SİYASƏT
A- A A+

Əcnəbi media Azərbaycanın tarixi və əldə etdiyi nailiyyətlərindən yazıb

2020-02-08 11:40:51

.

Meksikanın nüfuzlu “El Sol de Mexico” qəzetində tanınmış jurnalist Federiko Lamontun “Meksika-Azərbaycan Alyansı” adlı məqaləsi dərc olunub.

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə Azərbaycanın 1991-ci ildə uzun illərdən sonra sovet əsarətindən qurtularaq müstəqilliyini bərpa etdiyi və bunun 1990-cı il yanvarın 20-də xalqımıza qarşı törədilmiş faciə zamanı göstərdiyi müqavimət nəticəsində mümkün olduğu vurğulanır. Müəllif istehza ilə bu faciənin “perestroyka” (yenidənqurma) və “qlastnost”un (aşkarlıq) müəllifi olan SSRİ rəhbəri Mixail Qorbaçovun birbaşa təlimatı ilə həyata keçirildiyini vurğulayır, sovet ordusunun məhz onun göstərişi ilə silahsız əhaliyə qarşı təcavüzünü paradoks adlandırır.

Azərbaycan müstəqillik qazandıqdan sonrakı dövrdə ümummilli lider Heydər Əliyevin fəaliyyəti nəticəsində əldə edilmiş inkişafı “iqtisadi möcüzə” adlandıran müəllif onun rəhbərliyi ilə ölkədə bütün sahələrdə olduğu kimi, sosial sahədə də köklü dəyişikliklərin baş verdiyini, yoxsulluq səviyyəsinin 50 faizdən 4,8 faizə endirildiyini xüsusi vurğulayır.

Məqalədə Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf yeddi rayonun işğal olunduğu, həmin torpaqlardan bir milyondan çox azərbaycanlının etnik təmizləməyə məruz qaldığı bildirilir. Bu vəziyyətə dünya ictimaiyyətinin biganə qalmadığı, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal altındakı torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinin qəbul olunduğu oxucuların diqqətinə çatdırılır. Müəllif Xocalı soyqırımının müasir tarixin ən faciəvi və dəhşətli səhifələrindən biri olduğunu qeyd edərək, silahsız əhalinin yalnız azərbaycanlı olduğuna görə qəddarcasına qətlə yetirildiyini “El Sol de Mexico” oxucularının diqqətinə çatdırır.

Son zamanlar Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda uğurla həyata keçirilən islahatlara toxunan Federiko Lamont ölkəmizdə sosial, iqtisadi və vergi sahələrində əldə edilən nailiyyətləri vurğulayır, onların beynəlxalq səviyyədə, o cümlədən Davos Dünya İqtisadi Forumu tərəfindən təqdir edildiyini bildirir. Diqqətə çatdırır ki, Meksika Prezidenti Andres Manuel Lopez Obrador ölkəsinin korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycanın təcrübəsindən yararlana biləcəyini qeyd edir.


Kateqoriya : SİYASƏT Baxış sayı : 126

QHT və MEDİA

2020-02-22 22:05:34

QHT və MEDİA
Almaniyada Ümumavropa Qarabağ mitinqi ke...
Almaniyada Ümumavropa Qarabağ mitinqi ke...

Dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşə...

2020-02-22 09:50:08

QHT və MEDİA
Serbiyada Xocalı qurbanlarının xatirəsi ...
Serbiyada Xocalı qurbanlarının xatirəsi ...

Yaxın tariximizin üz qarası olan Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqə...

CƏMİYYƏT

2020-02-20 09:50:36

CƏMİYYƏT
Prezident İlham Əliyevin Münxen qələbəsi...
Prezident İlham Əliyevin Münxen qələbəsi...

Almaniyanın Münxen şəhərində təhlükəsizlik problemləri ilə bağlı ənənəvi olar...

2020-02-14 09:15:13

CƏMİYYƏT
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...

Unudulmaz Heydər Əliyevin Azərbaycan və Türkiyənin bütün parametrlərdə birgəl...

İQTİSADİ

2020-02-19 18:20:24

İQTİSADİ
Azərbaycanlı alimlərin dünya elminə mühü...
Azərbaycanlı alimlərin dünya elminə mühü...

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunu...

2020-02-18 10:35:30

İQTİSADİ
Azərbaycanda aparılan islahatların miqya...
Azərbaycanda aparılan islahatların miqya...

Azərbaycanda aparılan islahatların miqyası olduqca geniş və şaxəlidir. Bu isl...