MƏDƏNİ
A- A A+

Özbəkistanda “Qarabağ - Azərbaycan mədəniyyətinin beşiyi” adlı layihəyə start verilib

2020-02-12 10:00:46

.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə “Qarabağ - Azərbaycan mədəniyyətinin beşiyi” adlı mədəniyyət tədbirlərinə start verilib. Bununla əlaqədar mərkəzin layihəsi ilə “Qarabağ atı” animasiya filmi özbək dilinə dublyaj edilib və yaxın günlərdə nümayişinə başlanılacaq.

Fact-info.az-ın məlumatına görə, bu haqda AMM-in direktoru Samir Abbasov AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib: “İl ərzində AMM-in müxtəlif tədbirləri çərçivəsində “Qarabağ -əcdadlarımızın mirası” adlı sənədli film nümayiş etdiriləcək, “Azərbaycanın Qarabağ diyarı Özbəkistan rəssamlarının gözü ilə” rəsm, “Könlüm keçir Qarabağdan” şeir müsabiqəsinin keçirilməsi nəzərdə tutulub. Mərkəz müsabiqə çərçivəsində hər iki ölkənin şairlərinin və həvəskar poeziyasevərlərinin Qarabağa həsr etdikləri ən yaxşı şeirləri, poemaları seçib nəşr etməyi planlaşdırır”.

O bildirib ki, Mədəniyyət Mərkəzinin layihəsi ilə mərkəzin “Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasında Azərbaycana dair özbək dilində yeni bölmələrin yaradılması, mövcud bölmələrin zənginləşdirilməsi məqsədilə bu il ərzində Qarabağın Azərbaycan mədəniyyətində, ədəbiyyatında, musiqisində yeri və rolu, tanınmış qarabağlılar, bölgənin müxtəlif rayonları, regionun özünəməxsus abidələri, adət-ənənələrinə dair yeni bölmələr yer alacaq.

Bu mövzuda foto, rəsm, dəb sərgiləri nümayiş etdiriləcək, habelə Mədəniyyət Mərkəzinin “Youtube.com” platformasında fəaliyyət göstərən online kanalına video məlumatlar yerləşdiriləcək.

S.Abbasov müsahibəsinin sonunda vurğulayıb ki, “Qarabağ - Azərbaycan mədəniyyətinin beşiyi” adlı layihə çərçivəsində tədqiqat əsərlərinə, yerli mətbuatda məqalələrin dərc edilməsinə dəstək göstəriləcək, il ərzində özbək, rus və Azərbaycan dillərində kitabların, videoroliklərin, filmlərin subtitrlə hazırlanması həyata keçiriləcək.

“Mədəniyyət Mərkəzi tərəfindən 2020-ci il ərzində Qarabağa həsr olunmuş konsertlərin, muğam axşamlarının keçirilməsi və bu çərçivədə “Qarabağ” muğam qrupunun Özbəkistanda çıxışı da nəzərdə tutulub”, - deyə S.Abbasov bildirib.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 233

QHT və MEDİA

2020-05-31 18:25:45

QHT və MEDİA
Şamaxı rayonunun ağsaqqallarından
Şamaxı rayonunun ağsaqqallarından

Azərbaycanda bu virusun törədə biləcəyi ağır fəsadların qarşısının alınması i...

2020-05-30 16:00:05

QHT və MEDİA
Azay Quliyev: “Ermənistanın Şuşa təxrib...
Azay Quliyev: “Ermənistanın Şuşa təxrib...

Onlayn tədbir çərçivəsində COVID-19 pandemiyası dönəmində çoxtərəfli diplom...

CƏMİYYƏT

2020-05-26 13:20:05

CƏMİYYƏT
Virusa daha tez qalib gələrək normal həy...
Virusa daha tez qalib gələrək normal həy...

Virusa daha tez qalib gələrək normal həyata qayıtmaq üçün qoyulan qaydalara r...

2020-05-18 15:15:58

CƏMİYYƏT
QHT ictimai nəzarəti necə təmin edə bil...
QHT ictimai nəzarəti necə təmin edə bil...

Bu gün vətəndaş cəmiyyətinin fəaliyyəti bizi qane edirmi sualına birmənalı ca...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...