2020-02-19 08:55:49 | MƏDƏNİYYƏT
“France 2” televiziya kanalı “Azərbaycan - sivilizasiyaların kəsişməsində” sənədli filmini yayımlayıb

Heydər Əliyev Fondu və Fransadakı səfirliyimizin dəstəyi ilə hazırlanmış “Azərbaycan - sivilizasiyaların kəsişməsində” sənədli filminin 1-ci hissəsi “France 2” televiziya kanalının “İslam” verilişində yayımlanıb

Kanalın çəkiliş qrupu göstərdikləri dəstəyə görə Heydər Əliyev Fonduna və Fransadakı səfirliyimizə təşəkkürlərini bildirib. Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, filmdə Azərbaycanın din tarixi, İslamın gəlişi, bu gün dövlət-din münasibətləri, müxtəlif dini icmaların fəaliyyəti, multikulturalizm haqqında geniş məlumat verilir.

Ölkəmizdə səfərdə olmuş fransız jurnalistlər dini icmaların rəhbərləri və nümayəndələri ilə görüşlərini lentə alaraq “France 2” televiziya kanalının geniş auditoriyasına təqdim ediblər. Müxtəlif dini icmaların nümayəndələrinin müsahibələri vasitəsilə ölkəmizdəki mədəniyyətlər, etnik qruplar və dinlərarası münasibətlər televiziya tamaşaçılarına çatdırılıb.

Filmin 1-ci hissəsində “Bibiheybət məscid ziyarətgahı”, “Təzə pir” məscidi, Bakıdakı kilsələr və sinaqoqlar, Gəncə İmamzadəsi, Nizami türbəsi, Qubadakı Qırmızı Qəsəbə, Alban-Udi kilsəsi və digər ibadətgahların tarixi və bu günü haqqında ətraflı məlumat verilib. Bakının ev sahibli etdiyi Dünya dini liderlərinin II Sammitindən danışılıb. Filmdə müsəlman ölkəsi olan Azərbaycanın mədəniyyətlər və dinlərarası platforma olduğu, burada müxtəlif dinlərin nümayəndələrinin mehriban yaşayışı diqqətə çatdırılıb. Ölkəmizin Şərq və Qərb arasında körpü olduğuna toxunularaq, onun Böyük İpək Yolu üzərində yerləşdiyi bildirilib. Tarixi və dini abidələrlə zəngin olan Azərbaycanın sivilizasiyaların kəsişməsində yerləşdiyi vurğulanıb.

Filmin ideya rəhbəri Beynəlxalq Frankofoniya Təşkilatının dəstəyi ilə yaradılmış Qadın Frankofon Yazıçılar Parlamentinin sədri Fövziyə Zuari, rejissoru Bualem Geritli, prodüseri Cellul Bequra, tərcüməçisi Şəhla Ağalarovadır.

Xatırladaq ki, filmin 1-ci hissəsini fevralın 23-dək “France 2” televiziya kanalının saytında yenidən izləmək olar. Filmin 2-ci hissəsi fevralın 23-də səhər “France 2” televiziya kanalının “İslam” verilişində yayımlanacaq.

Baxış sayı : 359
Prezident İlham Əliyev: Avropa İttifaqı ilə Azərbaycan arasında çox yüksək səviyyəli tərəfdaşlıq mövcuddur 2020-09-24 15:30:27 Azərbaycanın 3 şəhəri YUNESKO-nun şəbəkəsinə üzv seçilib 2020-09-24 10:20:28 Rusiyalı tarixçi, analitik Oleq Kuznetsov: KTMT-nin heç bir üzvü təcavüzkarı dəstəkləməyi arzulamır 2020-09-24 09:20:32 “Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır” 2020-09-24 08:20:05 "Ordunun gücləndirilməsi üçün növbəti ilin büdcəsində ciddi artım nəzərə alınıb" 2020-09-24 07:25:27 Şura haqqında böhtan yayan saytlar məhkəməyə veriləcək 2020-09-24 07:15:00 Arsak toponimi ilə bağlı real faktlar - Açıqlama 2020-09-23 21:10:53 Azərbaycanın siyasi dialoq platforması beynəlxalq arenaya çıxarıldı – Rufiz Qonaqov 2020-09-23 16:20:16 Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş virtual sərgi keçiriləcək 2020-09-23 08:40:50 Rəcəb Tayyib Ərdoğan: Ermənistan Cənubi Qafqazda sülhə və sabitliyə ən böyük maneədir 2020-09-23 08:25:07 Xarici media Dağlıq Qarabağa PKK terrorçularının gətirilməsndən yazıb 2020-09-23 07:05:11 Ölkə vətəndaşlarının təlim toplanışlarına böyük ruh yüksəkliyi ilə qatılması dövlətimizə olan inamın bariz nümunəsidir 2020-09-23 06:40:28 Bütün dünya bilir ki, Azərbaycan qısa bir zamanda öz torpaqlarını azad etməyə qadirdir! 2020-09-23 06:25:35 Türkiyə və Azərbaycan prezidentləri arasında telefon danışığı oldu 2020-09-22 20:45:23 Ermənistanda məktəb dərsliklərində tarix saxtalaşdırılaraq azərbaycanlılara nifrət aşılanır 2020-09-22 09:30:46 “Karabakh is Azerbaijan!" Milli Platformasının xaricdəki koordinatorlarının ilk videokonfransı keçirilib 2020-09-22 08:25:47 “Qafqazın geosiyasəti: Dağlıq Qarabağ münaqişəsi” 2020-09-22 08:10:06 Ombudsman növbəti erməni təxribatına dair beynəlxalq təşkilatlara müraciət etdi 2020-09-22 07:15:21 Mövlud Çavuşoğlu: "Azərbaycanın haqlı mübarizəsində daim yanındayıq" 2020-09-22 06:55:23 "Ermənistanın baş naziri danışıqların mahiyyətini məqsədyönlü şəkildə pozur" 2020-09-21 22:00:16 “Dağlıq Qarabağla bağlı informasiyaların dünyaya çatdırılması işi davamlı aparılmalıdır ” 2020-09-21 15:15:07 Gürcüstan saytları Prezident İlham Əliyevin Ermənistanın təxribatları ilə bağlı fikirlərinə geniş yer ayırıb 2020-09-21 09:50:59 Məhəbbət Paşayeva: Qafqaz Albaniyası Azərbaycanın qədim dövlətidir və bu dövlətin varisləri biz azərbaycanlılarıq 2020-09-21 09:45:18 “Ermənistanın indiki rəhbərliyi məsuliyyət dərk etmir” 2020-09-21 09:15:08