QHT və MEDİA
A- A A+

ABŞ-ın Aydaho Ştat Senatında Azərbaycanın təqdimatı keçirilib

2020-03-09 14:35:58

.

ABŞ-ın Aydaho Ştat Senatının plenar iclasında Azərbaycanın təqdimatı keçirilib. Təqdimatda Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev iştirak edib.

Qeyd edək ki, Aydaho Ştat Senatının tərkibi əksəriyyəti respublikaçı olmaqla, 35 senatordan ibarətdir.

Ölkəmizin Los-Ancelesdəki Baş Konsulluğundan AZƏRTAC-a bildirilib ki, iclasda çıxış edən Aydaho Ştat Senatının sədri Brent Hill senatorlara Azərbaycan haqda məlumat verib. O, ölkəmizin coğrafi mövqeyi, iqlimi, zəngin təbii müxtəlifliyi haqqında danışıb. Azərbaycanda neft sənayesinin inkişafından danışan senator dünyada ilk neft quyusunun 1848-ci ildə məhz Azərbaycanda qazıldığını, ölkəmizin qədim neft sənayesinə malik olduğunu diqqətə çatdırıb. Senator Hill, həmçinin Azərbaycanda iqtisadiyyatın şaxələndirildiyini qeyd edib. Daha sonra B.Hill baş konsul N.Ağayevi senatorlara təqdim edib. Bundan başqa, N.Ağayev həmin gün Aydaho Ştat Senatının nüfuzlu Nəqliyyat Komitəsinin iclasında Azərbaycana dair geniş təqdimatla çıxış edib. Baş konsul Azərbaycanın coğrafi mövqeyi, qədim tarixi, zəngin mədəni irsi, eləcə də müstəqil dövlət kimi davamlı inkişafı haqqında ətraflı məlumat verib.

Azərbaycan-ABŞ münasibətləri haqqında məlumat verən N.Ağayev Azərbaycanın ABŞ-ın regiondakı ən böyük ticari tərəfdaşı olduğunu deyib. O, Azərbaycan tərəfindən həyata keçirilən və strateji önəm daşıyan trans-regional enerji və nəqliyyat layihələrindən bəhs edib.

N.Ağayev daha sonra Azərbaycanın qədim tolerantlıq və multikulturalizm ənənələrindən danışaraq, ölkəmizdə müsəlman, yəhudi, xristian və digər dinlərin nümayəndələrinin əsrlər boyu bir-biriləri ilə mehriban şəraitdə yaşadıqlarını və azad şəkildə öz dini ibadətlərini həyata keçirdiklərini diqqətə çatdırıb.

Səfər müddətində baş konsul N.Ağayev Aydaho Nümayəndələr Palatasının demokratlar fraksiyasının dəvəti ilə həmin fraksiyanın iclasında da çıxış edib.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 236

QHT və MEDİA

2020-07-02 07:00:01

QHT və MEDİA
Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı”...
Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı”...

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhb...

2020-06-30 08:55:09

QHT və MEDİA
Əhliman Əmiraslanov: Qaydalara riayət ol...
Əhliman Əmiraslanov: Qaydalara riayət ol...

Son dövrlərdə dünyada koronavirusa yoluxanların sayı 50 faiz artıb ki, bu da ...

CƏMİYYƏT

2020-06-30 07:50:04

CƏMİYYƏT
Cərimələrin qaldırılması ilə bərabər mən...
Cərimələrin qaldırılması ilə bərabər mən...

Əgər pandemiya ilə mübarizədə maarifçilik işi effekt vermirsə , o zaman cəri...

2020-06-25 09:05:04

CƏMİYYƏT
Şirməmməd Hüseynovu yenidən oxumaq......
Şirməmməd Hüseynovu yenidən oxumaq......

Professor Şirməmməd Hüseynovu bir müəllim kimi 1964-cü ildən - Bakı Dövlət Un...

İQTİSADİ

2020-07-01 11:25:59

İQTİSADİ
Davamlı inkişaf məqsədləri indeksinə gör...
Davamlı inkişaf məqsədləri indeksinə gör...

Azərbaycan “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi ar...

2020-06-23 08:05:19

İQTİSADİ
İqtisadi islahatlar cəmiyyətə nə vəd edi...
İqtisadi islahatlar cəmiyyətə nə vəd edi...

İslahat kəliməsi ərəbcədən dilimizə keçmiş və ifadəcə “daha yaxşısı üçu...