2020-03-05 17:05:30 | SİYASƏT
Prezident İlham Əliyev: "Var gücümlə çalışacağam ki, bu dəyərlər tam bərqərar olsun"

.

"Gənclər gələcəkdə elə işləməlidirlər ki, bu inkişaf dayanıqlı olsun, müstəqilliyimiz əbədi olsun. Ona görə bir daha demək istəyirəm, - bunu nə qədər çox təkrarlasaq ziyanı yoxdur, - bilik, savad, vətənpərvərlik, Vətənə bağlılıq və milli dəyərlər hər şeydən üstün olmalıdır".

"Report" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Tovuzda “ASAN xidmət” əməkdaşları və könüllüləri ilə görüşdə deyib.

Dövlət başçısı bildirib: "Bizi xalq kimi, millət kimi əsrlərboyu qoruyan, assimilyasiyadan qoruyan bizim dəyərlərimiz olub. Ana dilimiz, ədəbiyyatımız, incəsənətimiz və milli şüurumuz. Bunu biz heç vaxt itirə bilmərik, heç vaxt! Nə qədər ki, mən prezidentəm, var gücümlə çalışacağam ki, bu dəyərlər tam bərqərar olsun, o cümlədən gənclər arasında. Çünki indi gənclər yaşlı nəsildən təbii ki, fərqlənir. Onların maraqları da fərqlidir. Onların informasiya əldə etmək üsulları da fərqlidir. Gənclərin bir çoxu televiziyaya baxmır. Onların əlində telefon var, bütün informasiyanı oradan alırlar. Gənclər bəzi hallarda virtual məkanda yaşayırlar, real həyatdan bir qədər kənarda qalırlar. Bütün bunlar, təbiidir, bu, dövranın, necə deyərlər, mənzərəsidir. Amma bütün bunlara baxmayaraq, bizim gənclər milli ruhda tərbiyə almalıdırlar. Bilməlidirlər ki, Azərbaycanın bundan sonra da müstəqil ölkə kimi yaşaması üçün onların hər biri vətənpərvər olmalıdır. Hər biri öz bayrağını həmişə uca tutmalıdır, öz milli atributlarına hörmətlə yanaşmalıdır və heç kimin təsiri altına düşməməlidir".

Baxış sayı : 325
Türkiyə Ombudsmanı Ermənistanın cinayətləri barədə hesabat hazırlayıb 2020-11-24 18:00:05 XXI əsrin vəhşi qəbiləsi 2020-11-24 17:00:43 Azərbaycan Prezidenti: Biz qəhrəman əsgər və zabitlərimizin hesabına qələbə qazanmışıq 2020-11-24 10:25:40 Vətən müharibəsində Azərbaycanın tam Qələbəsini təmin edən həlledici amillər 2020-11-24 09:20:12 Diqqət: Feyk xəbərlər... 2020-11-24 09:00:33 BMT Dağlıq Qarabağda minaların təmizlənməsi üzrə missiya yerləşdirəcək 2020-11-24 08:50:40 Ağdamdan olan məcburi köçkünlərin say tərkibi dəqiqləşdirilir 2020-11-24 08:40:22 Ağdamın Gülablı kəndindəki keçmiş orta məktəbdə Azərbaycan bayrağı qaldırılı 2020-11-24 08:30:14 Hikmət Hacıyev: Füzulidən dünyaya sülh və dözümlülük müraciəti edirik 2020-11-23 20:15:44 General Yücel Karauz: Azərbaycanın qazandığı bu zəfərlə dünya hərb tarixində parlaq səhifə yaradıb 2020-11-23 15:30:29 Seyran Ohanyan barəsində soyqırımı cinayəti üzrə axtarış elan edildi 2020-11-23 14:20:46 Dahi bəstəkar Üzeyir Hacıbəylinin anım günü 2020-11-23 09:15:45 Gürcüstan mediası xarici diplomatların işğaldan azad olunmuş Füzuli şəhərinə səfərindən yazır 2020-11-23 09:10:11 Kestutis Yankauskas: "Füzulidəki dağıntıları gözlərimizlə gördük" 2020-11-23 09:05:29 “Füzulidəki bu acınacaqlı vəziyyət beynəlxalq ictimaiyyətə çatdırılmalıdır” 2020-11-23 09:00:59 Politoloq: Fransa beynəlxalq hüququn normalarını və özünün beynəlxalq öhdəliklərini pozur 2020-11-22 08:55:51 Ağdamda dağıntılardan başqa heç nə qalmayıb - “Əl-Cəzirə” 2020-11-22 08:35:01 Rusiya və Türkiyənin birgə səyləri ilə Dağlıq Qarabağdakı hərbi münaqişə dayandırıldı 2020-11-21 22:05:48 Bu məsuliyyətsiz yanaşma Avropada təhlükəli separatizmə geniş qapı aça bilər 2020-11-21 09:35:44 “Xristian irsimizi tanıyaq”: Çotari Alban-Udi kilsəsi 2020-11-21 09:05:54 Azərbaycan Bayrağı Ağdamda dalğalanır 2020-11-21 08:40:33 Şoyqu Qarabağda yaradılacaq monitorinq mərkəzi haqqında danışdı 2020-11-21 08:40:18 Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib 2020-11-20 12:30:19 Aztəminatlı aillərə tibbi psixoloji rebilitasiya dəstəyi göstərilib 2020-11-20 11:30:22