İQTİSADİ
A- A A+

Azərbaycanda aparılan islahatların miqyası olduqca geniş və şaxəlidir

2020-02-18 10:35:30

.

Azərbaycanda aparılan islahatların miqyası olduqca geniş və şaxəlidir. Bu islahatlar hətta inqilabi islahatlar adlandırılır və onların ölkə həyatının bütün sahələrində, xüsusilə idarəetmə strukturlarının işinin yenidən qurulmasında böyük rol oynayacağı şübhə doğurmur. Xalq tərəfindən xüsusi dəstəklənən bu islahatlar ölkənin inkişafını yeni səviyyəyə qaldırmaq, cəmiyyətin inkişafına mane olan, hər bir vətəndaşı narahat edən və ölkənin imicinə xələl gətirən neqativ halları tam aradan qaldırmaq məqsədi daşıyır. Bu fikirlər Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır” sərlövhəli məqaləsində öz əksini tapıb.

“Aparılan islahatların innovativ xarakter daşımasını Azərbaycan Prezidentinin qarşıya qoyduğu vəzifələrə uyğun olaraq Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan və 100-dən artıq xidməti özündə cəmləşdirən DOST mərkəzlərinin fəaliyyətinə dövlət başçısının verdiyi qiymət daha aydın göstərir. Prezident İlham Əliyev deyir: “Bizim siyasətimiz, demək olar ki, DOST mərkəzlərində öz əksini tapır – islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Yəni, bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz məhz bu yolla inkişaf etməlidir. Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək”.

Bu il fevralın 12-də Kürdəmir rayonunda “ASAN xidmət” mərkəzinin açılışında isə Azərbaycan Prezidenti 2020-ci ili “Könüllülər ili” elan etdiyini xüsusi vurğulayaraq, könüllülüyün bizim genetik kodumuza yazılmış sarsılmaz dəyərlərimizdən biri olduğunu, xalqımıza xas olan bütün amilləri, əlamətləri özündə cəmləşdirdiyini bir daha qeyd edib. Hazırda fəaliyyət göstərən 2 DOST mərkəzi bir çox xidmətləri özündə cəmləşdirməkdədir və bu mərkəzlərin sayı yaxın vaxtlarda 31-ə çatdırılacaqdır”, - deyə məqalədə bildirilir.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 201

QHT və MEDİA

2020-04-07 08:30:37

QHT və MEDİA
İctimai Qərargah ictimai sektorun poten...
İctimai Qərargah ictimai sektorun poten...

"Ümid edirəm ki, Şuranın təşkil etdiyi İctimai Qərargah #koronavirusla effekt...

2020-04-06 18:20:43

QHT və MEDİA
“Ruhlar şəhəri”ndən ruhlar planetinə...
“Ruhlar şəhəri”ndən ruhlar planetinə...

Ermənistan Ağdamı da işğal etdi və Şuşa kimi, Laçın, Kəlbəcər, Füzuli, Cəbray...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-07 18:15:52

İQTİSADİ
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlik...

2020-04-05 17:25:14

İQTİSADİ
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...

Ölkədə sahibkarlıq fəaliyyətini (o cümlədən kiçik və orta sahibkarlığı) dəstə...