordusunun bölmələri atəşkəs rejimini kobud surətdə po...

CƏMİYYƏT

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

2020-03-19 10:20:52

CƏMİYYƏT
Azərbaycan musiqi tarixinin korifeyi
Azərbaycan musiqi tarixinin korifeyi

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...