TƏDQİQATLAR
A- A A+

Paytaxtda sıxlığı necə aradan qaldırmaq olar?

2015-11-14 20:25:00

Bu gün paytaxtımızdakı sıxlıq, avtomobil tıxacları, həmin avtomobillərdən ətraf mühitə yayılan zəhərli qazlar və digər problemlər əslində hər birimizi düşündürür, narahat edir

Çünki heç kim özünü  ətraf mühitdən,  mövcud  həyatdan təcrid edib yaşaya bilməz.  Eyni gəminin sakinləri sayılan insanlar bütün hallarda  ətraf aləmdə gedən proseslərdən  az və  çox dərəcədə  ziyan çəkə bilərlər.

Əlqərəz, bütün bunlar problemin nəticəsir. İndi  səbəblərə nəzər salaq. Ətraf mühitdən danışanda Bakı şəhərindəki hava çatışmazlığı, ekoloji durum yaddan çıxmır.  Baxmayaraq ki,   paytaxda və ətraf qəsəbələrdə, xüsusilə, yol kənarında  yaşıllıq  zonaları  salınır, müxtəlif ağac növləri əkilir. Ancaq  avtomobillərin belə sürətli artımı  və ərtaf aləmə zəhərli qazların buraxılması  ekoloji balansı pozur. Statistik məlumatlara görə, 90-cı illərin əvvəllərində Bakı şəhərində 50 min avtomobil var idisə, bu gün bu rəqəm təxminən   bir milyonu keçib.

Alimlərin qənaətincə, hər hektar meşə sahəsi bir saatda 8 kiloqram karbon qazını udur, bu da bir saatda 200 nəfərin nəfəsi ilə havaya buraxılan karbon qazının həcminə bərabərdir.  Görün, nə qədər   meşə sahəsi, yaşıllıq zonasaı lazımdır ki,   həmin  avtomobillərin zəhərli qazlarını udsun.

Bundan əlavə  sürətli tikinti biznesi, müxtəlif nəqliyyat infrastruklarının yaradılması, bir çox halda yanacağa kəskin tələbatın artması və sair məsələlər ətraf mühitə mənfi təsir göstərir.  Onu  qeyd etmək lazımdır ki, dünyada tədricən  meşə örtüyü azalır. Hazırda dünya üzrə meşə örtüyünün sahəsi 4 milyard hektara yaxındır. Bunun 809 milyon hektarı Rusiyanın, 478 milyon hektarı Braziliyanın, 310 milyon hektarı Kanadanın, 303 milyon hektarı ABŞ-ın payına düşür. Azərbaycan meşələri cəmi 1 milyon hektara yaxındır.

Nə qədər qəribə olsa da 2 əsr bundan əvvəl Azərbaycan ərazisinin 35 faizi, indi isə yalnız 11,4 faizi meşə ilə örtülüb. 11,4 faiz meşə fondunun təxminən 261 min hektarı Ermənistan tərəfindən işğal olunan ərazilərdə yerləşir. Ola bilər bu rəqəmlər  müəyyən qədər  qeyri dəqiqliklər olsun.  Ancaq bütün hallarda  avtomobillərin artımı,  meşə örtüyünün azalması  ciddi disbalans yaradır. Təbii ki, bütün bu proseslər öz ağır nəticələri ilə insan həyatında, sağlamlığında,  ən əsas  yaşadığımız bu məkanda özünü büruzə verir.

Bakı şəhərində problem yalnız ekologiya ilə bağlı deyil. Burada urbanizasiya məsələsinə nəzər salmaq lazımdır. Paytaxtda əhali sıxlığı getdikcə daha çox hiss olunur. Urbanizasiya məsələsi və ümumilikdə  şəhər salma, yaşayış yerlərinin müəyyən edilməsində etinasızlıq faktoru  nəticəsində  Bakı şəhəri və ətraf qəsəbələr tamamilə yüklənib.

Hazırda qeyri rəsmi məlumatlara görə, paytaxtın müxtəlif ərazilərində inşa olunan sənədsiz evlərin sayı 500 mindir   Hər  evdə 4 nəfərdən götürsək bu 2 milyon  insan deməkdir.  Bu gün ABŞ kimi nəhəng dövlətin paytaxtında cəmisi 600 min insan yaşadığı halda Bakı şəhərində və ətraf qəsəbələrdə əhalinin təxmini sayı 5 milyona yaxındır. Müxtəlif yerlərdə, heç bir standarta cavab verməyən  həmin yaşayış yerlərində yaşayan bu əhali qrupunun xeyli hissəsi əyalərlərdə  çox normal, dəbdəbəli  evlərini atıb burada məskunlaşmasının əsas səbəblərindən biri iş yerləridir.  Yalnız yüksək əmək haqları, təminatlı şəraitlə insanları  bölgələrə cəlb etmək olar. 

Əyalətdə sosial iqtisadi inkişafı sürətləndirmək məqsədilə dövlət proqramları həyata keçirilir, infrastruktur yenilənir. Bu iş yalnız davamlı və şəffaf aparılsa, effektli olacaq. Yəni Bakını yükdən, avtomobil tıxaclarından, insan sıxlığından xilas etmək üçün bölgələrə diqqət artmalıdır

Bu yerdə  bir faktı xatırlatmaq istərdim. Sovet dönəmində  cazibədar  BAM  (Baykal Amur  Migistral)  adlı  iqtisadi layihə var idi. Gəncləri çox həvəsləndirici təkıliflərlə,  yüksək sosial-iqtisadi təminatla həmin proqrama cəlb edirdilər. O zaman SSRİ-nin bir çox yerlərindən ora axın var idi.  Bu gün o məzmunlu layihələr bizim bölgələrimizdə gerçəkləşməlidir. Bunu dövlətin dəstəyi ilə böyük sahibkarlıq subyektləri  icra edə bilər. 

Cənab Prezident İlham Əliyevin  qeyd etdiyi kimi,  azad sahibkarlığın  hər tərəfli inkişafına  bu gün daha çox zərurət var.  Dövlət başçısının sahibkarlara bu gün bütün dəstəyi göstərməsi çox önəmlidir.  Heç şübhəsiz ki,  regional iqtisadiyyatın  formalaşması və əyalətlərə insanların dönüşü Bakını  tıxacdan  qisməndə olsa azad edəcək  Təbii ki,  inzibati resurslar hesabına  Bakı şəhərinin yükünün  azadılması  effektli olmaz. Burada ən yaxşı  mexanizmlərdən biri  əyalətlərdə sahibkarlıq subyektlərinin dayanıqlı inkişafıdır.  Artıq sahibkarlığın inkişafının qarşısını kəsən  əllər  bağlanır, problemlər aradan qalxır. Bu da çox doğru yoldur.


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 1751

QHT və MEDİA

2019-11-21 06:50:06

QHT və MEDİA
“Jewish Journal” azərbaycanlı məcburi kö...
“Jewish Journal” azərbaycanlı məcburi kö...

Amerikanın “Jewish Journal” nəşri Xocalı qırğınının möcüzə nəticəsində sağ qa...

2019-11-20 19:55:53

QHT və MEDİA
YAP Pirallahı rayon təşkilatının təşkil...
YAP Pirallahı rayon təşkilatının təşkil...

Neft Daşları qəsəbəsində keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası Pirall...

CƏMİYYƏT

2019-11-21 21:30:38

CƏMİYYƏT
Faşist cəlladı Qaregin Njdenin heykəlini...
Faşist cəlladı Qaregin Njdenin heykəlini...

Hələ 2018-ci ilin martın 26-da Gürcüstanın Slavyan Xalqları Konqresinin sədr...

2019-11-19 09:25:12

CƏMİYYƏT
Sərt qayalar üzərində inşa edilmiş Diri ...
Sərt qayalar üzərində inşa edilmiş Diri ...

Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda inşa ...

İQTİSADİ

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...

2019-11-18 08:35:03

İQTİSADİ
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...

Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Əsrin...