SİYASƏT
A- A A+

Musa Quliyev: Prezidentin bölgələrə hər səfəri regionlardakı struktur rəhbərlərin məsuliyyətini artırır

2020-03-09 10:25:59

.

Prezident İlham Əliyevin regionlara səfəri həm iqtisadi-siyasi, həm də xalqın milli-mənəvi dəyərlərinin qorunması, gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi baxımından olduqca böyük əhəmiyyət kəsb edir.

Bunu Trend-ə Milli Məclisin deputatı Musa Quliyev deyib.

Dövlət başçısının regionlara etdiyi hər bir səfəri böyük tarixi hadisə kimi dəyərləndirən deputat bildirib ki, regionlarda yeni müəssisələrin, iş yerlərinin açılması, yerli şəraitə uyğun olaraq perspektivlərin müəyyən edilməsi problemlərin həlli üçün mühüm əhəmiyyət daşıyır:

"Bu baxımdan Prezident İlham Əliyevin Tovuza etdiyi son səfəri xüsusi qeyd edə bilərik. Prezidentin səfər zamanı insanlarla görüşməsi, müəssisələrdə görülən işlər və onun pesrpektivləri barədə öz fikirlərini bildirməsi, xüsusilə milli-mənəvi dəyərlərin qorunması, tariximizə doğru və ciddi münasibət nümayiş etdirməsi, Tovuzda Tarix-Diyarşünaslıq Muzeyi və Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin açılışında xəritələrdəki nöqsanları göstərməsi onun regionların inkişafına nə qədər böyük diqqət göstərdiyini, öz tariximizə nə qədər yüksək şəkildə bələd olduğunu göstərir. Prezident açılışlarda, eyni zamanda bunu da qeyd etdi ki, açılan yeni obyektlər gənclərimizin milli-mənəvi, vətənpərvərlik ruhunda tərbiyəsi üçün çox əhəmiyyətlidir. Ona görə də hesab edirəm ki, gənclər şanlı tariximizi gözəl bilməlidirlər”.

Deputat əlavə edib ki, Prezidentin bölgələrə hər səfəri regionlardakı struktur rəhbərlərin məsuliyyətini artırır.

M.Quliyevin fikrincə, bu səfərlər, eyni zamanda Prezident İlham Əliyevin xalqa yaxın olmasının nümunəsidir:

“Xalq həmişə əmindir ki, Prezident İlham Əliyev regionlara səfər edərkən problemlər öz həllini tapacaq, yeni nailiyyətlər olacaq. Çünki Prezident İlham Əliyev bütün problemlərin həlli üçün doğru yol seçir və onları qısa müddətdə həll edir. Prezidentin indiyədək regionlara etdiyi bütün səfərlər özünün müsbət nəticəsini verib və bundan sonra da belə olacağına şübhə ola bilməz”.

M.Quliyev qeyd edib ki, Prezidentin səfərləri zamanı qaldırılan problemlərin istiqaməti də 10 il əvvəllə müqayisədə dəyişib: "Belə ki, əvvəllər qaldırılan problemlər daha çox infrastrukturun təşkili ilə bağlı olduğu halda, indi bu problemlər həll edildiyindən, müasirləşmə, yeni texnologiyaların gətirilməsi ilə bağlı məsələlər qaldırılır".


Kateqoriya : SİYASƏT Baxış sayı : 239

QHT və MEDİA

2020-07-04 17:00:04

QHT və MEDİA
QHT Şurasının dəstəyilə Milli Qəhrəman M...
QHT Şurasının dəstəyilə Milli Qəhrəman M...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2020-07-04 10:00:19

QHT və MEDİA
Professor Hüseyin Bağcı: Azərbaycanın ql...
Professor Hüseyin Bağcı: Azərbaycanın ql...

Prezident İlham Əliyevin yeni növ koronavirus (COVID-19) pandemiyası ilə bağl...

CƏMİYYƏT

2020-07-05 12:45:04

CƏMİYYƏT
Turan eşqi - Türk dünyasına töhfə
Turan eşqi - Türk dünyasına töhfə

Azərbaycanda Atatürk Mərkəzi tərəfindən türkiyəli şairin kitabı ilk dəfə türk...

2020-06-30 07:50:04

CƏMİYYƏT
Cərimələrin qaldırılması ilə bərabər mən...
Cərimələrin qaldırılması ilə bərabər mən...

Əgər pandemiya ilə mübarizədə maarifçilik işi effekt vermirsə , o zaman cəri...

İQTİSADİ

2020-07-01 11:25:59

İQTİSADİ
Davamlı inkişaf məqsədləri indeksinə gör...
Davamlı inkişaf məqsədləri indeksinə gör...

Azərbaycan “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi ar...

2020-06-23 08:05:19

İQTİSADİ
İqtisadi islahatlar cəmiyyətə nə vəd edi...
İqtisadi islahatlar cəmiyyətə nə vəd edi...

İslahat kəliməsi ərəbcədən dilimizə keçmiş və ifadəcə “daha yaxşısı üçu...