QHT və MEDİA
A- A A+

Hikmət Hacıyev Türkiyənin NTV kanalına müsahibəsində Ermənistan-Azərbaycan münaqişəsindən danışıb

2020-02-15 08:30:29

.

Türkiyənin nüfuzlu NTV kanalı Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müsahibəsini yayıb.

Müsahibədə türkdilli tamaşaçılara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövcud vəziyyət barədə məlumat verilir. Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından ötən ili münaqişənin həlli baxımından itirilmiş il kimi dəyərləndirən Azərbaycan Prezidentinin köməkçisi diqqətə çatdırıb ki, təcavüzkar ölkə üzdə özünü sülh tərəfdarı kimi göstərməyə çalışsa da, əslində, işğalçılıq siyasətindən əl çəkmir. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qətnamələrini xatırladan Hikmət Hacıyev vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi yalnız mərhələli qaydada həllini tapmalıdır. Çünki bu münaqişənin ortaya çıxardığı və həllini gözləyən mühüm məqamlar var. Bunun üçün, ilk növbədə, işğalçı Ermənistanın hərbi qüvvələri Dağlıq Qarabağ da daxil olmaqla, işğal altında saxlanılan bütün Azərbaycan ərazilərini tərk etməlidir. Sonra bu bölgələrdən məcburi köçkün azərbaycanlılar öz yerlərinə qayıtmalıdırlar. Əgər bu baş verərsə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi hüquqi cəhətdən həyata keçirilmiş olar.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 140

QHT və MEDİA

2020-04-01 13:25:59

QHT və MEDİA
Mehriban Əliyevadan koronavirusla bağlı ...
Mehriban Əliyevadan koronavirusla bağlı ...

Fact-ınfo.az məlumatına görə, paylaşımda deyilir:

"Əziz həmvətənlərim...

2020-03-31 20:30:46

QHT və MEDİA
QHT-lərin koronovirusla mübarizəyə həsr ...
QHT-lərin koronovirusla mübarizəyə həsr ...

Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Döv...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...