SİYASƏT
A- A A+

Rusiya mediası erməniləri ifşa etdi - “Sumqayıt hadisələrini onlar törədib”

2020-03-04 19:25:09

.

“Artıq bir neçə gündür ki, Ermənistanın Rusiyadakı səfirliyi, erməni diasporu, erməni əsilli rus rəsmiləri Rusiyanın məşhur “Nezavisimaya qazeta”ya hücumlar təşkil edir. Səbəb bir neçə gün öncə “Nezavisimaya qazeta”nın səhifələrində məlum Sumqayıt hadisələri haqda əməkdaşımız Lev Askerovun səs-küylü məqaləsidir”. Eurasia Diary xəbər verir ki, bu barədə Haqqin.az portalının rəhbəri Eynulla Fətullayevin "Facebook" səhifəsindən Azərbaycan ictimaiyyətinə ünvanladığı müraciətində yazılıb.

Onun sözlərinə görə, Ermənistan səfirliyi hətta “Nezavisimaya qazeta”nı məhkəməyə verib, Baş Prokurorluğa şikayətlə müraciət edib: “32 ildən sonra ilk dəfə Rusiya mətbuatında Sumqayıt hadisələri haqda gerçək həqiqətlər işıq üzü gördü, hadisələrdə erməni mənşəli Eduard Qriqoryanın iştirakı ilə bağlı sübutlar təqdim edildi, iğtişaşların məhz Azərbaycana qarşı yönəlmiş məqsədyönlü düşünülmüş təxribatçı siyasətin nəticəsi olduğu bildirildi. Ermənistan ictimaiyyəti və erməni diasporası çox narahatdır. Amma bizimkilərdən yenə səs çıxmır. Hanı Putinin dostu İlham Rəhimli? Hanı bizim diasporamız? Hanı bizim oliqarxlar və milliarderlər? Niyə səslər ucalmır?”.

Eynulla Fətullayev “Nezavisimaya Gazeta”dakı rus həmkarlarının ciddi döyüşə hazırlaşdığını bildirib. “Artıq bu günlərdə Moskvada məhkəmə prosesi başlayacaq və biz bu məhkəməni Ermənistanın və erməni millətçilərinin ifşasına çevirəcəyik. Hələlik yalnız dəstəyi Sumqayıt prosesindəki dövlət ittihamçısı, hüquqşünas Aslan İsmayılovdan hiss edirik. Məncə, bütün Azərbaycan cəmiyyəti səfərbər edilməlidir. Və biz bu məhkəməni Ermənistana qarşı çevirməliyik!”,- E. Fətullayev əlavə edib.

Bundan əvvəl, Ermənistanın Rusiyadakı səfiri Vardan Toganyan "Moskva Talks" radiostansiyasına verdiyi müsahibədə Rusiya Baş Prokurorluğuna etnik nifrət, ksenofobiya və dini dözümsüzlük təhqiqatı ilə əlaqədar istintaqa başlanması xahişi ilə müraciət etdiyini bildirib. Buna səbəb “Nezavisimaya qazeta”da Lev Askerovun “Sumqayıt faciəsi. Bu nədən başladı və necə oldu” məqaləsinin dərc edilməsi olub. "Rusiya Erməniləri Birliyi" QHT-si də oxşar şikayətlə çıxış edib.


Kateqoriya : SİYASƏT Baxış sayı : 289

QHT və MEDİA

2020-07-04 17:00:04

QHT və MEDİA
QHT Şurasının dəstəyilə Milli Qəhrəman M...
QHT Şurasının dəstəyilə Milli Qəhrəman M...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2020-07-04 10:00:19

QHT və MEDİA
Professor Hüseyin Bağcı: Azərbaycanın ql...
Professor Hüseyin Bağcı: Azərbaycanın ql...

Prezident İlham Əliyevin yeni növ koronavirus (COVID-19) pandemiyası ilə bağl...

CƏMİYYƏT

2020-07-05 12:45:04

CƏMİYYƏT
Turan eşqi - Türk dünyasına töhfə
Turan eşqi - Türk dünyasına töhfə

Azərbaycanda Atatürk Mərkəzi tərəfindən türkiyəli şairin kitabı ilk dəfə türk...

2020-06-30 07:50:04

CƏMİYYƏT
Cərimələrin qaldırılması ilə bərabər mən...
Cərimələrin qaldırılması ilə bərabər mən...

Əgər pandemiya ilə mübarizədə maarifçilik işi effekt vermirsə , o zaman cəri...

İQTİSADİ

2020-07-01 11:25:59

İQTİSADİ
Davamlı inkişaf məqsədləri indeksinə gör...
Davamlı inkişaf məqsədləri indeksinə gör...

Azərbaycan “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi ar...

2020-06-23 08:05:19

İQTİSADİ
İqtisadi islahatlar cəmiyyətə nə vəd edi...
İqtisadi islahatlar cəmiyyətə nə vəd edi...

İslahat kəliməsi ərəbcədən dilimizə keçmiş və ifadəcə “daha yaxşısı üçu...