SOSİAL
A- A A+

Küveytdə növbəti erməni təxribatının qarşısı alınıb

2020-02-11 08:50:28

.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bu günlərdə Küveyt Universitetində təşkil olunan sərgi çərçivəsində Ermənistan tərəfinin təxribata əl atdığı barədə məlumatla bağlı AZƏRTAC-ın sorğusunu cavablandırıb.

Leyla Abdullayeva bununla bağlı deyib: “Fevralın 9-da Küveyt Universitetinin Neft və mühəndislik fakültəsi tərəfindən təşkil olunan mədəniyyət festivalının açılışı olub. Əsasən universitetdə təhsil alan tələbələrin təmsil etdiyi 30-a yaxın dövlətin səfirliyinin, o cümlədən Azərbaycanın Küveytdəki səfirliyinin qatıldığı bu festival çərçivəsində ölkəmizin mədəniyyəti, turizm imkanları və s. barədə məlumatlar, nəşrlər, suvenirlər təqdim olunub. Festivala ölkəmizin Küveytdəki səfirliyinin əməkdaşları ilə yanaşı, “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin üzvləri qatılıblar. Ermənistan stendində bu ölkənin səfirliyi tərəfindən Azərbaycana qarşı təxribat törədilərək, ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki qanunsuz qurumun təşviq edilməsi cəhdi aşkarlanıb. Səfirliyimizin əməkdaşlarının məsələ ilə əlaqədar müdaxiləsindən sonra Ermənistan stendindəki saxta “xəritələr” aradan qaldırılıb və universitetin rəhbərliyi baş vermiş insidentə görə Azərbaycan tərəfindən üzr istəyib.

Təəssüflə qeyd etmək itərdik ki, işğalçı Ermənistan tərəfi müxtəlif beynəlxalq tədbirlərdə, o cümlədən sərgi və festivallarda Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaratdığı qeyri-qanuni rejimi təbliğ etməyə cəhdlər göstərir. Lakin bu kimi cəhdlər uğursuzluğa düçardır. Belə ki, bu cür qanunsuz təbliğat cəhdləri tərəfimizdən aşkarlandığı halda dərhal onların qarşısı alınır”.


Kateqoriya : SOSİAL Baxış sayı : 160

QHT və MEDİA

2020-04-04 14:30:11

QHT və MEDİA
Politoloq: Dövlətimizin başçısının apard...
Politoloq: Dövlətimizin başçısının apard...

Dünyada yenidən bir kabus dolaşmaqdadır. Artıq 3 aydır ki, bu qlobal təhdid m...

2020-04-04 09:50:40

QHT və MEDİA
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...

Erməni əsilli məşhur amerikalı musiqiçi, "System Of A Down" qrupunun solisti ...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...