QHT və MEDİA
A- A A+

Hikmət Şikarov: Güclü xalq, zəif müxalifət reallığı yenidən öz sözünü dedi

2020-02-12 16:00:17

.

Demokratik seçkilər hüquqi dövlət quruculuğunun əsas göstəricilərindən biridir. 09 fevral 2020-ci il tarixdə azad, demokratik və şəffaf şəraitdə keçirilmiş parlament seçkiləri də Seçki Məcəlləsinin mütərəqqi və təkmil sənəd olduğunu bir daha tam təsdiqləmiş oldu. Növbədənkənar parlament seçkiləri Azərbaycanın demokratik dəyərlərə sadiqliyini yenidən bütün dünyaya nümayiş etdirdi, ölkəmizdə demokratik inkişafın göstəricisi kimi yadda qaldı.

Bu prosesdə Azərbaycan xalqı seçkilərin demokratik, dünya standartlarına uyğun keçirilməsi üçün siyasi iradə və əzm nümayiş etdirdi. Beynəlxalq təşkilatların, dövlətlərin təmsilçiləri bunu yüksək qiymətləndirdilər. Artıq seçki gününün axşamı və sonrakı gün müşahidəçi qismində ölkəmizə gələn bütün beynəlxalq təşkilatların nümayəndələri seçkinin son dərəcə şəffaf keçirildiyini və ölkəmizin demokratiya yolu ilə inkişaf etməsinin şahidi olduqlarını birmənalı şəkildə bəyan etdilər. Beynəlxalq müşahidəçilərin bəyanat və rəylərində Azərbaycanın beynəlxalq təşkilatların qətnamələrini, habelə bu təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi yüksək dəyərləndirildi.

Lakin bu qədər uğurlarımızla yanaşı güclü xalq, zəif müxalifət reallığı yenidən öz sözünü dedi. Artıq fakt budur ki, ölkədəki prezident, bələdiyyə və parlament seçkilərindən ötən bütün dövrlər ərzində dağıdıcı müxalifət düşərgəsində müşahidə olunan kəskin böhran daha da dərinləşir, davamlı xarakter alır. Ona görə də, müxtəlif ermənipərəst dairələrin sifarişlərini həyata keçirməklə ölkədaxili çaxnaşmalar salıb, bu zəifliklərini gizlətməyə cəhdlər göstərirlər.

Artıq bu da sübut olundu ki, bir qrup beyinsiz kütlənin “xalq”adı altında küçələrə çıxıb, qarmaqarışıqlıq salmaq səyləri də nəticəsiz qaldı. Təbii ki burada əsas məqsəd xalqda inamsızlıq və çaşqınlıq yaratmaq, sabitliyi pozmaqdır. Əslində bu, artıq siyasi ölmüşlərin xalqın onlara dəstək göstərməməsinin məntiqi nəticəsi idi.

Əminliklə deyə bilərik ki, dağıdıcı təfəkkürə malik olan ünsürlər indi də guya bir araya gəlməklə, nəyi isə həll etmək istəklərinin də əslində baş tutmayacağını da dərk edirlər. Bu gün Azərbaycanı istəməyən müəyyən sayda qüvvələr var və həmin qüvvələr var gücləri ilə çalışırlar ki, Azərbaycanda stabilliyi pozsunlar, amma belə məxluqlar heç zaman məkrli niyyətlərinə nail ola bilməyəcəklər.

Çünki xalq bunları dəstəkləmir və dəstəkləməyəcəkdir. Bu reallığı müxalifətin özü də çox gözəl bilir, sadəcə var olan cismani ruh kimi görünmək üçün yalançı illüziyalara qapılıb vəzifə menyusunu yeniləməklə məşğuldurlar.

Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 200

QHT və MEDİA

2020-02-22 22:05:34

QHT və MEDİA
Almaniyada Ümumavropa Qarabağ mitinqi ke...
Almaniyada Ümumavropa Qarabağ mitinqi ke...

Dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşə...

2020-02-22 09:50:08

QHT və MEDİA
Serbiyada Xocalı qurbanlarının xatirəsi ...
Serbiyada Xocalı qurbanlarının xatirəsi ...

Yaxın tariximizin üz qarası olan Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqə...

CƏMİYYƏT

2020-02-20 09:50:36

CƏMİYYƏT
Prezident İlham Əliyevin Münxen qələbəsi...
Prezident İlham Əliyevin Münxen qələbəsi...

Almaniyanın Münxen şəhərində təhlükəsizlik problemləri ilə bağlı ənənəvi olar...

2020-02-14 09:15:13

CƏMİYYƏT
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...

Unudulmaz Heydər Əliyevin Azərbaycan və Türkiyənin bütün parametrlərdə birgəl...

İQTİSADİ

2020-02-19 18:20:24

İQTİSADİ
Azərbaycanlı alimlərin dünya elminə mühü...
Azərbaycanlı alimlərin dünya elminə mühü...

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunu...

2020-02-18 10:35:30

İQTİSADİ
Azərbaycanda aparılan islahatların miqya...
Azərbaycanda aparılan islahatların miqya...

Azərbaycanda aparılan islahatların miqyası olduqca geniş və şaxəlidir. Bu isl...