MÜSAHİBƏ
A- A A+

Siyasi ekspert: Sülh və sabitlik Azərbaycan dövlətçiliyinin gələcək inkişafı üçün çox vacibdir

2020-02-15 19:15:27

.

Sabitlik gələcək üçün ən yaxşı zəmanətdir. Siyasi, iqtisadi və hərbi sahələrdə gedən inkişaf, vətəndaşların dövlətçiliyimizə inamı onu göstərir ki, bu sabitliyin təməlində Azərbaycan xalqının özü dayanır. Azərbaycan ildən-ilə inkişaf edir. Dövlət proqramları, layihələr həyata keçirilir. Fevralın 3-də keçirilən “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransın nəticələri və Azərbaycan Prezidentinin nitqi bir daha göstərdi ki, ölkəmiz iqtisadi cəhətdən inkişaf etmiş güclü dövlətə çevrilib. Nəticələr onu deməyə əsas verir ki, Azərbaycanın inkişafı sabitlikdən keçir və ölkəmizin iqtisadi inkişafı digər qonşu ölkələrə müqayisədə yüksələn xətlə inkişaf edir.

Fact-info.az-ın məlumatına görə, bu sözləri AZƏRTAC-a müsahibəsində siyasi ekspert, politoloq Elxan Ələsgərov söyləyib.

Politoloq deyib: “Dünyada böyük nüfuza malik olan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya Azərbaycan xalqının etimadı böyükdür. Onlar bu etimadı xalqımızın rifahı, dövlətçiliyimizin inkişafı üçün gördükləri işlərlə qazanıblar. Dövlət xalqa xidmət edir, xalq da dövlətə etibar edir, güvənir. Azərbaycan xalqı sülh, təhlükəsizlik və əmin-amanlıq şəraitində yaşamağı üstün tutur və bilir ki, bu, ölkəmizin, dövlətçiliyimizin gələcək inkişafı üçün çox vacibdir.

Siyasi ekspertin sözlərinə görə, sabitlik olmayan ölkədə inkişafdan danışmaq qeyri-mümkündür. Sabitlik olmasa, xarici ölkələr Azərbaycana investisiya yatırmaq istəməzlər. Məhz ölkədəki daxili sabitliyin hesabına ötən il Azərbaycana xaricdən qoyulan investisiyanın həcmi artıb.

Respublikamızda iqtisadiyyatın möhkəm hüquqi bazasının yaradıldığını diqqətə çatdıran E.Ələsgərov bildirib: “Azərbaycan neft ölkəsidir. Amma ölkəmiz qeyri-neft sektorunda inamlı addımlarla irəliləyir və bu sahədə iqtisadi göstəricilərimiz ürəkaçandır. Ölkəmizə qoyulan sərmayələrdən 13,5 milyard dollar qazanc əldə edilib. Makroiqtisadi vəziyyət tam sabitdir. İnflyasiya cəmi 2,5 faiz təşkil edir, əhalinin gəlirləri isə 2,4 faiz artıb. Çünki ötən il böyük sosial proqram çərçivəsində əməkhaqqı, pensiya və müavinətlərin məbləği artırılıb”.

Ekspert qeyd edib ki, 2013-cü ildən bəri Azərbaycanın iqtisadiyyat göstəriciləri 3,4 dəfə artıb. Bu, dünyada rekord göstəricidir. Azərbaycan ildən-ilə həm sənaye, kənd təsərrüfatı istehsalını, eləcə də xarici ticarət dövriyyəsinin həcmini artırır. Beləliklə, Azərbaycan qeyri-neft sektoru məhsullarını ixrac edən ölkəyə çevrilir.

E.Ələsgərov Azərbaycanın yalnız iqtisadi və siyasi sahələrdə deyil, elm sahəsində əldə etdiyi uğurlardan da danışıb. Qeyd edib ki, kosmosa 3 peyk buraxan Azərbaycan bunun sayəsində həm əlavə gəlir əldə edib, həm də televiziya və radio yayımlarının keyfiyyətini yaxşılaşdırıb.


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 173

QHT və MEDİA

2020-04-01 13:25:59

QHT və MEDİA
Mehriban Əliyevadan koronavirusla bağlı ...
Mehriban Əliyevadan koronavirusla bağlı ...

Fact-ınfo.az məlumatına görə, paylaşımda deyilir:

"Əziz həmvətənlərim...

2020-03-31 20:30:46

QHT və MEDİA
QHT-lərin koronovirusla mübarizəyə həsr ...
QHT-lərin koronovirusla mübarizəyə həsr ...

Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Döv...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...