SİYASƏT
A- A A+

İsveçdə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar etiraz aksiyası keçirilib

2020-02-25 09:05:11

.

İsveçin Lund şəhərinin mərkəzində bu ölkədə yaşayan bir qrup azərbaycanlı Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar etiraz aksiyası keçirib.

AZƏRTAC xəbər verir ki, aksiya Vahid Azərbaycan Dərnəyinin təşkilatçılığı ilə baş tutub.

İsveç və ingilis dillərində keçirilən tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edəndən sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. İyirmi səkkiz il əvvəl Xocalı şəhərində dinc azərbaycanlılara qarşı törədilən vəhşiliklər barədə yerli əhaliyə məlumat verən Vahid Azərbaycan Dərnəyinin sədri Aya Coşqun insan qanına susamış erməni silahlılarının bir gecədə 613 nəfəri xüsusi amansızlıqla qətlə yetirdiyini bildirib. Diqqətə çatdırıb ki, qətlə yetirilənlərin çoxu qadın, uşaq və yaşlı insanlar olub. Xocalı qətliamı erməni millətçi-şovinistlərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin tərkib hissəsidir. Dağlıq Qarabağda törədilən qanlı hadisələrə və haqsızlıqlara dünya ictimaiyyətinin daha böyük diqqət ayırmasına ehtiyac var. Bu kimi cinayətlərin təkrarlanmaması üçün insanlar birgə çalışmalıdır.

Qeyd edək ki, tədbir iştirakçıları İsveç dövlətinə müraciət edərək Xocalı hadisələrinə ədalətli qiymət verilməsini də tələb ediblər. Mitinq əsnasında, həmçinin yerli ictimaiyyət nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.


Kateqoriya : SİYASƏT Baxış sayı : 153

QHT və MEDİA

2020-03-29 18:55:57

QHT və MEDİA
Səfir: Saxta “erməni soyqırımı” mövzusun...
Səfir: Saxta “erməni soyqırımı” mövzusun...

Erməni millətçi dairələrinin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı ...

2020-03-29 09:30:18

QHT və MEDİA
Azərbaycan Respublikasının Birinci vitse...
Azərbaycan Respublikasının Birinci vitse...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “I...

CƏMİYYƏT

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...