SOSİAL
A- A A+

Tarix yazan xalçalar

2015-11-17 09:30:03

Xalça sənəti Azərbaycan dövlətinin daim diqqət mərkəzində olub

Azərbaycan xalçası 2010-cu il noyabrın 16-dan dünya mədəniyyətinin tərkibinə daxil edilib. Belə ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həmin tarixdə Azərbaycan xalçası UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib. Ona görə də qərara alınıb ki, hər il noyabrın 16-sı ölkəmizdə Xalça Günü kimi qeyd edilsin.

AZƏRTAC xəbər verir ki, bu sözləri noyabrın 16-da Azərbaycan Xalça Muzeyində Azərbaycan Xalçası Günü və görkəmli alim, xalçaçı rəssam Lətif Kərimovun doğum gününə həsr olunan “Zamanın elçisi xalça” adlı tədbirdə mədəniyyət müəssisəsinin direktoru, professor Röya Tağıyeva söyləyib.

Həm Röya Tağıyeva, həm də tədbirdə digər çıxış edənlər xalça sənətini yaşadanları bayram münasibətilə təbrik ediblər.

Sonra tədbir çərçivəsində muzeyin ekspozisiyasında “Tarix yazan xalçalar” adlı el sənətkarlarının toxuduğu xalçalardan, Lətif Kərimovun doğum gününə həsr olunmuş “Bir ömrün sehrli ilmələri” və L.Kərimovun sənətindən bəhrələnən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin və Humanitar Kollecin məzunlarının əsərlərinin “Sənəti yaşadanlar” adlı sərgilərin açılışı olub.  Daha sonra incəsənət ustalarının ifasında konsert proqramı təqdim olunub.

 

 


Kateqoriya : SOSİAL Baxış sayı : 1307

QHT və MEDİA

2020-06-06 16:55:00

QHT və MEDİA
Anar Məmmədov: İkili standartlar olan ...
Anar Məmmədov: İkili standartlar olan ...

Müstəqilliyin bərpasından ötən dövr ərzində Azərbaycan demokratik inkişaf ist...

2020-06-06 10:20:15

QHT və MEDİA
“İngiltərənin geosiyasi maraqlarında “er...
“İngiltərənin geosiyasi maraqlarında “er...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...