SİYASƏT
A- A A+

Fransalı senator: “Fransız xalqı Azərbaycanın yaşadığı Xocalı qırğını barədə bilməlidir”

2020-02-10 08:25:34

.

“Fransızlar situasiyanın dəqiq necə olması barədə məlumatlı deyillər. Fransada erməni lobbisinin gücünü yəqin ki, bilirsiniz. Fransada xeyli sayda erməni yaşayır, azərbaycanlıların sayı isə azdır. Düşünürəm ki, sizin ölkəniz barədə informasiyaların Fransada yayılması çox vacibdir”.

Bunu APA-ya açıqlamasında Fransa Parlamentinin senatoru, Parlamentdə Xarici Əlaqələr və Müdafiə Komitəsinin sədr müavini Joel Guerriau deyib.

Onun fikrincə, Ermənistanla bağlı məlumat və situasiyanı fransızlar tez öyrənə bilir, Azərbaycanla bağlı isə yox. “Məsələn, Azərbaycan Xocalı qırğınını yaşayıb və bu dəhşətli faciə idi. Düşünürəm ki, fransız xalqı bu barədə bilməlidir. Ermənilər Azərbaycanla bağlı bəzən fransızların fikirlərinə təsir edirlər. Əsas məsələ Azərbaycanla bağlı məlumatın yayılmasıdır. Məsələn, mən ilk dəfədir ki, Azərbaycana səfər edirəm və artıq Azərbaycanla bağlı fikirlərim əvvəlki kimi deyil. Yeni tanışlar qazandım Azərbaycanda və bu ölkə haqqında çox öyrəndim”, - deyə o bildirib.

J. Guerriau qeyd edib ki, Dağlıq Qarabağ münaqişənin həlli tapılmalıdır: “Bildiyiniz kimi, Fransa digər iki ölkə - ABŞ və Rusiya ilə birgə ATƏT-in Minsk qrupunun həmsədridir. Düşünürəm ki, Fransanın rolu bu qrupda çox vacibdir. ABŞ və Rusiya müxtəlif qütblərdədir, Fransa isə mərkəzdədir”.


Kateqoriya : SİYASƏT Baxış sayı : 148

QHT və MEDİA

2020-04-04 14:30:11

QHT və MEDİA
Politoloq: Dövlətimizin başçısının apard...
Politoloq: Dövlətimizin başçısının apard...

Dünyada yenidən bir kabus dolaşmaqdadır. Artıq 3 aydır ki, bu qlobal təhdid m...

2020-04-04 09:50:40

QHT və MEDİA
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...

Erməni əsilli məşhur amerikalı musiqiçi, "System Of A Down" qrupunun solisti ...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...