SOSİAL
A- A A+

Əcnəbi millətin nümayəndəsi Azərbaycan həkimlərinə etibar edir

2020-02-18 11:50:46

.

Milliyyətcə rus olan, Bakı şəhərində yaşayan və uzun müddət neft sənayesində çalışan Timoşin Mixayıl Petroviç Fact-info.az saytına müraciət edərək Azərbaycan həkimlərindən razılığını bildirib: “Mən 2019-cu ildə ağır xəstəliyə, xərçəngə düçar olmuşdum. Kəskin ağrılar, xəstəliyin təsirindən yaranan ruh düşkünlüyü mənə əzab verirdi. Mən Azərbaycanı çox sevdiyimə görə, Bakını tərk etməyərək müalicəmi ölkə xaricində deyil, elə Bakı şəhərində almağı düşünürdüm. Nəhayət Ruslan həkimə müraciət etdim. Ruslan doktor mənim bağırsaqlarımda yaranmış şişlərin uzunmüddətli müalicəsi və əməliyyatı ilə məşğul oldu. Mən möcüzə nəticəsində və Ruslan doktorun şəfası ilə yenidən həyata qayıtdım. Məndə kəskin bağırsaq keçməməzliyi, siqmoid kanseri, qaraciyər metastaslar olub. Həkimlərin qərarı ilə digər orqanla bərabər qaraciyər metastasının çıxarılması əməliyyatı aparılmışdır. Elə bir ağır xəstəlikdən qurtuldum. İndi özümü çox sağlam hiss edərək azərbaycanlı həkimə təşəkkürümü bildirirəm.

Fact-info.az-ın əməkdaşı Bakı Sağlamlıq Mərkəzində çalışan və Timoşini əməliyyat edən, şöbə müdiri, tibb üzrə fəlsəfə doktoru. Ruslan Məmmədovla söhbət edib.

- İstərdik gənc mütəxssis olaraq özünüz haqqında qısa məlumat verəsiniz?

-Mən 2000-ci ildə ATU-nun Müalicə Profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm. 2001-ci ildə ATU-nun Onkologiya kafedrasında internatura keçmişəm. 2005-2006-cı illərdə ABŞ-da Virciniya CommonWealth Universitetində, 2007-2009-cu illərdə Rusiyada Kursk Dövlət Tibb Universitetində, 2011-2013 Türkiyədə İnönü Universitetində, 2018-2019-cu illərdə Niderland krallığı ERASMUS Universitetində ixtisasartırma kurslarında iştirak etmişəm. Mənim kimi bir sıra gənc həkimlər bu yolu keçiblər və keçməkdədirlər. Bütün bunlar dövlətimizin gənclərə və tibb sahəsinin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir.

-Çox möhtəşəm təhsil və tibb ocağında çalışırsınız. Müasir gənclərdə, tələbələrdə intellektual səviyyəni necə dəyərləndirirsiniz?

- Azərbaycan Tibb Universiteti çox mühüm təhsil ocağıdır. Burada dünya şöhrətli ziyalılar, alimlər yetişib. Biz də bu tibb ocağının yetirməsi olaraq hər zaman gənclərlə təmasda oluruq. Müsbət haldır ki, müasir gənclərimizdə intellektual mülkiyyətə sahiblənmək istəyi böyükdür. Cəmiyyətin inkişafı yüksək təhsildən başlayır. Bizimlə birlikdə çalışan gənclərimizin ikisinin adını qeyd etmək istərdik. Onlar Fərəh Qəhrəmanova və Şəbnəm Məmmədovadır. Onlar gənc olmalarına baxmayaraq, cərrahiyyə sahəsində ilkin uğurlara nail olublar. Biz gənc mütəxəssislərin yetişməsinə və onların beynəlxalq aləmə çıxışına dəstək oluruq. Elmi cəmiyyətlərdə gənclərimiz fəallıq göstərirlər. 85 ölkədən gələn nümayəndələrin qatıldığı Ümumdünya Tibb Tələbələrinin Elmi Cəmiyyətlərinin toplantısındakı gənc həkimlərimiz Fərəh Qəhrəmanova və Şəbnəm Məmmədovanın innovativ təklifləri birinci yerə layiq görülüldü. Onu da qeyd etmək istərdik ki, ötən dövr ərzində təbabətlə bağlı xaricdə keçirilən möhtəşəm konqreslərdə mütəmadi qatılaraq çıxış etmişik. Sonuncu dəfə Hollandiyada keçirilən toplantıda iştirak edərək Azərbaycanı təmsil etmişik.

Təşəkkür edirik

Toğrul

Fact-info.az

  • @continue

Kateqoriya : SOSİAL Baxış sayı : 1948

QHT və MEDİA

2020-04-01 13:25:59

QHT və MEDİA
Mehriban Əliyevadan koronavirusla bağlı ...
Mehriban Əliyevadan koronavirusla bağlı ...

Fact-ınfo.az məlumatına görə, paylaşımda deyilir:

"Əziz həmvətənlərim...

2020-03-31 20:30:46

QHT və MEDİA
QHT-lərin koronovirusla mübarizəyə həsr ...
QHT-lərin koronovirusla mübarizəyə həsr ...

Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Döv...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...