QHT və MEDİA
A- A A+

Mülazim Pahsa: Ermənistanın baş nazirinin inkarçılıq cəhdləri onun düşdüyü vəziyyəti daha da ağırlaşdırdı

2020-02-17 08:25:26

.

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan hökumət başçısını və onun ölkəsini işğalçılıqda terrorçuluqda ittiham etməsi tarixi gerçəkliyi əks etdirir və bütün sülhsevər dünya tərəfindən dəstəklənir. Prezident İlham Əliyevin fikir və mülahizələri, qətiyyətli mövqeyi Ermənistan tərəfində, eləcə də erməni lobbiçiliyini idarə edənlərdə Dağlıq Qarabağla bağlı xəyal qırıqlığı yaratdı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrin nəticəsini şərh edən Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Dərnəyinin sədri Mülazim Pahsa söyləyib.

Ermənilərin tarixin bütün dövrlərində göstərdiyimiz dostluq və qonaqpərvərliyə qarşı xəyanətlə, düşmənçiliklə cavab verdiklərini dilə gətirən dərnək sədri deyib: “Prezident İlham Əliyev bütün dünyanın gözü qarşısında Ermənistan hökumətinin başçısını ittiham edərək sübut etdi ki, ermənilər bizim xalqımıza, mədəniyyətimizə qarşı soyqırımı törədiblər, məscidlərimizi, məzarlarımızı dağıdıblar, şəhərlərimizin adlarını dəyişdiriblər, mədəni irsimizi məhv ediblər. Azərbaycan dövlət başçısının ortaya qoyduğu faktlar təkzibolunmaz idi. Qarşı tərəfin isə bu ittihamlara söyləyəcəyi fakt yox idi. Baş nazirin inkarçılıq cəhdləri onun düşdüyü vəziyyəti daha da ağırlaşdırdı. Onun uydurduğu yalanlar gülüşdoğurucu təsir bağışlayırdı. İndi söz dünya ictimaiyyətinindir. Əgər gerçəkdən də BMT və ATƏT-in Minsk Qrupu regionda sülh, sabitlik və tərəqqi, xalqların və millətlərin dinc, dostluq şəraitində yaşamağını istəyirsə yubanmadan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli naminə işğalçı tərəfə təsir göstərməlidirlər. Azərbaycan torpaqları işğaldan azad edilməli, qaçqın və məcburi köçkün azərbaycanlılar yurdlarına dönməli, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Əks halda baş verə biləcək bütün xoşagəlməz hadisələrə görə, təkcə işğalçı Ermənistan tərəfi yox, onun təcavüzkar siyasətinə qarşı bu və ya digər şəkildə göz yumanlar da məsuliyyət daşıyırlar”.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 171

QHT və MEDİA

2020-04-07 08:30:37

QHT və MEDİA
İctimai Qərargah ictimai sektorun poten...
İctimai Qərargah ictimai sektorun poten...

"Ümid edirəm ki, Şuranın təşkil etdiyi İctimai Qərargah #koronavirusla effekt...

2020-04-06 18:20:43

QHT və MEDİA
“Ruhlar şəhəri”ndən ruhlar planetinə...
“Ruhlar şəhəri”ndən ruhlar planetinə...

Ermənistan Ağdamı da işğal etdi və Şuşa kimi, Laçın, Kəlbəcər, Füzuli, Cəbray...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-07 18:15:52

İQTİSADİ
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlik...

2020-04-05 17:25:14

İQTİSADİ
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...

Ölkədə sahibkarlıq fəaliyyətini (o cümlədən kiçik və orta sahibkarlığı) dəstə...