SİYASƏT
A- A A+

Nazir: “Münaqişə Avropa Parlamentinin qətnamələrinə uyğun həll edilməlidir”

2020-02-19 10:15:16

.

Fevralın 18-də Xarici İşlər naziri Elmar Məmmədyarov Avropa Parlamentinin (AP) Xarici Əlaqələr Komitəsinin sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlister və Azərbaycan üzrə daimi məruzəçi, Avropa Xalq Partiyasının Xorvatiyadan olan deputatı xanım Jelena Zovko ilə görüşüb.

Xarici İşlər Nazirliyindən (XİN) APA-ya verilən məlumata görə, görüş zamanı tərəflər Aİ-Azərbaycan arasında mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri, o cümlədən ikitərəfli əlaqələrin hüquqi bazasını təşkil edəcək yeni Saziş üzrə davam etdirilən danışıqlar barəsində fikir mübadiləsi aparıblar. Bu xüsusda ticarət sahəsində danışıqların cari vəziyyəti və Aİ-nin ticarət üzrə Komissarı ilə keçirilmiş görüşə toxunulub.

Azərbaycanın Avropa arasında enerji sahəsində strateji tərəfdaşlıq münasibətləri, habelə Cənubi Qaz Dəhlizi layihəsi və onun gələcəkdə yeni layihələrlə genişləndirilməsi perspektivləri və enerji təhlükəsizliyi mövzularında müzakirələr aparılıb.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların cari vəziyyəti, o cümlədən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin iştirakı ilə açıq müzakirələr haqqında qarşı tərəfə məlumat verib. Münaqişənin beynəlxalq ictimaiyyətin, o cümlədən Avropa Parlamentinin müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq həllinin və Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasının vacibliyini vurğulayıb.

Tərəflər, həmçinin Azərbaycanda baş tutan növbədənkənar parlament seçkilərindən danışıblar. Nazir bu seçkilərin ölkəmizdə həyata keçirilən siyasi və struktur islahatları kontekstində nəzərdən keçirilməli olduğunu bildirib və seçkilərin xalqın iradəsini ifadə etdirdiyini bildirib. Seçkilərdən sonra qeydə alınmış hər bir şikayətin ciddi şəkildə araşdırıldığı və hazırda 4 seçki dairəsində nəticələrin ləğv olunduğu qarşı tərəfin diqqətinə çatdırılıb.

Görüş zamanı, habelə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Kateqoriya : SİYASƏT Baxış sayı : 268

QHT və MEDİA

2020-07-08 11:10:13

QHT və MEDİA
Azərbaycanın diplomatik xidmət orqanları...
Azərbaycanın diplomatik xidmət orqanları...

“Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi” yubiley m...

2020-07-08 10:45:27

QHT və MEDİA
Rufiz Qonaqov: "BU KİMİ MÜHÜM GÖRÜŞLƏRİN...
Rufiz Qonaqov: "BU KİMİ MÜHÜM GÖRÜŞLƏRİN...

Dünən Milli Məclisdə təmsil olunan siyasi partiyaların sədrləri ilə Prezident...

CƏMİYYƏT

2020-07-07 16:10:31

CƏMİYYƏT
"Azərbaycan Ordusunun təlimləri düşmənin...
"Azərbaycan Ordusunun təlimləri düşmənin...

"Azərbaycan Ordusunun gecə vaxtı keçirdiyi döyüş atışlı taktiki təlimlər çox ...

2020-07-06 08:45:47

CƏMİYYƏT
Ellər unutmayıb o sənətkarı...
Ellər unutmayıb o sənətkarı...

H.Hüseynov 1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. Or...

İQTİSADİ

2020-07-06 08:00:56

İQTİSADİ
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...

“Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hətta pandemiya ...

2020-07-01 11:25:59

İQTİSADİ
Davamlı inkişaf məqsədləri indeksinə gör...
Davamlı inkişaf məqsədləri indeksinə gör...

Azərbaycan “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi ar...