SOSİAL
A- A A+

“Nezavisimaya qazeta”: Xocalı Azərbaycan xalqının sağalmaz yarasıdır

2020-02-27 07:15:59

.

“Nezavisimaya qazeta”da Mixail Abayevin “Xocalı Azərbaycan xalqının sağalmaz yarasıdır” sərlövhəli məqaləsi dərc olunub. (http://www.ng.ru/cis/2020-02-26/5_7802_tragedy.html).

1992-ci ildə Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımından danışılan məqalədə qeyd edilir ki, hər il fevralın sonunda bütün dünyada bu faciənin qurbanlarının xatirəsi anılır. Mənasız qırğın nəticəsində yüzlərlə yerli sakinin həlak olduğu kiçik şəhərcik lüzumsuz amansızlığı xatırladaq simvola çevrilib.

Müəllif yazır ki, erməni qüvvələri 1991-ci ilin payızında Xocalını mühasirəyə alıblar və bir qədər sonra şəhərə yalnız helikopterlə getmək mümkün olub.

Məqalədə daha sonra deyilir: “Erməni hərbçiləri iddia edirdilər ki, Stepanakertin yaşayış məhəllələri mütəmadi olaraq Xocalıda olan ağır silahlardan atəşə tutulub, lakin sonrakı hadisələr göstərdi ki, şəhər ələ keçiriləndən sonra orada hər hansı ciddi hərbi texnika tapılmadı...

Artıq 28 ildir ki, Azərbaycan və Azərbaycan xalqının müxtəlif ölkələrdə nümayəndələri diqqəti Xocalı faciəsinə cəlb edir və baş vermiş faciənin soyqırımı aktı kimi tanınmasına müvəffəq olmağa çalışırlar”. Özünə “Bu düzgündürmü?” sualını verən müəllif cavab verir ki, vəhşiliklərə biganəlik göstərmək, onları unutmağa çağırmaq qüsurlu siyasətdir, axı cinayətlər təhqiq edilməli, cinayətkarlar isə cəzalandırılmalıdır. Bu, ilk növbədə bəşəriyyətə lazımdır. Yer üzünün bütün insanları əmin olmalıdırlar ki, Xocalı faciəsinə bənzər faciələr təkrarlanmayacaq.

Qeyd edək ki, “Nezavisimaya qazeta”nın materialında AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərovun fotolarından istifadə olunub


Kateqoriya : SOSİAL Baxış sayı : 222

QHT və MEDİA

2020-07-02 07:00:01

QHT və MEDİA
Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı”...
Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı”...

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhb...

2020-06-30 08:55:09

QHT və MEDİA
Əhliman Əmiraslanov: Qaydalara riayət ol...
Əhliman Əmiraslanov: Qaydalara riayət ol...

Son dövrlərdə dünyada koronavirusa yoluxanların sayı 50 faiz artıb ki, bu da ...

CƏMİYYƏT

2020-06-30 07:50:04

CƏMİYYƏT
Cərimələrin qaldırılması ilə bərabər mən...
Cərimələrin qaldırılması ilə bərabər mən...

Əgər pandemiya ilə mübarizədə maarifçilik işi effekt vermirsə , o zaman cəri...

2020-06-25 09:05:04

CƏMİYYƏT
Şirməmməd Hüseynovu yenidən oxumaq......
Şirməmməd Hüseynovu yenidən oxumaq......

Professor Şirməmməd Hüseynovu bir müəllim kimi 1964-cü ildən - Bakı Dövlət Un...

İQTİSADİ

2020-07-01 11:25:59

İQTİSADİ
Davamlı inkişaf məqsədləri indeksinə gör...
Davamlı inkişaf məqsədləri indeksinə gör...

Azərbaycan “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi ar...

2020-06-23 08:05:19

İQTİSADİ
İqtisadi islahatlar cəmiyyətə nə vəd edi...
İqtisadi islahatlar cəmiyyətə nə vəd edi...

İslahat kəliməsi ərəbcədən dilimizə keçmiş və ifadəcə “daha yaxşısı üçu...