SİYASƏT
A- A A+

Ermənistandan deportasiya edilən azərbaycanlı: Sumqayıt hadisələri baş verənə qədər ermənilər bizi qorxutmaq üçün döyür, təhqir edirdilər

2020-02-29 10:05:44

Azərbaycanlıların öz tarixi torpaqlarımız olan Ermənistandan kütləvi deportasiyası mərhələli şəkildə bir necə dəfə həyata keçirilib. Bu deportasiyanın ən sonuncusu isə 1988-ci ildə başlayıb. Məlumatlara görə, həmin deportasiya Sumqayıt hadisələrindən sonra olub

Əslində isə azərbaycanlıların sonuncu deportasiyası Sumqayıt hadisələrindən sonra deyil, ondan daha əvvəl baş verib. Deportasiya siyasətini düşünülmüş şəkildə həyata keçirən ermənilər hələ 1983-cü il aprelin 24-də İrəvan şəhərinə bitişik Masis (Zəngibasar) rayonunun mərkəzində (Uluxanlıda) azərbaycanlıların yaşadıqları evlərə basqınlar edib, qəbiristanlıqda qəbir daşlarını qırıb dağıtmışdılar.

Sonrakı illərdə ermənilər özlərinin deportasiyaya hazırlıq planlarını yarı gizli, yarı açıq formada həyata keçiriblər. Fəallaşmış ermənilərin bu siyasəti nəticəsində bir qrup azərbaycanlı hələ Sumqayıt hadisələri baş verməmişdən əvvəl - yanvarın 20-dən sonra Ermənistandan deportasiya edilib. Lakin bu məlumat ictimaiyyətdən gizli saxlanılıb.

1988-ci ilin sentyabrında Ermənistandan deportasiya edilmiş 65 yaşlı İmran Namazov həmin hadisələrin şahidi olub. O, Sumqayıt hadisələrinə qədər baş verənləri Trend-lə bölüşüb.

Hələ sovet dövründə Ermənistanda yaşayan azərbaycanlılar sıxışdırılırdı

Hələ sovet hakimiyyəti qurulmamışdan əvvəl ata-babalarının Ermənistanın Amasiya rayonunda yaşadıqlarını deyən İ.Namazov bildirib ki, həmin rayon Ermənistanda azərbaycanlıların ən çox yaşadığı ərazilərdən olub:

"Rayonda 29 yaşayış məntəqəsi var idi. Onun 25-i sırf azərbaycanlıların yaşadığı kənd olub, qalan 4 erməni kəndinin hər birində 30-40 ailə yaşayırdı. Ancaq təkcə bir azərbaycanlı kəndində 1500-1800 ailə yaşayırdı. Rayon mərkəzində isə ermənilər və azərbaycanlılar yanaşı yaşayırdılar. Amma Amasiyanın köklü əhalisi yenə də azərbaycanlılar idi. Oradakı ermənilər bu rayona sonradan vəzifələrə qoyulmaq üçün köçürülüb gətirilənlər idi. Nə qədər erməni tanıyırdım ki, onlar vəzifədə işləmək üçün Azərbaycandan və digər ölkələrdən Ermənistana köçürülüb gətirilmişdi".

Azərbaycanlıların sonuncu deportasiyası zamanı Ermənistanda təxminən 250 min nəfər azərbaycanlının yaşadığını deyən İ.Namazov onların arasında ali təhsillilərin sayının daha çox olduğunu söyləyib.

Onun sözlərinə görə, hələ 1988-ci il deportasiyasından əvvəl azərbaycanlılar Ermənistanda sıxışdırılırdı: "Ermənistanda çox az sayda Azərbaycan dilini tədris edən məktəb var idi. Məqsəd o idi ki, azərbaycanlılar öz dillərində təhsil ala bilməsinlər".

"Erməni dilini bilməyən azərbaycanlı, lap akademik olsa belə, heç bir işdə işləyə bilməzdi"

Ermənistanda müəllim kimi çalışan İ.Namazov qeyd edib ki, azərbaycanlıları yüksək vəzifələrə təyin etmirdilər. Ermənistanda yalnız erməni dilini bilən ermənilər dövlət orqanlarında işləyə bilirdi.

"Erməni dilini bilməyən azərbaycanlı, lap akademik olsa belə, işləyə bilməzdi" deyən İ.Namazovun sözlərinə görə, Ermənistanda yaşayan azərbaycanlıların əksəriyyəti Rusiyada, Azərbaycanda və digər keçmiş SSRİ respublikalarında təhsil almışdılar.

İ.Namazov deyib ki, Ermənistanda yaşayan azərbaycanlılar sıxışdırıldığından başqa ölkələrdə ali təhsil alan azərbaycanlıların əksəriyyəti təhsillərini başa vurduqdan sonra buraya geri qayıtmırdılar. Çünki bilirdilər ki, qayıtdıqdan sonra onlar iş tapa bilməyəcəklər və çətinliklərlə üzləşəcəklər.

1985-ci ildən ermənilər azərbaycanlıları daha çox sıxışdırmağa başladılar

İ.Namazov bildirib ki, sovet dövründə azərbaycanlıların sıxışdırılması həmişə olsa da, 1985-ci ildən sonra bu sıxışdırılma daha da güclənib:

"Hələ 1985-ci ildə erməni akademik A.Aqanbekyan Dağlıq Qarabağla bağlı məsələ qaldıraraq onun Ermənistana birləşdirilməsinin vacib olduğunu deyib. 1985-ci ilin martında Mixail Qorbaçovun Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitənin baş katibi seçilməsindən sonra ermənilər öz siyasətlərində daha da fəallaşdılar. Onlar daha çox savadlı, xalqı oyada biləcək azərbaycanlıları sıxışdırırdılar. Həmin azərbaycanlılar da buna görə Ermənistandan Azərbaycana, Rusiyaya, Ukraynaya və s. köçməyə məcbur olurdular".

İ.Namazov deyib ki, Sumqayıt hadisələri və 1988-ci ildə məlum deportasiya baş verənə qədər ermənilər azərbaycanlıları qorxutmaq üçün döyür, təhqir edirdilər: "Həmin dövrdə azərbaycanlıların öz yaşadıqları kənddən kənara çıxması artıq mümkün deyildi".

Sumqayıt erməniləri neçə cavan azərbaycanlını öz evində asmışdı

1988-ci ilin fevralın 19-da Ermənistanın paytaxtı Yerevanda da mitinqlərin başladığını deyən İ.Namazov bildirib ki, mitinqlərin şüarları "Türksüz Ermənistan", Ermənistan ermənilərə məxsusdur" idi.

Onun sözlərinə görə, Sumqayıt hadisələri baş verdikdən sonra artıq Ermənistanda azərbaycanlıların yaşaması qeyri-mümkün idi:

"Ermənilər həmin zaman SSRİ Mərkəzi Komitəsinə məlumat verirdilər ki, ermənilərlə azərbaycanlılar birlikdə yaşaya bilməzlər. Ona görə də Qarabağ Ermənistana birləşdirilməlidir. Bu fikirləri təsdiq etmək üçün 1988-ci fevralın 27-28-də ermənilər Sumqayıt hadisələrini törətdilər. Sumqayıtda yaşayan ermənilər Ermənistanın azərbaycanlılar yaşayan rayonlarında məskunlaşdırıldı".

İ.Namazov əlavə edib ki, bu hadisələrin baş verməsinə görə azərbaycanlıları günahkar bilən Sumqayıt erməniləri ilə Ermənistanda yaşayan azərbaycanlılar arasında iğtişaşlar baş verməyə başladı:

"Sumqayıt hadisələrindən sonra Amasiyanın rayon mərkəzinə sovet hökuməti onlarla tank, rus əsgərləri gətirdi. Əslində isə bu əsgərlər hadisələrin baş verməsi üçün katalizator rolunu oynayırdılar. Onlar görsəydilər ki, bir erməni azərbaycanlı ilə dalaşıb, azərbaycanlını həbs edirdilər, ermənini isə azadlığa buraxırdılar. Sumqayıt hadisələrindən sonra Leninakana gedən bütün azərbaycanlıları - uşaq, yaşlı olmasından asılı olmayaraq, ya döyülür, ya da söyülürdü, bir sözlə oraya getmək mümkün deyildi. Sumqayıtdan gələn ermənilər neçə cavan azərbaycanlını öz evində asmışdı".

Ermənilər rayondakı 30 minə yaxın azərbaycanlının hamısı qırmaq üçün plan hazırlamışdılar

İ.Namazov deyib ki, ermənilər 1988-ci ilin dekabrında Amasiyada yaşayan azərbaycanlılara qarşı böyük basqın etməyi planlaşdırıblar. Amma 1988-ci ilin dekabrın 7-də baş verən güclü zəlzələ bu planın gercəkləşməsinə imkan verməyib: "Basqın dekabrın 8-də olmalı imiş. Bunun üçün hətta dəstələr də yaradılıb. Onlara tapşırılıb ki, oradakı bütün azərbaycanlıları qırmaq lazımdır. Həmin vaxtda da rayonda təxminən 30 minə yaxın azərbaycanlı yaşayırdı".

İ.Namazov əlavə edib ki, belə bir basqının olacağını yerli azərbaycanlılar görülən hazırlıq işlərinə görə də təxmin ediblər. Rayondakı azərbaycanlılarla yaxın münasibətdə olan ermənilər də belə bir planlarının olduğunu onlara gizli şəkildə açıqlayıblar: "Mənə yaxın olan ermənilərdən hətta bəziləri bildirmişdi ki, buradan gedin ki, biz vicdan əzabı çəkməyək. Çünki Daşnaksütun Partiyasının üzvləri bizi məcbur edirlər ki, tanıdığınız, çörək kəsdiyiniz azərbaycanlıları siz özünüz güllələyəcəksiniz. Bunu etməyə məcbur olacağıq".


Kateqoriya : SİYASƏT Baxış sayı : 100

QHT və MEDİA

2020-04-09 09:40:48

QHT və MEDİA
Şura QHT-ləri Sorğuda fəal iştirak etməy...
Şura QHT-ləri Sorğuda fəal iştirak etməy...

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası koronavi...

2020-04-07 08:30:37

QHT və MEDİA
İctimai Qərargah ictimai sektorun poten...
İctimai Qərargah ictimai sektorun poten...

"Ümid edirəm ki, Şuranın təşkil etdiyi İctimai Qərargah #koronavirusla effekt...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-07 18:15:52

İQTİSADİ
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlik...

2020-04-05 17:25:14

İQTİSADİ
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...

Ölkədə sahibkarlıq fəaliyyətini (o cümlədən kiçik və orta sahibkarlığı) dəstə...