SOSİAL
A- A A+

Ruslan Məmmədov: “Bizim bu sahədə nəticələrimiz qabaqcıl ölkələrin nəticələrindən geri qalmır”

2020-02-26 20:45:59

.

Müasir dünyada bir çox elmlər kimi, tibb elmi elə bir sahədir ki, təcrid olunmuş halda inkişaf edə bilməz. Bu baxımdan dünyada tibb sahəsində qazanılan yeniliklərin Azərbaycanda tətbiqi hər zaman zəruri olub. Xəstəliklərin getdikcə artdığı indiki zamanda bu proses daha da sürətlənir.

Fact-info.az saytının əməkdaşının transplantasiyanın ölkənin səhiyyə ocaqlarında tətbiqi ilə bağlı sualını Bakı Sağlamlıq Mərkəzinin şöbə müdiri, tibb üzrə fəlsəfə doktoru Ruslan Məmmədov cavablandırıb:

-Azərbaycanda bir sıra xəstəliklər üzrə o cümlədən qaraciyər transplantasiyası sahəsində indiki vəziyyəti necə qiymətləndirirsiz?

-Ümumiyyətlə, Azərbaycan Respublikasında ilk canlı qaraciyər transplantasiyası 2008-ci ildə baş tutub. 2010-cu ildə bizim qrup tərəfindən Dövlət Gömrük Hospitalında bu əməliyyat icra edildi. O zamandan bəri artıq xeyli sayda xəstədə bu əməliyyat uğurla aparılaraq xəstələrə yeni həyat bəxş olundu. Dünya statistikasına nəzər salsaq görərik ki, bizim nəticələrimiz bu sahədə qabaqcıl ölkələrin nəticələrindən geri qalmır. Bildiyiniz kimi, hal-hazırda Azərbaycanda yalnız canlı vericili qaraciyər nəqli mümkündür. Lakin yaxın gələcəkdə meyitdən orqan nəqli üçün qanuna yeni əlavələr edilir. Bu proqramı Azərbaycanda reallaşdırmaq üçün orqanların vahid reyestri və bazaları yaradılmaqdadır. Bunlar həyata keçərsə bioloji ölüm keçirmiş şəxslərin orqanlarını ehtiyacı olan xəstələrə nəql etmək mümkün olar. Düşünürəm ki, bu bizdə transplantasiya sahəsinin sürətli inkişafına təkan verər.

-Ölkəmizdə transplantasiya sahəsində başqa nə yeniliklər var?

-2015-ci ildə Azərbaycanda və Cənubi Qafqazda ilk dəfə olaraq kök hüceyrə transplatasiyası əməliyyatını uğurla icra edildi. Qaraciyər sirrozu xəstəliyindən əziyyət çəkən şəxsin sümük iliyindən alınmış kök hüceyrələr birbaşa olaraq qaraciyərin damar yolu vasitəsilə nəql edildi. Prosedur sonrası xəstənin vəziyyətində yaxşılaşma qeyd edildi. Hazırda kök hüceyrə transplantasiyasını inkişaf etdirmək üçün bir sıra layihələr hazırlayırıq.Azərbaycan Tibb Universitetində rezidentura sisteminə keçid müsbət haldır. Bundan əlavə təhsilin keyfiyyətini qaldırmaq üçün təhsil ocaqlarının texniki-təhcizat sisteminin zənginləşib. Bu faktorlar kadrların yetişməsinə təsir edir. Dünyanın tanınmış tibb mərkəzlərinin təşkil etdiyi elmi simpoziumlarda iştirak. etmək, fikir mübadiləsi aparmaq çox faydalı olur. Bizim gənc karlarımızın peşəkar yetişməsi üçün geniş imkanlar var. Onu qeyd etmək istərdim ki, transplantasiya və digər cərrahi əməliyyatlar zamanı mənimlə bərabər gənc həkimlərimiz Fərəh Qəhrəmanova və Şəbnəm Məmmədova birlikdə çalışırlar. Bizim çox uğurlu nəticələrimiz var.

Toğrul

Fact-info.az

  • @continue

Kateqoriya : SOSİAL Baxış sayı : 1492

QHT və MEDİA

2020-04-01 13:25:59

QHT və MEDİA
Mehriban Əliyevadan koronavirusla bağlı ...
Mehriban Əliyevadan koronavirusla bağlı ...

Fact-ınfo.az məlumatına görə, paylaşımda deyilir:

"Əziz həmvətənlərim...

2020-03-31 20:30:46

QHT və MEDİA
QHT-lərin koronovirusla mübarizəyə həsr ...
QHT-lərin koronovirusla mübarizəyə həsr ...

Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Döv...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...