CƏMİYYƏT
A- A A+

Əli bəy Hüseynzadə haqqında ilk fundamental biblioqrafiya işıq üzü görüb

2020-02-26 11:20:44

.

Bu günlərdə “Əli bəy Hüseynzadə - biblioqrafik monoqrafiya“ adlı yeni kitab çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, biblioqrafik monoqrafiya Bakı Dövlət Universitetinin (BDU) Biblioqrafiyaşünaslıq kafedrasının və AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr edilib.

Əsərin tərtibçi–müəllifi BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının əməkdaşı, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun dissertantı Vəzufə Xudiyevadır. Kitabın elmi redaktoru Biblioqrafiyaşünaslıq kafedrasının müdiri, dosent Nadir İsmayılov və filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva–Kəngərlidir. Yeni nəşrə filologiya elmlər doktoru Almaz Ülvi, dosentlər – pedaqogika üzrə fəlsəfə doktorları Sima İsmayılova, Solmaz Sadıqova və Xuraman Ağayeva kimi tanınmış alimlər rəy veriblər.

XX əsr Azərbaycan-Türkiyə ictimai fikir tarixinin ən görkəmli nümayəndələrindən biri, tanınmış maarifçi və yazıçı, publisist Əli bəy Hüseynzadəyə həsr olunmuş bu əsər alimin həyatını, elmi-pedaqoji, ictimai-siyasi və təşkilati fəaliyyətini əks etdirən ilk biblioqrafik xarakterli monoqrafiyadır. Kitabda mütəfəkkirin fəaliyyətinə dair 1890-2019-cı illərin faktları əhatə olunub. Biblioqrafik monoqrafiya 9 bölmədən ibarətdir.

Ümumilikdə, biblioqrafiyada 1396 mənbə, həmçinin Türkiyə arxivlərində saxlanan materiallar əlavələr şəklində verilib. Monoqrafiyanın əhəmiyyətli cəhətlərindən biri də ənənəvi çap məhsulları ilə yanaşı, görkəmli ədibin İstiqlal Muzeyində, Ege Universitetində, Azərbaycan Respublikası Dövlət Arxivində qorunan qiymətli materiallarının, əlyazmalarının, məktublarının və şəxsi arxiv sənədlərini, o cümlədən elektron resursları da əhatə etməsi və həmin materialların biblioqrafiyaya əlavələr şəklində verilməsidir.

Biblioqrafik monoqrafiya filologiya, tarıx, biblioqrafiyaşünaslıq elmlərinin müxtəlif istiqamətləri üzrə elmi–tədqiqat işi aparan, ali məktəb müəllimləri və tələbələri, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 287

QHT və MEDİA

2020-03-29 18:55:57

QHT və MEDİA
Səfir: Saxta “erməni soyqırımı” mövzusun...
Səfir: Saxta “erməni soyqırımı” mövzusun...

Erməni millətçi dairələrinin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı ...

2020-03-29 09:30:18

QHT və MEDİA
Azərbaycan Respublikasının Birinci vitse...
Azərbaycan Respublikasının Birinci vitse...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “I...

CƏMİYYƏT

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...