2020-03-06 09:55:27 | MƏDƏNİYYƏT
“Zənginləşən xəzinəmiz” adlı sərgi açılıb

Azərbaycan Milli Xalça Muzeyində “Zənginləşən xəzinəmiz” adlı sərginin virtual açılışı olub.

Tədbirdə Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova çıxış edərək sərgi haqqında məlumat verib. Bildirib ki, koronavirusun yayılma təhlükəsi səbəbindən muzeylərdə bir çox kütləvi tədbirlər dayandırılıb: “Ona görə də biz ilk dəfə olaraq sərgini onlayn şəkildə açmaq qərarına gəldik. Çünki texnoloji tərəqqi əsrində Milli Xalça Muzeyi dünya şəbəkəsinin saysız-hesabsız yeniliklərini mənimsəməlidir. Muzeyimizin ziyarətçiləri öz evlərindən bizi izləyə bilərlər”.

Mərasimdə Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Fikrət Babayev çıxış edərək Milli Xalça Muzeyində mütəmadi təşkil edilən sərgilərin əhəmiyyətindən söz açıb. Qeyd edib ki, muzeydə milli mədəniyyətimizin qiymətli nümunələri nümayiş olunur. Fikrət Babayev ilk virtual sərgi münasibətilə muzeyin kollektivini təbrik edib, onlara uğurlar arzulayıb.

Daha sonra sərgi təqdim edilib. Muzeyin direktoru sərgidə nümayiş olunan xalça nümunələrinin hər biri haqqında məlumat verib. Bildirib ki, sərgidə 2017-ci ildən bu günədək kolleksiyaların zənginləşdirilməsi məqsədilə əldə olunan tarixi, bədii, elmi əhəmiyyət kəsb edən xovlu və xovsuz xalçalar, xalça məmulatları, zərgərlik nümunələri və geyimlər təqdim olunacaq. Muzeyə yeni daxil olan bu əşyalar müxtəlif təşkilat və şəxslər tərəfindən hədiyyə edilmiş və ya dövlət büdcəsindən ayrılan vəsait hesabına özəl kolleksiyalardan və məşhur hərrac evlərindən satınalma yolu ilə əldə olunub.

Sərgidə diqqəti cəlb edən qiymətli eksponatlardan biri muzeyin tarixində ilk dəfə məşhur Sotheby hərrac evindən əldə edilən zərgərlik nümunəsi – qadın asma bəzəkləridir. Qacarlar dövrünə xas üslubda, yüksək bədii zövqlə hazırlanan bu asma bəzəklər XIX əsrə aiddir. Bu bəzək əşyaları öz üslub xüsusiyyətlərinə görə muzeyin “Zərgərlik” kolleksiyasında yer alan eksponatlar arasında yeganə nümunələrdir. Azərbaycan Milli Xalça Muzeyinin apardığı məqsədyönlü fəaliyyət nəticəsində yerli və xarici vətəndaşların öz şəxsi kolleksiyalarında yer alan Azərbaycan xalçalarını muzeyə hədiyyə etdiyini söyləyən Ş.Məlikova deyib: "Sevindirici haldır ki, Amerika vətəndaşları Hilari-Dumas Jones və Jay Jones tərəfindən muzeyə hədiyyə olunan Quba xalçaçılıq mərkəzinin ən məşhur kompozisiyalarından biri olan “Qonaqkənd” xalçası da sərgidə nümayiş olunur. Kolleksiyaçılar tərəfindən bədii, elmi əhəmiyyət kəsb edən əşyaların təmənnasız olaraq muzeyə bağışlanması onların bu mədəniyyət ocağına özləri qədər böyük etibar etdiklərinin göstəricisidir.

Muzeyimiz dövlət və özəl sektorda fəaliyyət göstərən təşkilat və fiziki şəxslərlə, o cümlədən Heydər Əliyev Fondu, Dövlət Gömrük Komitəsi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və s. ilə sıx əməkdaşlıq edir. Bu təşkilatlar tərəfindən hədiyyə edilən əşyalar öz kompozisiyası, texnikası, rəng harmoniyası və ornamentlərinin zərifliyi ilə seçilərək muzeyin ekspozisiyasında layiqli yerlərini tutmuşlar”.

Bildirib ki, son üç ildə muzeyin kolleksiyalarına ümumilikdə 68 ədəd əşya daxil edilib və onlardan bəzilərinin təqdimat mərasimi artıq keçirilib. Hazırkı sərgidə nümayiş olunan 21 ədəd eksponat isə ilk dəfə ictimaiyyətə təqdim olunacaq.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov sərgidə nümayiş olunan “Muğan” xalçası haqqında məlumat verib.

Muzeyin Elmi tədqiqat və milli irsin qorunması və saxlanması şöbəsinin müdiri Aytən Əhmədova isə nümayiş olunan zərgərlik məmulatlarının tarixi və xüsusiyyətləri ilə bağlı çıxış edib.

Tədbirdə, həmçinin muzey tərəfindən hazırlanan “Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından zərgərlik inciləri” adlı kitabın təqdimatı da keçirilib. Kitabda kolleksiyanın yaranma tarixi, burada qorunan müxtəlif çeşidli qadın və kişi zərgərlik nümunələri, bu sənətdə istifadə edilən ənənəvi texnikalar və Azərbaycanın tanınmış zərgərləri haqqında müfəssəl məlumatlar yer alıb. Kitabın geniş oxucu kütləsinə çatdırılması məqsədilə mətnlər Azərbaycan, ingilis və rus dillərində verilib.

Qeyd edək ki, sərgi martın 26-dək davam edəcək.

Baxış sayı : 266
Prezident İlham Əliyev: Avropa İttifaqı ilə Azərbaycan arasında çox yüksək səviyyəli tərəfdaşlıq mövcuddur 2020-09-24 15:30:27 Azərbaycanın 3 şəhəri YUNESKO-nun şəbəkəsinə üzv seçilib 2020-09-24 10:20:28 Rusiyalı tarixçi, analitik Oleq Kuznetsov: KTMT-nin heç bir üzvü təcavüzkarı dəstəkləməyi arzulamır 2020-09-24 09:20:32 “Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır” 2020-09-24 08:20:05 "Ordunun gücləndirilməsi üçün növbəti ilin büdcəsində ciddi artım nəzərə alınıb" 2020-09-24 07:25:27 Şura haqqında böhtan yayan saytlar məhkəməyə veriləcək 2020-09-24 07:15:00 Arsak toponimi ilə bağlı real faktlar - Açıqlama 2020-09-23 21:10:53 Azərbaycanın siyasi dialoq platforması beynəlxalq arenaya çıxarıldı – Rufiz Qonaqov 2020-09-23 16:20:16 Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş virtual sərgi keçiriləcək 2020-09-23 08:40:50 Rəcəb Tayyib Ərdoğan: Ermənistan Cənubi Qafqazda sülhə və sabitliyə ən böyük maneədir 2020-09-23 08:25:07 Xarici media Dağlıq Qarabağa PKK terrorçularının gətirilməsndən yazıb 2020-09-23 07:05:11 Ölkə vətəndaşlarının təlim toplanışlarına böyük ruh yüksəkliyi ilə qatılması dövlətimizə olan inamın bariz nümunəsidir 2020-09-23 06:40:28 Bütün dünya bilir ki, Azərbaycan qısa bir zamanda öz torpaqlarını azad etməyə qadirdir! 2020-09-23 06:25:35 Türkiyə və Azərbaycan prezidentləri arasında telefon danışığı oldu 2020-09-22 20:45:23 Ermənistanda məktəb dərsliklərində tarix saxtalaşdırılaraq azərbaycanlılara nifrət aşılanır 2020-09-22 09:30:46 “Karabakh is Azerbaijan!" Milli Platformasının xaricdəki koordinatorlarının ilk videokonfransı keçirilib 2020-09-22 08:25:47 “Qafqazın geosiyasəti: Dağlıq Qarabağ münaqişəsi” 2020-09-22 08:10:06 Ombudsman növbəti erməni təxribatına dair beynəlxalq təşkilatlara müraciət etdi 2020-09-22 07:15:21 Mövlud Çavuşoğlu: "Azərbaycanın haqlı mübarizəsində daim yanındayıq" 2020-09-22 06:55:23 "Ermənistanın baş naziri danışıqların mahiyyətini məqsədyönlü şəkildə pozur" 2020-09-21 22:00:16 “Dağlıq Qarabağla bağlı informasiyaların dünyaya çatdırılması işi davamlı aparılmalıdır ” 2020-09-21 15:15:07 Gürcüstan saytları Prezident İlham Əliyevin Ermənistanın təxribatları ilə bağlı fikirlərinə geniş yer ayırıb 2020-09-21 09:50:59 Məhəbbət Paşayeva: Qafqaz Albaniyası Azərbaycanın qədim dövlətidir və bu dövlətin varisləri biz azərbaycanlılarıq 2020-09-21 09:45:18 “Ermənistanın indiki rəhbərliyi məsuliyyət dərk etmir” 2020-09-21 09:15:08