QHT və MEDİA
A- A A+

Dilşad Əhədova: Bizim gələcəyimiz uşaqlardır- Uğurlu gələcək uşaqlara gələcək !

2020-02-06 19:10:40

.

64 saylı Sabirabad ikinci seçki dairəsindən millət vəkilliyinə namizəd Əhədova Dilşad Meyxoş qızı təbliğat – təşviqat kapmaniyası ərzində dairəyə daxil olan 15 icra nümayəndəliyinin tərkibi olan 40-a yaxın kəndi qarış- qarış gəzərək seçiciləri ilə görüşlər keçirib. Görüşdüyü hər kənd sakinini fəal olmağa, səsvermədə iştirak etməyə dəvət edib.

Seçicilərin evində qonaq olub. Şəhid ailələrini, evində xəstə olan ailələri ziyarət edib. Bu görüşlərdə yalnız uşaqların deyil, bütün camaatın sevgisini qazanan namizəd Əhədova Dilşad Meyxoş qızı hər birini diqqətlə dinləyib, problemlərini platformaya əlavə edib. Əsasən uşaqların inkişafı sahəsində daha çox işlər görməli olduğunu vurğulayıb. Çünki bizim gələcəyimiz uşaqlardır. Uğurlu gələcək uşaqlara gələcək !

7 iyun 1983 –cü ildə Sabirabad rayonunda ziyalı ailəsində anadan olub. 1990-cı ildə Bakı şəhəri 96 saylı məktəbə gedib. 2000 – ci ildə həmin məktəbi bitirib .

2000 – 2004-cü illərdə Azərbaycan Dillər Universitetinin Dilşünaslıq – Tərcümə (ingilis dili üzrə) fakültəsində təhsil alıb.

2001-2003- cü illərdə “Tərəqqi” Sosial İnkişaf İctimai Birliyində ( əvvəlki Qaçqın və Məcburi Köçkünlərə Yardım İctimai Birliyi) könüllülük fəaliyyəti ilə məşğul olub. Sabirabad rayonunda yerləşən Qaçqın şəhərciyində yay məktəblərində ingilis dili müəlliməsi kimi könüllü çalışıb. 2003 - 2004 – cü illərdə “Türk Dünyası” qəzetində xüsusi müxbir kimi fəaliyyət göstərib. 2003 – 2004 – cü illərdə Azərbaycan Dövlət Televiziya və Radio Yayımları ASC – də təcrübə keçib.

2005 – ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində tərcüməçi kimi çalışıb. 2005 – ci il Noyabr 6 – da Azərbaycan Respublikası Parlament Seçkilərinə - Exit Poll-da tərcüməçi kimi çalışıb.

2005-2006 – cı illərdə “Tərəqqi” Sosial İnkişaf İctimai Birliyində ( əvvəlki Qaçqın və Məcburi Köçkünlərə Yardım İctimai Birliyi) proqram koordinatoru vəzifəsində çalışıb. 2006-2008 – ci illərdə “Türk Dünyası” qəzetində redaktor vəzifəsində çalışıb. 2008 – ci il oktyabr ayında Müasir Təhsil və Tədrisə Yardım Mərkəzində ofis köməkçisi kimi işə başlayıb.

2008- 2009 – cu illərdə Müasir Təhsil və Tədrisə Yardım Mərkəzində “Tənqidi Təfəkkür” layihəsinin koordinatoru kimi işini davam etdirib.

2011-2013- cü ildə İnternet TV- də PR menecer vəzifəsində çalışıb. 2013 – cü ildə Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzini yaradıb. Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzi valideynlər və uşaqlar, onların ünsiyyətinin təkminləşməsi, sosiallaşması, ətrafının genişlənməsi, biliklərinin paylanması və müxtəlif təklifləri dəyərləndirməyə xidmət göstərir.

2014 – cü ildə “Dəcəl Balam” ailə və uşaq jurnalını təsis edib. Ayda 1 dəfə olmaqla nəşr olunub.

2017- ci ildə iki uşaq filminin “Big Bubble Əməliyyatı” və “ Qış Tətili” filmlərinin tərəfdaşı olub. Filmdə rol alan uşaqlar Dəcəl Balam aktyorları olub. 2018 –ci ildə ATV kanalında efirə gedən “Dəcəl Balam” uşaq verilişinin layihə rəhbəri və aparıcısı olub.

2018- ci ildə “Dəcəl Balam” KİDS TV – youtube kanalını fəaliyyətə başladıb. 2019 – cu ildə “Dəcəl Balam” uşaq mahnı qrupunu yaradıb. İngilis, rus və türk dillərini bilir, 2000 ci ildən indiyə qədər 100 – dən çox yerli və 30-a yaxın beynəlxalq təlimlərin iştirakçısı olub. 2002- ci ildən indiyə kimi eyni zamanda müstəqil tərcüməçi kimi fəaliyyət göstərir.

2008- ci ildə Xorvatiyada Təhsil Siyasəti Şəbəkəsi Mərkəzinin təşkil etdiyi “ Kurrikulum siyasəti – Təhsilin Cəmiyyətə və əmək bazarına istiqamətləndirilməsi” mövzusunda yay məktəbinin məzunu olub.

2013- 2019 – cu illər ərzində Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzində həyata keçirilən 100- dən çox şənlik və konsertlərin layihə rəhbəri olub. 2019 – cu il Türkiyə Cumhuriyyətinin 96- cı ildönümünə həsr olunmuş KadıKöy Halil Türkkan Orta məktəbində təşkil olunmuş festivalda Azərbaycanı “ Dəcəl Balam” komandası təmsil edib.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 395

QHT və MEDİA

2020-04-07 08:30:37

QHT və MEDİA
İctimai Qərargah ictimai sektorun poten...
İctimai Qərargah ictimai sektorun poten...

"Ümid edirəm ki, Şuranın təşkil etdiyi İctimai Qərargah #koronavirusla effekt...

2020-04-06 18:20:43

QHT və MEDİA
“Ruhlar şəhəri”ndən ruhlar planetinə...
“Ruhlar şəhəri”ndən ruhlar planetinə...

Ermənistan Ağdamı da işğal etdi və Şuşa kimi, Laçın, Kəlbəcər, Füzuli, Cəbray...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-07 18:15:52

İQTİSADİ
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlik...

2020-04-05 17:25:14

İQTİSADİ
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...

Ölkədə sahibkarlıq fəaliyyətini (o cümlədən kiçik və orta sahibkarlığı) dəstə...