SOSİAL
A- A A+

Fransız senator: Ermənilər azərbaycanlılara qarşı soyqırımı törədiblər

2020-02-14 17:05:11

.

Fransanın “L’Hebdo Bourseplus” jurnalında bu ölkənin Luar-Atlantik departamentinin senatoru və Senatın xarici əlaqələr, müdafiə və silahlı qüvvələr komitəsinin vitse-prezidenti Joel Geryo ilə müsahibə dərc olunub.

Müsahibədə fransız senator Azərbaycanda müşahidə etdiyi parlament seçkilərindən söz açıb, Fransanın Qafqaz ölkələri ilə münasibətinin vacibliyinə toxunub.

Əvvəllər Ermənistanla bağlı hesabat hazırladığını bildirən senator məhz bu hesabatın onu iki ölkə arasındakı münasibətlərdəki çətinlikləri müəyyən etməyə istiqamətləndirdiyini bildirib: “Bu hesabatdan sonra Fransadakı Azərbaycan səfiri ilə əlaqə yaratdım və o, məndən onu dinləməyimi xahiş etdi. Səfiri dinlədikdən sonra iki ölkə arasındakı münasibətlərin mürəkkəbliyinin nə qədər dərin olduğunu anladım. Azərbaycana getməklə bağlı təklifi parlament seçkiləri dövründə qəbul etdim. Bu səfər Azərbaycanın demokratik sistemini yaxından tanımaqla bağlı istəyimə uyğun idi”.

J.Geryo Azərbaycanın Fransa üçün strateji əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O, təbii sərvətlərlə zəngin olan Azərbaycana sərmayə yatırmağın əhəmiyyətinə toxunaraq, fransız şirkətlərini ölkəmizə dəvət edib.

Fransız senator 1990-cı illərdə Azərbaycanın çox çətin vəziyyətdə olduğunu xatırladaraq, qısa müddət ərzində nail olduğu iqtisadi inkişafı vurğulayıb, Bakının Heydər Əliyev Mərkəzi, Xalça Muzeyi, Alov qüllələri kimi müasir memarlıq abidələrindən danışıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Fransanın roluna toxunan senator bildirib ki, Fransa həmsədr ölkə kimi hər iki tərəfə eyni münasibət göstərməli və münaqişənin həllində fəal olmalıdır.

Senator azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qaldığına toxunaraq, Bakıda soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldıldığını vurğulayıb. Bildirib ki, iki ölkə arasındakı münaqişədən danışanda təkcə Dağlıq Qarabağ regionunun deyil, işğal altında olan digər rayonların da adı çəkilməlidir.

Müsahibədə Şarl dö Qolun Bakıya səfərindən də bəhs olunub.


Kateqoriya : SOSİAL Baxış sayı : 114

QHT və MEDİA

2020-02-22 22:05:34

QHT və MEDİA
Almaniyada Ümumavropa Qarabağ mitinqi ke...
Almaniyada Ümumavropa Qarabağ mitinqi ke...

Dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşə...

2020-02-22 09:50:08

QHT və MEDİA
Serbiyada Xocalı qurbanlarının xatirəsi ...
Serbiyada Xocalı qurbanlarının xatirəsi ...

Yaxın tariximizin üz qarası olan Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqə...

CƏMİYYƏT

2020-02-20 09:50:36

CƏMİYYƏT
Prezident İlham Əliyevin Münxen qələbəsi...
Prezident İlham Əliyevin Münxen qələbəsi...

Almaniyanın Münxen şəhərində təhlükəsizlik problemləri ilə bağlı ənənəvi olar...

2020-02-14 09:15:13

CƏMİYYƏT
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...

Unudulmaz Heydər Əliyevin Azərbaycan və Türkiyənin bütün parametrlərdə birgəl...

İQTİSADİ

2020-02-19 18:20:24

İQTİSADİ
Azərbaycanlı alimlərin dünya elminə mühü...
Azərbaycanlı alimlərin dünya elminə mühü...

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunu...

2020-02-18 10:35:30

İQTİSADİ
Azərbaycanda aparılan islahatların miqya...
Azərbaycanda aparılan islahatların miqya...

Azərbaycanda aparılan islahatların miqyası olduqca geniş və şaxəlidir. Bu isl...