QHT və MEDİA
A- A A+

Amerikalı ekspert: Ermənistan hökumətinin üzvlərinə qarşı iqtisadi və siyasi sanksiyalar tətbiq edilməlidir

2020-02-20 09:25:37

Nikol Paşinyan üçün ən yaxşı resept Ermənistan qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmaqdır

Fact-info.az-ın məlumatına görə, bunu Trend-ə amerikalı ekspert Piter Teys Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrini şərh edərkən deyib.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev parlaq çıxış etdi:

“Bu çıxışda ermənilərin tarixi manipulyasiyaları və son otuz il ərzində Azərbaycana qarşı dezinformasiya kampaniyası ifşa olunub. Prezident İlham Əliyev yüksək ixtisaslı, unikal demokratik dövlət xadimidir. Çiçəklənmə, multikulturalizm və heyrətamiz tarixi irs Azərbaycanı hər kəsi ruhlandıran müstəsna məkana çevirir”.

P.Teys qeyd edib ki, N.Paşinyan qarşısıalınmaz korrupsiyadan, mütəşəkkil cinayətkarlıqdan, iqtisadi azalmadan və yüksək işsizlik səviyyəsindən əziyyət çəkən ölkəni təmsil edir:

“Bu cür qaranlıq reallıqlar Ermənistanı Avropanın ən təhlükəli yerlərindən biri, eyni zamanda Cənubi Qafqazda qeyri-sabitliyin mənbəyi edir”.

Ekspert əlavə edib ki, mövcud status-kvo dayandırılmalıdır və BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycana qarşı təcavüzünün humanitar və ekoloji nəticələrini aradan qaldırmalıdır:

“Ermənistan hökumətinin üzvlərinə qarşı iqtisadi və siyasi sanksiyalar tətbiq edilməlidir. Yerevan danışıqlarda ciddi şəkildə iştirak edənədək Ermənistana beynəlxalq borcların və qrantların verilməsi dayandırılmalıdır. Ermənistanın Azərbaycana qarşı qlobal miqyasda dezinformasiya kampaniyası və siyasi manevrlərinə son qoyulmalıdır, əks halda Avropa təhlükəsizlik sahəsində ciddi problemlərlə üz-üzə qalacaq. Paşinyan üçün ən yaxşı resept Ermənistan qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmaq və səylərini ölkənin iqtisadiyyatının möhkəmlənməsinə yönəltməkdir”.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 412

QHT və MEDİA

2020-07-10 08:20:42

QHT və MEDİA
Azay Quliyev: Yeganə istəyimiz odur ki, ...
Azay Quliyev: Yeganə istəyimiz odur ki, ...

Azərbaycan ATƏT-in kütləvi informasiya vasitələrinin azadlığı məsələləri üzrə...

2020-07-09 09:25:58

QHT və MEDİA
Ramin Məmmədov: Azərbaycan artıq dünyada...
Ramin Məmmədov: Azərbaycan artıq dünyada...

130-dan çox dövlətin Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi ...

CƏMİYYƏT

2020-07-07 16:10:31

CƏMİYYƏT
"Azərbaycan Ordusunun təlimləri düşmənin...
"Azərbaycan Ordusunun təlimləri düşmənin...

"Azərbaycan Ordusunun gecə vaxtı keçirdiyi döyüş atışlı taktiki təlimlər çox ...

2020-07-06 08:45:47

CƏMİYYƏT
Ellər unutmayıb o sənətkarı...
Ellər unutmayıb o sənətkarı...

H.Hüseynov 1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. Or...

İQTİSADİ

2020-07-10 09:55:19

İQTİSADİ
Deputat: Azərbaycan pandemiyanın iqtisad...
Deputat: Azərbaycan pandemiyanın iqtisad...

Pandemiya dövründə əhalinin sağlamlığının qorunması və iqtisadiyyatın yaxında...

2020-07-06 08:00:56

İQTİSADİ
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...

“Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hətta pandemiya ...