MƏDƏNİ
A- A A+

“Ulu türkün Təbrizi” sənədli filmi təqdim olunub

2020-02-27 08:50:54

.

Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” kinostudiyasında çəkilmiş “Ulu türkün Təbrizi” sənədli filminin təqdimatı keçiriləcək.

Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbirində təqdimatı keçiriləcək filmin ssenari müəllifi və rejissoru Kəmalə Musazadədir. Ekran əsəri Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəyliyə həsr edilib.

Əvvəlcə Vətən yolunda canından keçmiş qəhrəman oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Xocalı soyqırımı haqqında məlumat verilib. Vurğulanıb ki, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində çoxsaylı təbirlər təşkil olunub. İndiyə qədər 10-dan çox ölkə Xocalı qətliamını soyqırımı kimi tanıyıb.

Təqdimat mərasimində çıxış edən “Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi, professor Cəmil Quliyev Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” kinostudiyasında milli tarixi yaddaşımızın yaşadılması, Qarabağ hadisələri, Milli qəhrəmanlarımızın tanıdılması üçün çoxsaylı ekran əsərlərinin çəkildiyini və dünyada nümayiş olunduğunu söyləyib.

Milli Qəhrəman Təbriz Xəlilbəylinin Qarabağ hadisələrinin ilk günündən cəbhəyə getmək istəyindən, torpaqlarımızın işğaldan azad olunması naminə göstərdiyi şücaətdən danışan Cəmil Quliyev deyib ki, onun kimi qəhrəmanların ömür yolu gənc nəsil üçün əsl vətənpərvərlik məktəbidir. Filmin yaradıcı heyətinə minnətdarlığını bildirən Cəmil Quliyev deyib ki, bu ekran əsəri Milli Qəhrəman Təbriz Xəlilbəyliyə həsr olunan ikinci sənədli filmdir. Rejissoru Kəmalə Musazadənin ekranlaşdırdığı “Ulu türkün Təbrizi” sənədli filmində Təbriz Xəlilbəylinin ömür və döyüş yolu haqqında yeni və maraqlı məqamlar əksini tapıb.

Mədəniyyət Nazirliyinin sifarişi ilə Azərbaycanın Milli qəhrəmanlarına həsr olunmuş silsilə sənədli filmlərin lentə alındığını söyləyən filmin ssenari müəllifi və rejissoru Kəmalə Musazadə onun üçün belə bir gündə danışmağın çətin olduğunu bildirib.

O, ermənilərin Xocalıda törətdikləri vəhşiliklərdən danışaraq deyib ki, Azərbaycan xalqı heç vaxt bu faciəni unutmayacaq və gec-tez öz torpaqlarını düşmən tapdağından azad edəcək.

Milli Qəhrəman Təbriz Xəlilbəylinin anası Firəngiz Xəlilbəyli şəhidlərin ölmədiyini, onların hər zaman mənsub olduğu millətin yaddaşında yaşadığını söyləyib. Təbrizin hələ uşaqlıqdan böyük amallarla yaşadığını söyləyən Firəngiz Xəlilbəyli deyib ki, oğlu ölümü ilə ölümsüzlük qazanıb və gənc nəslə vətənsevərliyin nümunəsini göstərib.

O, ömür-gün yoldaşı, Xalq şairi Xəlil Rza Uluturkün oğlu Təbrizə həsr etdiyi şeiri söyləyib.

Sonra film təqdim olunub. Filmdə Milli Qəhrəman Təbriz Xəlilbəylinin çoxlarına örnək olan ömür yolu bir daha öz əksini tapıb.

Qeyd edək ki, Təbriz Xəlilbəyli 1964-cü il fevralın 12-də Bakı şəhərində, Xalq şairi Xəlil Rza Uluturkün ailəsində dünyaya göz açıb. 1981-ci ildə Bakı şəhəri M.Müşfiq adına 18 nömrəli orta məktəbi bitirib. O, 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olur. Təhsilini kütləvi tamaşalar üzrə Rejissor fakültəsində qiyabi yolla davam etdirir və C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında işıqçı işləyir. Ermənilərin Azərbaycana təcavüzü və torpaq iddiaları Təbrizi gecə-gündüz rahat buraxmır. O, bütün varlığı ilə cəbhəyə getməyə can atır. Dağlıq Qarabağın işğalçılardan təmizlənməsində iştirak etmək istəyir. 1991-ci ilin sonlarında o, könüllü olaraq cəbhəyə yola düşüb. Təbriz qısa döyüş yolu keçsə də, yoldaşları arasında böyük nüfuz və hörmət qazanıb. Onu cəsur bir döyüşçü kimi tanıyırdılar. Təbriz Xəlilbəyli neçə-neçə yaralı əsgəri atəş altından çıxarıb, düşmənin xeyli canlı qüvvəsini məhv edib. Döyüş şücaətlərinə görə Daxili İşlər Nazirliyinin “Boz qurd” mükafatına layiq görülüb. O, 1992-ci il yanvarın 31-də baş verən döyüşdə qəhrəmancasına həlak olub.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli Fərmanı ilə Təbriz Xəlilbəyliyə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilib.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 160

QHT və MEDİA

2020-04-07 08:30:37

QHT və MEDİA
İctimai Qərargah ictimai sektorun poten...
İctimai Qərargah ictimai sektorun poten...

"Ümid edirəm ki, Şuranın təşkil etdiyi İctimai Qərargah #koronavirusla effekt...

2020-04-06 18:20:43

QHT və MEDİA
“Ruhlar şəhəri”ndən ruhlar planetinə...
“Ruhlar şəhəri”ndən ruhlar planetinə...

Ermənistan Ağdamı da işğal etdi və Şuşa kimi, Laçın, Kəlbəcər, Füzuli, Cəbray...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-07 18:15:52

İQTİSADİ
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlik...

2020-04-05 17:25:14

İQTİSADİ
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...

Ölkədə sahibkarlıq fəaliyyətini (o cümlədən kiçik və orta sahibkarlığı) dəstə...