SİYASƏT
A- A A+

ABŞ Konqresinin üzvü Xocalı faciəsinin ildönümü ilə bağlı bəyanat verib

2020-02-28 10:55:45

.

ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun üzvü, Şimali Karolina ştatını təmsil edən respublikaçı Virciniya Foks Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı bəyanatla çıxış edib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, Konqres üzvü bəyanatında Xocalı faciəsi qurbanlarının xatirəsini anaraq, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə qadın və uşaqlar daxil olmaqla Xocalıda 613 azərbaycanlının qətlə yetirildiyini vurğulayıb.

V.Foks Xocalı faciəsi günü yüzlərlə insanın həyatını itirdiyini, ailələrin məhv edildiyi, şəhərin dağıdıldığını qeyd edərək 1994-cü ildə atəşkəsin əldə edilməsinə baxmayaraq münaqişənin hələ də həll edilmədiyini bildirib.

Bəyanatda Xocalı faciəsinin baş verdiyi 1992-ci ildə ABŞ və Azərbaycan arasında diplomatik əlaqələrin qurulduğu, o zamandan etibarən Azərbaycanın terrorçuluqla mübarizədə ABŞ-ın əsas tərəfdaşı olduğu, habelə iki ölkə arasında Ticarət Əlaqələri Sazişi və İkitərəfli İnvestisiya Müqaviləsinin olduğu vurğulanıb.

Konqres üzvü Azərbaycanla dərinləşən əlaqələr fonunda ABŞ-ın Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə dəstəyinin vacibliyini qeyd edib.

Sonda V.Foks münaqişənin tezliklə həlli üçün tərəflərin birgə işləməsinə ehtiyac olduğunu qeyd edərək Xocalı faciəsində həyatını itirmiş insanların xatirəsini bir daha yad edib.


Kateqoriya : SİYASƏT Baxış sayı : 158

QHT və MEDİA

2020-04-07 08:30:37

QHT və MEDİA
İctimai Qərargah ictimai sektorun poten...
İctimai Qərargah ictimai sektorun poten...

"Ümid edirəm ki, Şuranın təşkil etdiyi İctimai Qərargah #koronavirusla effekt...

2020-04-06 18:20:43

QHT və MEDİA
“Ruhlar şəhəri”ndən ruhlar planetinə...
“Ruhlar şəhəri”ndən ruhlar planetinə...

Ermənistan Ağdamı da işğal etdi və Şuşa kimi, Laçın, Kəlbəcər, Füzuli, Cəbray...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-07 18:15:52

İQTİSADİ
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlik...

2020-04-05 17:25:14

İQTİSADİ
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...

Ölkədə sahibkarlıq fəaliyyətini (o cümlədən kiçik və orta sahibkarlığı) dəstə...