MƏDƏNİ
A- A A+

"Vətən uğrunda!" adlı mahnı müsabiqəsi keçirilir

2015-04-04 10:10:06

Mahnı müsabiqəsi cəbhəboyu bölgələri eləcə də Gəncə və Naftalan şəhərlərini əhatə edəcək

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən Gəncə Qarnizonu Zabitlər Evi Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar Komitəsi ilə birgə Silahlı Qüvvələrin yaranma gününə həsr olunmuş "Vətən uğrunda!" adlı hərbi-vətənpərvərlik mahnıları müsabiqəsi keçirir. Müsabiqədə yaşı 18-dən 35-dək olan, yaxşı vokal qabiliyyətinə və hərbi vətənpərvərlik mövzusunda mahnıları ifa etmək bacarığına malik hərbi qulluqçular və mülki gənclər iştirak edə bilərlər. Mahnı müsabiqəsi cəbhəboyu bölgələri - Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir, Daşkəsən, Göygöl, Goranboy, Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Beyləqan, Füzuli rayonlarını, eləcə də Gəncə və Naftalan şəhərlərini əhatə edəcək. Müsabiqədə Azərbaycanın digər rayon və şəhərlərində, o cümlədən, xaricdə yaşayan gənclər iştirak edə bilərlər. Müsabiqədə şəxsən iştirak etmək vacib deyil. Bunun üçün müsabiqəyə təqdim ediləcək mahnının videoçarxını göndərmək kifayətdir. Müsabiqədə iştirak etmək üçün müraciətləri Gəncə Qarnizonu Zabitlər Evinə (ünvan: Gəncə şəhəri, Nizami Gəncəvi prospekti 56) və ya festival@gim.az elektron ünvanına göndərmək lazımdır. Bütün müsabiqə iştirakçılarının çıxışları www.gim.az saytında yerləşdiriləcək. Hər bir şəxs bütün ifaları izləmək, o cümlədən, bəyəndiyi ifaçıya elektron səs vermək imkanına malik olacaq. Birinci turun konsertləri hərbi hissələrin ərazilərində təşkil ediləcək. Mülki iştirakçılar üçün hərbi hissələrin ərazilərində gəzinti təşkil olunacaq və onlar şəxsi heyətin sosial-məişət şəraiti, xidməti ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. Seçim turu konsertinin sonunda iştirakçılar üçün əsgər yeməkxanasında nahar təşkil ediləcək. Müsabiqədə iştirak edənlərin ifalarını Əməkdar artist Azərinin rəhbərliyi ilə peşəkar münsiflər heyəti həyata keçirəcək. İkinci turun konsertləri Gəncə, Şəmkir, Beyləqan və Bərdədə keçiriləcək. Müsabiqədə iştirak etmək üçün aprelin 10-dək qeydiyyatdan keçmək vacibdir. Silahlı Qüvvələr Gününə həsr edilmiş hərbi vətənpərvərlik mövzusunda keçirilən mahnı müsabiqəsinin əsasnaməsi və iştirakçı anketi Müdafiə Nazirliyinin saytında yerləşdirilib


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 1858

QHT və MEDİA

2019-07-16 07:25:45

QHT və MEDİA
Gürcüstan parlamentinin sədr müavini: "A...
Gürcüstan parlamentinin sədr müavini: "A...

Bu barədə "Report"a Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib.

...

2019-07-15 08:15:03

QHT və MEDİA
Professor Fırat Purtaş: UNESKO-nun Şəki ...
Professor Fırat Purtaş: UNESKO-nun Şəki ...

Fact-info.az-ın məlumatına görə,bu fikri AZƏRTAC-a açıqlamasında Beynəlxalq T...

CƏMİYYƏT

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

2019-07-15 21:30:22

CƏMİYYƏT
Hacı Zeynalabdin Tağıyev haqqında film i...
Hacı Zeynalabdin Tağıyev haqqında film i...

Fact-info.az-ın məlumatına görə, bu barədə AZƏRTAC-a “100 il şərəfli ömür” fi...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-15 12:15:09

İQTİSADİ
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...

SOCAR-ın Karbamid Zavodunda istehsal olunan gübrə məhsulunun "Aqrolizinq" ASC...