SİYASƏT
A- A A+

Ermənistan tərəfində aydın siyasi iradənin olmaması danışıqlar prosesinin irəliləməsinə mane olur

2020-02-22 11:45:57

.

Fevralın 21-də Vyanada ATƏT Parlament Assambleyasının (ATƏT PA) qış sessiyasında “Uzadılmış münaqişələrin həll edilməsində ATƏT-in alət və mexanizmləri” mövzusunda xüsusi debat keçirilib.

AZƏRTAC xəbər verir ki, debatda ATƏT-in Münaqişələrin qarşısının alınması Mərkəzinin direktoru Tuula Yuryelya hesabatla çıxış edib, ATƏT məkanında həllini gözləyən münaqişələrdən bəhs edib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan fin diplomat qeyd edib ki, ATƏT-in Minsk qrupu bu münaqişənin nizamlanması istiqamətində fəaliyyət göstərir və onlar hadisələrin inkişafını yaxından izləyirlər. O qeyd edib ki, yanvarın sonunda Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü danışıqlar masası üzərində bir sıra məsələlərin olduğunu nümayiş etdirir.

Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbərinin müavini Tahir Mirkişili çıxışında münaqişələrin həllinin ATƏT PA-nın fokusunda dayanmasını alqışlayıb. O qeyd edib ki, ATƏT məkanındakı bütün münaqişələr istisnasız olaraq Helsinki Yekun Aktının müddəalarına uyğun şəkildə, yəni iştirakçı dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq aləmdə tanınan sərhədləri daxilində həll edilməlidir. Lakin çox zaman Ermənistan münaqişənin həlli məsələsində beynəlxalq norma və prinsiplər barədə öz baxışlarını beynəlxalq ictimaiyyətin və vasitəçilərin yanaşması kimi təqdim etməyə çalışır.

Azərbaycan nümayəndəsi qeyd edib ki, ATƏT məkanında bütün münaqişələr müstəsna olaraq suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınan sərhədlərin toxunulmazlığına tam hörmət əsasında həll edilməlidir. Azərbaycan öz işğal olunmuş əraziləri ilə bağlı qəbuledilməz və dayanıqsız status-kvonu dəyişmək üçün Minsk qrupu formatında əsaslı danışıqlarda ciddi nəticələrin əldə olunmasının tərəfdarıdır.

Xüsusilə qeyd edilib ki, münaqişənin həlli üçün görüşlərin müəyyən dərəcədə intensivləşməsinə baxmayaraq, Ermənistan tərəfində aydın siyasi iradənin olmaması prosesinin irəliləməsinə mane olmaqda davam edir. Ermənistanın danışıqların formatını dəyişdirməyə və Azərbaycanın işğal olunmuş ərazilərində qurulan qanunsuz rejimi danışıqların tərəfi kimi tanıtdırmaq cəhdləri sülh prosesinə açıq maneçilik törədir.

Bildirilib ki, hər şeydən əvvəl Ermənistanın işğalının nəticələri aradan qaldırılmalı və bununla da bu ölkənin silahlı qüvvələrinin dərhal, qeyd-şərtsiz və tamamilə Azərbaycan ərazilərindən çıxarılmasını təmin edilməlidir, yalnız bundan sonra sülhə, təhlükəsizliyə və sabitliyə nail olmaq mümkün olacaqdır.

Çıxışın yekununda qeyd edilib ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa olunmalı, məcburi köçkünlərin öz evlərinə və mülklərinə qayıtmaq hüququ təmin olunmalı və həyata keçirilməlidir.


Kateqoriya : SİYASƏT Baxış sayı : 145

QHT və MEDİA

2020-04-07 08:30:37

QHT və MEDİA
İctimai Qərargah ictimai sektorun poten...
İctimai Qərargah ictimai sektorun poten...

"Ümid edirəm ki, Şuranın təşkil etdiyi İctimai Qərargah #koronavirusla effekt...

2020-04-06 18:20:43

QHT və MEDİA
“Ruhlar şəhəri”ndən ruhlar planetinə...
“Ruhlar şəhəri”ndən ruhlar planetinə...

Ermənistan Ağdamı da işğal etdi və Şuşa kimi, Laçın, Kəlbəcər, Füzuli, Cəbray...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-07 18:15:52

İQTİSADİ
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlik...

2020-04-05 17:25:14

İQTİSADİ
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...

Ölkədə sahibkarlıq fəaliyyətini (o cümlədən kiçik və orta sahibkarlığı) dəstə...