SİYASƏT
A- A A+

Polkovnik Namiq İslamzadə: Azərbaycan Hərbi Hava Qüvvələri arsenalını beşinci nəsil döyüş təyyarələri ilə gücləndirir

2020-02-27 19:05:52

.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin fevralın 20-də İtaliya Respublikasına rəsmi səfəri zamanı Azərbaycan ilə İtaliya arasında bir sıra mühüm sənədlər imzalanıb. İmzalanan sənədlər arasında Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov və İtaliyanın “Leonardo S.p.A” şirkətinin icraçı direktoru Alessandro Profumo tərəfindən imzalanan “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə “Leonardo S.p.A” arasında “M-346” təyyarələri inteqrasiya sisteminin alınması ilə bağlı Sazişə dair Bəyannamə”ni xüsusi qeyd etmək olar. Artıq bir neçə ildir ki, Azərbaycan Hərbi Hava Qüvvələrində genişmiqyaslı islahatlar aparılır. Xüsusilə də, aviabazaların modernləşdirilməsi, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində önəmli addımlar atılır.

Bu fikirləri AZƏRTAC-a İtaliya Respublikasından “M-346” tipli təlim-məşq təyyarələrinin alınmasını şərh edən Hərbi Hava Qüvvələrinin (HHQ) polkovniki Namiq İslamzadə deyib.

N.İslamzadə qeyd edib ki, hazırda Azərbaycan HHQ-nin sərəncamında olan aviasiya vasitələrinin böyük bir hissəsi müasir standartlara cavab verir. Son illərdə Azərbaycan HHQ üçün əldə edilən təlim təyyarələri barədə aparılan müzakirələrdə üstünlük əsasən İtaliya və Pakistan istehsalı olan aviasiya vasitələrinə verilib. Bu baxımdan 2017-ci ilin iyul ayında Azərbaycan Hərbi Hava Qüvvələri ilə Pakistanın PAC KAMRA şirkəti arasında imzalanan müqaviləyə əsasən 10 ədəd “MFİ-395” “Super Muşşak” təyyarəsinin əldə edilməsini və həmin il mayın 10-da Azərbaycan HHQ-nin aviabazalarından birində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun iştirakı ilə İtaliya Respublikasının “Leonardo Aircraft” şirkətinin istehsalı olan yeni nəsil reaktiv “M-346” tipli təyyarənin təqdimatının keçirilməsini xüsusilə vurğulamaq olar.

Qeyd edək ki, “M-346” tipli təyyarələrin əldə edilməsi gənc hərbi pilotlarımızın peşəkarlığının artırılması və döyüş vərdişlərinin təkmilləşdirilməsində mühüm rol oynayacaq. Eyni zamanda, “M-346” təyyarəsi 4++ və 5-ci nəsil müasir çoxməqsədli təyyarələr üçün keçid təyyarəsi kimi istifadə olunur. Azərbaycan Hərbi Hava Qüvvələrinin silahlanmasına bu tip aviasiya vasitələrinin daxil edilməsi onun döyüş imkanlarını genişləndirməklə yanaşı Ermənistan üzərində hava məkanındakı üstünlüyünü daha da artıracaq.

“Xüsusilə vurğulamaq istərdim ki, Azərbaycan HHQ-nin arsenalının 5-ci nəsil döyüş təyyarələri ilə gücləndirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir və bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək”, - deyə polkovnik vurğulayıb.


Kateqoriya : SİYASƏT Baxış sayı : 247

QHT və MEDİA

2020-07-09 09:25:58

QHT və MEDİA
Ramin Məmmədov: Azərbaycan artıq dünyada...
Ramin Məmmədov: Azərbaycan artıq dünyada...

130-dan çox dövlətin Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi ...

2020-07-08 11:10:13

QHT və MEDİA
Azərbaycanın diplomatik xidmət orqanları...
Azərbaycanın diplomatik xidmət orqanları...

“Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi” yubiley m...

CƏMİYYƏT

2020-07-07 16:10:31

CƏMİYYƏT
"Azərbaycan Ordusunun təlimləri düşmənin...
"Azərbaycan Ordusunun təlimləri düşmənin...

"Azərbaycan Ordusunun gecə vaxtı keçirdiyi döyüş atışlı taktiki təlimlər çox ...

2020-07-06 08:45:47

CƏMİYYƏT
Ellər unutmayıb o sənətkarı...
Ellər unutmayıb o sənətkarı...

H.Hüseynov 1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. Or...

İQTİSADİ

2020-07-06 08:00:56

İQTİSADİ
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...

“Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hətta pandemiya ...

2020-07-01 11:25:59

İQTİSADİ
Davamlı inkişaf məqsədləri indeksinə gör...
Davamlı inkişaf məqsədləri indeksinə gör...

Azərbaycan “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi ar...