SİYASƏT
A- A A+

Nüvə Təhlükəsizliyi üzrə Beynəlxalq Konfrans keçirilib

2020-02-10 15:10:25

.

Fevralın 10-da Vyanada Nüvə Təhlükəsizliyi üzrə Beynəlxalq Konfrans işə başlayıb. Konfransın işində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə (AEBA) üzv olan 139 dövlətin nümayəndələri, 40-dan çox nazir, hökumət və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, ekspertlər və jurnalistlər olmaqla, iki mindən artıq nümayəndə iştirak edir.

AZƏRTAC xəbər verir ki, “Uğurların davamlılığı və gücləndirilməsi” mövzusunda keçirilən Nüvə Təhlükəsizliyi üzrə 3-cü Beynəlxalq Konfransda milli nüvə təhlükəsizliyi rejiminin gücləndirilməsi və bu sahədə beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi, aktual nüvə təhlükəsizliyi vəziyyətinin dəyərləndirilməsi, müasir trendlərin və yanaşmaların müzakirəsi, nüvə təhlükəsizliyi sahəsində AEBA-nın təcrübəsinin bölüşdürülməsi, həmçinin digər mövzular ətrafında fikir mübadiləsi aparılacaq. Konfrans çərçivəsində yüksəksəviyyəli iştirakçılar çıxış edəcək, Nazirlər Bəyannaməsi qəbul olunacaq.

Konfransda ölkəmizi Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. Konfrans çərçivəsində Elmar Məmmədyarovun beynəlxalq təşkilatların rəhbərləri və tədbirdə iştirak edən dövlətlərin Xarici İşlər nazirləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub. Konfrans öz işini fevralın 14-dək davam etdirəcək.


Kateqoriya : SİYASƏT Baxış sayı : 137

QHT və MEDİA

2020-03-31 08:25:41

QHT və MEDİA
Fərasət Qurbanov: QHT-lər ən çətin məqam...
Fərasət Qurbanov: QHT-lər ən çətin məqam...

QHT-lər hər zaman Cənab Prezidentin çağırış və tövsiyələrinə dəstək verib, ən...

2020-03-29 18:55:57

QHT və MEDİA
Səfir: Saxta “erməni soyqırımı” mövzusun...
Səfir: Saxta “erməni soyqırımı” mövzusun...

Erməni millətçi dairələrinin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı ...

CƏMİYYƏT

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...