QHT və MEDİA
A- A A+

Nyu-Yorkda Amerikanın yəhudi və müsəlman təşkilatları Xocalı qətliamı ilə bağlı səylərini birləşdirib

2020-02-27 08:40:31

Nyu-York şəhərində yerləşən Yəhudi Tarixi Mərkəzində yəhudi və müsəlman təşkilatları olan Amerika Sefard Federasiyası (ASF) və Müsəlman Amerika Liderlik Alyansı (MALA) birlikdə Xocalı qətliamı qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri və panel müzakirəsi keçiriblər

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə ABŞ-ın müxtəlif dini və etnik təşkilatlarının təmsilçiləri, yerli ictimai fəallar, Azərbaycan və yəhudi icmalarının üzvləri, o cümlədən Azərbaycanın bu ölkədəki səfirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

ASF-nin icraçı direktoru Ceyson Quberman tədbiri açaraq faciə haqqında məlumat verib, Xocalı qətliamının qurbanlarını yad edib. Bildirib ki, qətliam nəticəsində 613 Xocalı sakini öldürülüb, bu rəqəm yəhudi dinində müqəddəs məna verir. Dünya Müsəlmanları Liqasının baş katibi Məhəmməd Əl-İssanın soyqırımı ilə bağlı bəyanatına istinad edərək, azərbaycanlılara qarşı törədilən bu qətliamın bütün bəşəriyyətə qarşı cinayət olduğunu vurğulayıb. Dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq, bu faciəni törədənlərə qarşı mübarizədə səyləri artırmağın vacibliyini bildirib. Eyni zamanda, C.Quberman ümumiyyətlə insanlıq əleyhinə cinayətlərə qarşı səylərin gücləndirilməsinin və belə faciələrin qarşı alınmasının əhəmiyyətini vurğulayıb.

Bundan sonra çıxış edən MALA-nın həmtəsisçisi Əhməd Fleks Ömər Xocalı faciəsinin qurbanlarını ehtiramla anıb və təəssüflə vurğulayıb ki, dünyanın bir çox yerində nifrət və nifaq ideologiyası əsasında insanlara qarşı kütləvi qırğınlar törədilir, insanlar bu faciələri öyrənməli və yadda saxlamalıdırlar ki, bir daha belə hadisələrin baş verməsinin qarşısı alınsın. Ə.Ömər Azərbaycanın ərazi bütövlüyünə qarşı təcavüz nəticəsində bu gün də insanların əziyyət çəkdiyini vurğulayıb, bu əziyyətə son qoyulmasının, münaqişənin ədalətli həlli istiqamətində çalışmağın vacib olduğunu qeyd edib. Azərbaycan icmasının nümayəndəsi Aqil Hüseynov çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verib, Xocalı qətliamının tariximizin ən faciəvi günlərindən biri olduğunu xatırladıb. Bu xüsusda Ermənistanın keçmiş hərbi və siyasi rəhbərlərinin bu faciədə əsas iştirakçı olduqlarını bildirib. Qeyd edib ki, Ermənistan tərəfindən törədilən qətliamın bu ölkənin yürütdüyü mənfur siyasətin məqsədyönlü və sistemli xarakter daşıdığını göstərir. A.Hüseynov beynəlxalq təşkilatlar və qurumlar tərəfindən qətliamın əsaslı şəkildə araşdırıldığını, Ermənistan rəsmilərinin XX əsrdə bütün insanlığın gözü qarşısında qətliam törətmələri ilə fəxr etdiklərini xatırladıb, bununla bağlı ingilis jurnalist Tomas De Valın müsahibəsinə istinad edib. Bundan əlavə, Ermənistanda Qaregin Njdenin faşist və irqi ayrı-seçkilik ideologiyasının hələ də hökm sürdüyünü qeyd edib. Hər kəsin bu faciəni birlikdə anılmasına, tolerantlıq, birgə və sülh içində yaşayış üçün səylərin birləşdirilməsinə heç kimin mane ola bilməyəcəyini vurğulayıb.

Sonra Holokostun canlı şahidi Sami Stiqmann öz xatirələri ilə bölüşüb. Xocalı faciəsi barədə indiyədək məlumatsız olduğunu və belə qətliamların əsasında nifrətin dayandığını bildirib. Belə faciələrin araşdırılmasının, bu məqsədlə açıq dialoqun təşkilinin vacibliyini vurğulayıb və bu istiqamətdə təcrübələrini bölüşüb.

Panelin sual-cavab hissəsində Azərbaycan icmasının fəalları Aqil Hüseynov və İradə Axundova azərbaycanlıların dialoqa daim açıq olduğunu, lakin erməni tərəfinin həm danışıqlar prosesində, həm də siyasi ritorikada təcavüz dilindən daim istifadə etdiyini bildiriblər. Panel iştirakçıları moderatorun suallarını cavablandırıblar.

Sonda Amerika Sefard Federasiyası (ASF) və Müsəlman Amerika Liderlik Alyansı (MALA) tərəfindən hazırlanmış və Xocalı qətliamının 28-ci ildönümünə həsr olunan xatirə lövhəsi təqdim edilib.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 188

QHT və MEDİA

2020-05-28 09:55:15

QHT və MEDİA
Azay Quliyev: AİHM-in qərarı erməni “təb...
Azay Quliyev: AİHM-in qərarı erməni “təb...

AİHM-in iş üzrə qərarı Ermənistanın anti-Azərbaycan "təbliğat maşını"nın nö...

2020-05-26 17:15:57

QHT və MEDİA
Rusiya portalı: Paşinyan hitlerçi babası...
Rusiya portalı: Paşinyan hitlerçi babası...

Mayın 8-də, Qələbə Günü ərəfəsində Ermənistan hökumətinin rəhbəri Nikol Paşin...

CƏMİYYƏT

2020-05-26 13:20:05

CƏMİYYƏT
Virusa daha tez qalib gələrək normal həy...
Virusa daha tez qalib gələrək normal həy...

Virusa daha tez qalib gələrək normal həyata qayıtmaq üçün qoyulan qaydalara r...

2020-05-18 15:15:58

CƏMİYYƏT
QHT ictimai nəzarəti necə təmin edə bil...
QHT ictimai nəzarəti necə təmin edə bil...

Bu gün vətəndaş cəmiyyətinin fəaliyyəti bizi qane edirmi sualına birmənalı ca...

İQTİSADİ

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...

2020-05-12 12:15:01

İQTİSADİ
Avropa Şurası "Şərq tərəfdaşlığı" ölkələ...
Avropa Şurası "Şərq tərəfdaşlığı" ölkələ...

Avropa Şurası viza rejiminin liberallaşması üzrə mövcud fəaliyyət planının uğ...