TƏDQİQATLAR
A- A A+

İtaliyada Ermənistanın qanunsuz silah alverində iştirakı araşdırılır

2015-11-18 09:25:00

Son günlər İtaliyada qanunsuz silah alveri ilə bağlı bir ildən artıqdır davam edən istintaq ölkənin aparıcı kütləvi informasiya vasitələrində diqqət mərkəzindədir

İstintaqın məqsədi Somali, Ermənistan, Kot-d’İvuar, İraq, Liviya, Nigeriya, İran, Cənubi Sudan və Anqolaya qanunsuz olaraq mülki və hərbi vertolyotların, digər silahların satışını araşdırmaqdır.

İtaliya mediasında yayılmış məlumatlara görə, mülki istifadə adı ilə satılan vertolyotlar daha sonra göndərilən ölkədə yeni və işlənmiş vertolyotların satışı ilə məşğul olan “Elicotteri Srl İtaliya” şirkəti tərəfindən hərbi məqsədlər üçün yenidən quraşdırılırdı. Məsələ ilə bağlı İtaliyanın mafiyaya qarşı mübarizə idarəsi tərəfindən aparılan təhqiqat çərçivəsində artıq 23 nəfər istintaqa cəlb edilib. İstintaqa cəlb olunan əsas şəxslər “Elicotteri Srl İtaliya” şirkətinin rəhbəri Andrea Pardi və bir zamanlar İtaliyanın Ermənistanda səfiri olmuş, hazırda isə Ermənistanın İtaliyada lobbiçilərindən biri olan Bruno Skapinidir.

İstintaqın ilkin nəticələrinə əsasən, qanunsuz silah satışı çərçivəsində Ermənistana çox yüksək qiymətə İtaliyanın “Agusta-Westland” şirkətinin istehsalı olan 4 döyüş vertolyotu satılıb. Bununla bağlı İtaliyanın müxtəlif regionlarında - Veneto, Abrutso, Kampaniya, Friuli-Venesiya-Culia, Latsio, Liquriya, Lombardiya, Molize, Piemonte, Siciliya və Toskanada polis axtarışları davam edir.

İtaliya KİV-ləri həmin istintaq çərçivəsində Neapol şəhərində qanunsuz silah alveri və muzdlu döyüşçülərin təşkili məsələsi ilə bağlı araşdırmaların başlandığına dair məlumatlar yaymaqdadır. İstintaq zamanı orada fəaliyyət göstərən Casalesi mafiya klanının muzdlu döyüşçülərə təlimlər keçməsi və onların dünyanın müxtəlif bölgələrindəki münaqişə zonalarına göndərilməsi, həmçinin narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu aşkarlanıb.

Müvafiq araşdırma İtaliyanın aparıcı nəşrlərindən olan “La Repubblica” qəzetində, bu ölkənin əsas televiziya kanalı “Rai”-də və digər KİV-lərdə son günlər böyük əks-səda doğurub. Belə ki, “Rai” telekanalının Milena Qabanellinin aparıcılığı ilə yayımlanan “Report” proqramında noyabrın 15-də bununla bağlı geniş reportaj nümayiş olunub və Ermənistanla aparılmış qanunsuz silah alveri əməliyyatından bəhs edilib.

 

Hazırda İtaliyanın gömrük və vergi qanunvericiliyinin pozulması ilə müşayiət olunan, beynəlxalq mütəşəkkil cinayətkar qruplar vasitəsilə adıçəkilən İtaliya şirkətinin həyata keçirdiyi qanunsuz silah alveri zamanı münaqişə bölgələrində terrorçu təşkilatlarla mümkün əlaqələr hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 734

QHT və MEDİA

2018-02-23 10:00:44

QHT və MEDİA
Xarici mediada Xocalı soyqırımına dair ...
Xarici mediada Xocalı soyqırımına dair ...

Ukraynanın “Vechirniykiev” portalında AZƏRTAC-ın Ukrayna, Belarus, Moldova üz...

2018-02-22 17:10:35

QHT və MEDİA
Regionlarda gənclərin bilik və bacarıqla...
Regionlarda gənclərin bilik və bacarıqla...

“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi və Mərhəmət Kimsəsizlərə Yardım ...

CƏMİYYƏT

2018-02-23 13:25:31

CƏMİYYƏT
Sumqayıt hadisələri-məkrli planlar
Sumqayıt hadisələri-məkrli planlar

Hər il fevralın 27-28-də Sumqayıt hadisələri haqqında media yazır, müzakirəl...

2018-02-22 17:20:31

CƏMİYYƏT
“Xocalı şahidləri danışır” kitabının təq...
“Xocalı şahidləri danışır” kitabının təq...

Fevralın 22-də Beynəlxalq Mətbuat Mərkəzində “Xocalı şahidləri danışır” kitab...

İQTİSADİ

2018-02-22 10:10:43

İQTİSADİ
Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişi...
Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişi...

Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınması yəqin ki, bu ilin sonunad...

2018-02-20 08:10:24

İQTİSADİ
Bakıda "IT və IT Təhlükəsizlik üzrə konf...
Bakıda "IT və IT Təhlükəsizlik üzrə konf...

AZƏRTAC Azərbaycan Banklar Assosiasiyasına (ABA) istinadla xəbər verir ki, "A...