SİYASƏT
A- A A+

Çikaqoda Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib

2020-02-24 10:15:02

.

ABŞ-ın əsas siyasi və mədəniyyət mərkəzlərindən biri olan Çikaqo şəhərində, İllinois Ştatının Holokost Muzeyi və Təhsil Mərkəzinin binasında Azərbaycan tarixinin ən faciəvi səhifələrindən biri olan Xocalı faciəsinin 28-ci il dönümünə həsr edilmiş tədbir keçirlib.

Tədbir Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və ölkəmizin ABŞ-dakı səfirliyinin iştirakı ilə baş tutub.

Tədbir çərçivəsində “Xocalı faciəsi - qanlı yaddaş və anım” mövzusunda fotosərgi və seminar təşkil edilib.

Tədbirdə ABŞ-ın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) prezidenti Fərid Məmmədov və ACMA-nın idarə heyətinin sədri Mehriban Məmmədova, Türkiyənin Çikaqo şəhərindəki baş konsulu Ayşe Selcan Şanlı, Azərbaycanın ABŞ-dakı Səfirliyinin əməkdaşı Şəlalə Vəliyeva, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Lalə İsmayılova, amerikalı konqresmen Mayk Quiqlinin nümayəndəsi Cenni Herman, “Orta Asiya Səmərəliliyi” tədqiqat mərkəzinin rəhbəri professor Harri Lepinski, Northeastern Illinois Universitetinin soyqırım və müharibə fəlakətləri üzrə tədqiqatçı professoru Jenin Ntihirageza, İlinoys ştatnın Holokost və Soyqırım Komissiyasının İdarə Heyətinin üzvü professor Maria Korkatsch-Groszko və Ukrayna Amerika konqresinin direktorlar şurasının sədri – Roman Yatskovskiy və Amerika Yəhudi İcmasının Çikaqo nümayəndəsi Fenni Sempson-Kohen, həmçinin xüsusi qonaq qismində Holokost şahidi Canin Oberrotman iştirak edib.

Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin prezidenti Fərid Məmmədov çıxış edərək tədbirin proqramı haqqında danışıb, Xocalı faciəsi barədə ətraflı məlumat verib.

Çikaqo şəhərində yaşayan azərbaycanlı icmasının nümayəndəsi Nigar Çaybasarski də Xocalı faciəsi barədə geniş təqdimatla çıxış edib. Daha sonra tədbir iştirakçıları Xocalı qətliamına həsr edilmiş qısa videoçarxa baxıblar.

Ölkəmizin ABŞ-dakı səfirliyinin əməkdaşı Şəlalə Vəliyeva çıxış edərək görüş iştirakçılarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistanın ölkəmizə qarşı apardığı işğalçı siyasət, xalqımıza qarşı törədilən etnik təmizləmə faktları və soyqırım cinayətləri barədə ətraflı məlumat verib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlayan “Xocalıya Ədalət” beynəlxalq kompaniyası barədə söz açaraq, kompaniyanın fəaliyyət istiqamətləri və məqsədi barədə məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Lalə İsmayılova çıxış edərək, Xocalı faciəsi barədə danışıb, bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində bu kimi tədbirlərin keçirilməsinin olduqca vacibliyini vurğulayıb.

“Orta Asiya Səmərəliliyi” tədqiqat mərkəzinin rəhbəri professor Harri Lepinski Cənubi Qafqaz bölgəsində olan durum və Xocalı faciəsinin dəhşətləri barədə çıxış edib.

Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin İdarə Heyətinin sədri Mehriban Məmmədova çıxış edərək vurğulayıb ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı başlatdığı hərbi təcavüz və Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə siyasəti çərçivəsində keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə erməni silahlı birləşmələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda qətliam törədiblər. İşğal edilmiş şəhəri tərk etməyə çalışan dinc əhali qırğına məruz qalıb. Nəticədə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca erməni hərbçiləri tərəfindən qətlə yetirilib. Bəzi ekspertlərin Xocalı faciəsini “Azərbaycan Srebrenitsası” adlandırdıqlarını qeyd edib.

Ukrayna Amerika Konqresinin Direktorlar Şurasının sədri Roman Yatskovsky tarixdə insanlıq əleyhinə olan cinayətlərin oxşarlığından bəhs edib, bu kimi cinayətlərin təkrarlanmaması üçün həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və cinayət iştirakçılarının məsuliyyətə cəlb olunmasının vacibliyindən danışıb. Azərbaycan ərazilərinin bu günədək işğal altında olduğunu qeyd edib, bir ukraynalı kimi xalqımızın dərdinə şərik olduğunu bildirib.

Northeastern Illinois Universitetinin soyqırım və müharibə fəlakətləri üzrə araşdırıcı professoru Cenin Ntihiraqeza çıxış edərək Burundidə baş vermiş soyqırım haqqında danışıb, bu mövzunun Xocalı faciəsi ilə əlaqələndirərək, daha çox diqqət və araşdırma mövzusu olduğunu vurğulayıb.

Tədbirdə xüsusi qonaq qismində iştirak edən, yəhudi xalqına qarşı törədilmiş Holokostun canlı şahidi olan xanım Canın Oberrotman çıxış edərək şahidi olduğu olaylar barədə söhbət açıb, Holokost və Xocalı faciəsinin oxşarlığından və insanların əziyyət çəkməsindən danışıb. O, valideynlərinin Holokost zamanı qətlə yetirildiyini bildirərək insanlıq əleyhinə cinayət törədən şəxslərin bağışlanmasının mümkünsüzlüyünü qeyd edib.

Daha sonra, Azərbaycan icmasının nümayəndəsi Cavad İsmayilbəyli “Ney” musiqi alətində alətində ifa edərək, təsirləndirici - qəmli musiqi parçalar səsləndirib. İfa tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirin sonunda Xocalı faciəsi zamanı şəhid olan soydaşlarımız üçün ehsan verilib.

Qeyd edək ki, İllinois ştatını ABŞ Senatında təmsil edən Temmy Dakuors və konqresmen Bobbi Raş tərəfindən Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinə ünvanlanmış məktubda Xocalı faciəsinin xatirəsinin anılması üçün mərkəzə minnətdarlıq ifadə edilib. Bobbi Raşın Çikaqoda yerləşən ABŞ-ın Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinə ünvanlanan məktubunda deyilir ki, mülkü əhaliyə, qadınlara, uşaqlara və qocalara qarşı törədilmiş bu soyqırımı aktı bəşəriyyətin üzərinə vurulmuş bir ləkədir. Bu cür dəhşətli insan qırğını nəinki sülh vaxtı, heç müharibə vaxtı da törədilməməlidir. Temmi Dakuortun məktubunda qeyd edilir ki, ABŞ-ın Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzi yerli sakinləri Azərbaycan mədəniyyəti, irsi, adət-ənənələri, habelə Azərbaycana qarşı törədilmiş tarixi ədalətsizliklər haqqında məlumatlandırır.

Həmçinin Xocalı faciəsinin 28-ci il dönümü ilə əlaqədar ABŞ-ın İllinoys Ştatının Skoki şəhərinin meri Corc Van Dusen Xocalı qətliamının 28-ci ildönümü ilə bağlı bəyannamə imzalayıb.


Kateqoriya : SİYASƏT Baxış sayı : 129

QHT və MEDİA

2020-04-07 08:30:37

QHT və MEDİA
İctimai Qərargah ictimai sektorun poten...
İctimai Qərargah ictimai sektorun poten...

"Ümid edirəm ki, Şuranın təşkil etdiyi İctimai Qərargah #koronavirusla effekt...

2020-04-06 18:20:43

QHT və MEDİA
“Ruhlar şəhəri”ndən ruhlar planetinə...
“Ruhlar şəhəri”ndən ruhlar planetinə...

Ermənistan Ağdamı da işğal etdi və Şuşa kimi, Laçın, Kəlbəcər, Füzuli, Cəbray...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-07 18:15:52

İQTİSADİ
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlik...

2020-04-05 17:25:14

İQTİSADİ
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...

Ölkədə sahibkarlıq fəaliyyətini (o cümlədən kiçik və orta sahibkarlığı) dəstə...