QHT və MEDİA
A- A A+

Qazaxıstanda Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş konfrans keçirilib

2020-02-24 16:20:33

.

Qazaxıstanın paytaxtı Nur-Sultandakı Avrasiya Milli Universitetində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Belarus, Çin, Türkmənistan və Özbəkistandan tələbə və müəllimlərin iştirakı ilə “Bir də heç zaman: Aşarşılık, Xolokost, Komboca, Xocalı, Ruanda” adlı beynəlxalq konfrans keçirilib.

Azərbaycanın Qazaxıstandakı Səfirliyindən APA-ya bildirilib ki, bəşər tarixinin ən dəhşətli 5 soyqırımının bir arada anıldığı tədbirdə bir daha belə cinayətlərin təkrarlanmaması üçün həmrəylik nümayiş etdirilib.

Azərbaycanın Qazaxıstandakı Səfirliyinin təşkilatçılığı, Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Avrasiya Milli Universitetinin dəstəyi ilə baş tutan tədbirdə səfir Rəşad Məmmədov bildirib ki, heç kim bu cür hadisələrin yenidən təkrarlanmasından sığortalanmayıb və konfransın da başlıca məqsədi insanlığın üz qarası olan soyqırımlarla cəmiyyəti tanış etməklə, yenidən bu cür cinayətlərin törədilməsinin qarşısını almağa çalışmaq və insanları sülhə çağırmaqdır.

Diplomat qeyd edib ki, Ermənistan silahlı qüvvələri tərəfindən törədilən Xocalı soyqırımı, burada adları çəkilən digər genosid aktları kimi insanların qəlbində sağalmayan yara açıb.

Avrasiya Milli Universitetinin prorektoru Akbota Joldasbekova ötən əsrin 30-cu illərində məqsədyönlü şəkildə Qazaxıstanda və Orta Asiyada milyonlarla insanın aclıqdan tələf edilməsinə yönəldilmiş Aşarşılık qətliamını da yad etdiyi üçün Azərbaycan Səfirliyinə minnətdarlıq ifadə edib, Xocalı soyqırımının daha çox köməksiz qalan yaşlılar, qadın və uşaqları hədəf almasının çox ağrılı olduğunu vurğulayıb.

Digər iştirakçılar da Azərbaycanın soyqırımların xatırlanması, ədalətin bərpa olunması və sülhə çağırış təşəbbüsünü yüksək qiymətləndiriblər.

Çıxışlardan sonra tələbələrin Xocalı soyqırımına və Azərbaycan-Qazaxıstan münasibətlərinə dair sualları cavablandırılıb.

Sonda qazaxıstanlı müğənni Neyla Quliyevanın ifa etdiyi, musiqisi Azad Ospanov tərəfindən bəstələnən və Xocalı soyqırımına həsr olunan “Fevral ildırımı” adlı klip nümayiş olunub.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 285

QHT və MEDİA

2020-07-08 11:10:13

QHT və MEDİA
Azərbaycanın diplomatik xidmət orqanları...
Azərbaycanın diplomatik xidmət orqanları...

“Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi” yubiley m...

2020-07-08 10:45:27

QHT və MEDİA
Rufiz Qonaqov: "BU KİMİ MÜHÜM GÖRÜŞLƏRİN...
Rufiz Qonaqov: "BU KİMİ MÜHÜM GÖRÜŞLƏRİN...

Dünən Milli Məclisdə təmsil olunan siyasi partiyaların sədrləri ilə Prezident...

CƏMİYYƏT

2020-07-07 16:10:31

CƏMİYYƏT
"Azərbaycan Ordusunun təlimləri düşmənin...
"Azərbaycan Ordusunun təlimləri düşmənin...

"Azərbaycan Ordusunun gecə vaxtı keçirdiyi döyüş atışlı taktiki təlimlər çox ...

2020-07-06 08:45:47

CƏMİYYƏT
Ellər unutmayıb o sənətkarı...
Ellər unutmayıb o sənətkarı...

H.Hüseynov 1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. Or...

İQTİSADİ

2020-07-06 08:00:56

İQTİSADİ
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...

“Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hətta pandemiya ...

2020-07-01 11:25:59

İQTİSADİ
Davamlı inkişaf məqsədləri indeksinə gör...
Davamlı inkişaf məqsədləri indeksinə gör...

Azərbaycan “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi ar...