TƏDQİQATLAR
A- A A+

“Dədəm Ənvər paşa” kitabının təqdimatı oldu

2015-04-04 10:00:54

Bir sıra tarixi faktlara toxunan deputat Musa Qasımlı həmin dövrdə Leninin Ənvər paşa ilə bağlı planlarını xüsusilə vurğulayıb

Parlament Jurnalistlər Birliyinin və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində Türkiyə hərb tarixinin ən önəmli simalarından biri və Azərbaycan üçün gərəkli addımlar atmış Ənvər paşanın nəvəsi Osman Mayatepekin “Dədəm Ənvər paşa” adlı kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal yazılan kitabı yüksək dəyərləndirərək, Ənvər paşanın Azərbaycan üçün simvolik xarakter daşıdığını bildirib.

Bir sıra tarixi faktlara toxunan deputat Musa Qasımlı həmin dövrdə Leninin Ənvər paşa ilə bağlı planlarını xüsusilə vurğulayıb: “Ənvər paşadan öncə Bakıya onun atası Əhməd paşa gəlib. İndi də nəvəsi gəlib. Ənvər paşadan danışanda jurnalistlərin hissiyyatla yanaşmasına baxmayaraq, tarixçilər bu məsələyə hissiyyatla yanaşmır. Osmanlı Türk-İslam birliyinin mərkəzi idi və Ənvər paşanın çox böyük strateji planları vardı. Mən bir neçə detalı nəzərinizə çatdırmaq istəyirəm. Ənvər paşa Batuma gələrək, Mustafa Kamal Atatürkə yardım üçün Türkiyəyə keçmək istəyirdi. Və o zaman Lenin üç qrup arasında manevr edirdi. Biri Atatürk, digəri ittihad və bolşeviklər idi. Lenin Ənvər paşanın Atatürklə birləşməsini istəmirdi. Hətta Bakıda Ənvər paşanın öz yazdığı mətni belə, özünə oxumağa imkan vermədilər. Ənvər paşa Nərimanovdan xahiş edir ki, onu Leninlə görüşdürsün. Və Lenin “bu, Atatürkün xoşuna gəlməz” deyərək, Ənvər paşanı Moskvada qəbul etmir”. Ənvər paşanın taleyinə toxunan deputat onun Orta Asiyaya göndərilməsindən də danışıb: “Hətta onun göndərildiyini təsdiq edən sənəddə belə, Leninin imzasının altında “canı cəhənnəmə” ifadəsi yazılıb. Yəni onu ölümə göndəriblər. Sonda isə Ənvər paşanı Orta Asiyada Dağlıq Qarabağdan olan bir erməni öldürdü”.

Hər bir azərbaycanlının Ənvər və Nuru paşaya bir can borcu olduğunu bildirən deputat Fazil Mustafa isə deyib: “Ənvər paşanın həyatının son dövrünü anlamaq üçün “Basmaçilər” hərəkatını xüsusilə vurğulamaq lazımdır. İşğalçılara qarşı vuruşan “basmaçi”lərin Ənvər paşa ilə birləşməsi çox təsirlidir. Bizim, Azərbaycan türklərinin bu iki şəxsə, Ənvər və Nuru paşaya böyük bir can borcu var. O zaman Nuru paşanın Azərbaycana gəlməsi bizim ölkənin xahişləri tərəfindən olub. O, bir-iki həftə gec gəlsəydi Şaumyan Azərbaycanı işğal edəcəkdi. Bu gün biz bu məsələyə öz maraqlarımızla baxsaq belə, o iki şəxs mütləq yada salınmalıdır. İnanın ki, əlimdə güclü bir səlahiyyət olsaydı, Bakı şəhərinin girişində onların hər ikisinə heykəl qoyardım. Haqq haqqa dəyər verənin tərəfindədir. Ona görə də, biz ideoloji dəyərləri kənara qoyaraq bu iki şəxsin Azərbaycan üçün etdiklərini unutmamalıyıq”,-deyə Fazil Mustafa bildirib.

Tədbirin sonunda çıxış edən Osman Mayatepek bildirib: “Ənvər paşa Türk və dünya tarixində çox güclü şəxsiyyət olsa da, geniş tanıdılmayıb. Sarıqamış hadisələrində türk ordusunun çoxlu şəhid verdiyi göstərilir. Bunu təbii ki, Ənvər paşanın nüfuzdan düşməsinə, gözdən salınmasına görə edirdilər. Türkiyə və Azərbaycanı isə bir-birindən ayırmamaq lazımdır. Birinci dünya müharibəsinin sonunda hər şeyi bitib-tükənən Osmanlı ordusu Azərbaycana yardıma göndərilir. Bunun bir səbəbi vardı: Azərbaycan və Türkiyə birdir, əlimizdən gəldiyi qədər yardım etməliyik. Mənim babalarım bu torpaqlar üzərində savaşdı və öz canlarından belə, keçməyi nəzərə aldılar. Mən Azərbaycanda olduğum müddətdə özümü öz vətənimdə hiss etdim”.

Xatırladaq ki, Osman Mayatepek ilk dəfə olaraq Azərbaycana gəlib. “Dədəm Ənvər paşa” kitabında Osmanlıda müharibə illərinin hərbi naziri olmuş Ənvər paşa haqqında ayrı-ayrı mənbələrdə rast gəlinən tarixi yanlışlıqlar qabardılıb və onların düzgün variantları diqqətə çatdırılıb.(modern.az)


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 965

QHT və MEDİA

2019-07-20 09:10:35

QHT və MEDİA
Gürcü ekspertlər: “İnsidentin arxasında ...
Gürcü ekspertlər: “İnsidentin arxasında ...

Bunu “Report”un yerli bürosuna açıqlamasında Gürcüstanın əməkdar jurnalisti, ...

2019-07-20 07:45:42

QHT və MEDİA
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına...

CƏMİYYƏT

2019-07-19 08:40:08

CƏMİYYƏT
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-16 09:25:35

İQTİSADİ
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...

Bir sıra ekspertlər son zamanlar Avropa İttifaqı-Azərbaycan münasibətlərində ...